Səməd Vurğun Rəsulzadəni niyə təhqir etmişdi?



Səməd Vurğun M. Ə. Rəsulzadəni bu şeirlə təhqir edir:

"İndi xəbər verim oxucuma mən.
O "millət rəhbəri" Rəsulzadədən;
Toplamış məclisə müsəlmanları,
Yağlı vədələrlə tutmuş onları;
Deyir: Türkiyəni çağıraq gərək,
Bizə kömək olsun, qılınc çəkərək,
Parlasın ədalət, mehri-hürriyyət­,
Ucalsın göylərə şərəfi-millət!.­..
-Şarlatan!
-Afərin!
-Rəhbərə bir bax!...
-Vətəni yadlara bunlar satacaq!...
-Bir dayan!
-Nə dedin?
O bir xaindir,
Sözünün pərdəsi millətdir, dindir..." (Səməd Vurğun)

Rəsulzadə isə Səməd Vurğun haqda bunları deyir:

Əlirza Turan xatirələrində qeyd edir ki, "Rəsulzadə bu poemanı oxuyandan sonra xəyallara daldı. Ona dedilər ki, görün S. Vurğun sizin haqqınızda nələr yazıb. Sizsə onu "Çağdaş Azərbaycan ədəbiyyatında" millətçi bir şair kimi təqdim etmisiniz." Onda Əmin bəy deyir ki, "Mən yanılmamışam. Əgər o, məni bu cür təsvir etməsəydi, başqa milli mövzuda olan şeirlərini nəşr etdirə bilməzdi. Həm də o mənim adımı xatırlamaqla unudulmaz etmişdir. Zəkalı oxucu dərhal mənim kimliyimlə maraqlanacaq və hər şey ona bəlli olacaq."скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi