• 13:11 – 210 nömrəli məktəbdə 20 yanvar faciəsinə həsr olunmuş dərs 
  • 15:06 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb 
  • 22:12 – Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı 
  • 11:09 – Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar 
  • 20:36 – Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir 
  • 17:57 – Sumqayıt Dövlət Universitetinin tarixi və inkişafı 
  • 17:48 – Tanınmış şairin anım günü keçiriləcək 
  • 01:37 – Une pétition lancée à Paris relative à la libération des Azerbaïdjanais pris en otage par les Arméniens 

Evli kişi ilə sevgi yaşamanın çətinlikləri

Evli kişi ilə sevgi yaşamanın çətinlikləri Evli kişi ilə sevgi yaşamanın çətinlikləri Evli kişi ilə sevgi yaşamanın çətinlikləri

AzadQadin.az-ın araşdırmasına görə, başqasıyla evli olan bir kişi və ya qadınla əlaqə yaşamanın çətinlikləri nələrdir? Yaxşı qəbul olunmayan bu əlaqə növündə nəticə nə ola bilər? Evli kişi ilə sevgili olan qadın nələr hiss edir?

Bir qadının evli bir kişi ilə münasibətinin səbəbləri nələrdir?

1- Eşq: Həqiqətən aşiq olmuşdur. Adamın evli olmasını belə qəbul edir.

2- Pul: Maddi problemlərini o adam sayəsində həll edir.

3- Güc: Kişinin gücünün təmin etdiyi imkanlardan faydalanmaq niyyətindədir.

4- Seks: Cütlüyü bir-birinə yaşadıqları seks əlaqəsi bağlamaqdadır.

5- Şiddət: Adam qadını əlaqəni davam etdirməyə məcbur etdiyi üçün birlikdədirlər. İmtina etmək istədiyində döyülür.

Öz istəyiylə evli bir kişilə birlikdə olan qadın hansı çətinliklərlə qarşılaşır?

1- Evli kişi, üstünlüyü hər vaxt arvadına verir. Arvadının ehtiyacı olduğunda sevgilisinin qoynundan qalxıb, düşünmədən, onun yanına gedəcək.

2- Evli kişi, heç bir zaman boşanmayacaq. Sevdiyi adamın boşanacağını və özüylə evlənəcəyini düşünən "o biri qadın" həmişə xəyal qırıqlığına uğrayacaq.

3- Əlaqələri gizlidirsə nə əl-ələ küçədə gəzə biləcəklər nə də bilinən, ortalıq yerlərdə görüşə biləcəklər.

4- Adam, arvadının ən kiçik şübhələnməsində belə həyatındakı "o biri qadını" buraxacaq.

5-Kişilər, ictimai ətrafı və statusunu əsla təhlükəyə atmaz. "O biri qadını" ətrafı qəbul etməyəcəyi üçün də arvadını buraxmaz.

6- Uşaqların istəyi hər vaxt ön plandadır. Adam boşanmaq istəsə belə uşaqlar gözyaşı töksə bundan imtina edəcək.

7- Arvadını aldadan kişilərın həyatında "o biri qadın" sayı ümumiyyətlə birdən çoxdur. ‘O biri qadınlar' özlərini tək zənn edərlər amma adam əslində onları da bir-birləriylə aldatmaqdadır.

8- Cəmiyyət "o biri qadını" daima "məşuqə" olaraq görməkdədir. Hətta çox vaxt "fahişə" damğası belə vururlar.

9- "O biri qadın" evli bir kişilə birlikdə olduğu üçün öz ətrafı tərəfindən rədd edilir.

Azadqadin.az az yazır ki, evli bir kişilə sevgi yaşayan qadın özünü necə hiss edər?

1- "Yuva yıxma" fikri bir qadın üçün kifayət qədər iztirabdər. Vicdan əzabı çəkər.

2- Adamın uşaqları varsa, o uşaqları atalarından ya da analarından ayıra biləcəyi fikri də əziyyət vericidir.

3- Tam bir sevgili həyatı yaşaya bilməmənin ağrısını çəkər, sevgililərə qiptə edər.

4- Sevdiyi adam sevişdikdən sonra dərhal evinə dönürsə, özünü "istifadə edilmiş" hiss edər.

5- Sevgisini kimsəyə açıqlaya bilməz, sinəsini gərə gərə eşqini elan edə bilməz.

6- Davamlı bu əlaqəni bitirmək istər ,amma bunu belə bacarmaz. Edə bilmədikcə də "Mən bu qədər iradəsizəmmi?" deyə özünü günahlandırar.

7- Eyni işyerində işləyirlərsə adamla davamlı bir yerdə olmaq amma sevgilisi kimi davrana bilməmək onu dəli edər.

8- Kişinin arvadını tanıyırsa, qonşudularsa, ya da qohumluq əlaqələri varsa vicdan əzabı ikiyə qatlanar.

9- Zaman keçdikcə qadın "Bu qədər zaman xərclədim artıq imtina edə bilmərəm" deməyə başlar. Bu vəziyyətdə imtina etmək daha da çətinləşər.

P.S.Belə bir münasibətə girmədən, bu çətinlikləri yaxşıca düşünün. Məncə həyatınızla oynamağa haqqınız yoxdur. İnsan həyata bir dəfə gəlir. Onu da şərəflə, alnıaçıq yaşamalıdır.

скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV