Laçın üçün oxuyan İbrahim

Laçın üçün oxuyan İbrahim


Analoq.az ATV kanalında yayımlanan “Azərbaycanın bala səsi” -yarışmasında son iki həftənin qalibi İbrahimlə (İboyla) müsahibəni təqdim edir. Xatırladaq ki,Süleymanlı İbrahim Şamil oğlu 9 yanvar 2010-cu ildə Bakı şəhərində anadan olub.Qeyd edək ki,İbrahimin musiqyə olan marağı ulu babası İsmayıl müəllimdən keçib.

İbo, necə oldu ki, musiqi yarışmasına qatılmağa qərar verdin?

Mən balaca vaxtımdan oxumağı sevirəm. Atam İnşaatçıdı.Anam isə musiqiçidir,amma işləmir. Atam deyir ki, babası İsmayıl babanın gözəl səsi olub,amma Laçının işğalından sonra oxumur.Yəqin ki mənə də səs atamın babasından keçib.Evdə oturmuşdum,gördümkü Atvdə Azərbaycanın “Bala səsi” yarışması keçiləcəyi haqqında reklam gedir. Atama və anama məndə ora qatılmaq istəyimi bildirdim.Əvvəlcə, onlar sən balacasan,musiqi təhsilin yoxdu, dedilər. Sonra fikirlərin dəyişdilər və mənidə yarışmaya apardılar.

Fərdi müəllimin yanında sənət dərsləri almısanmı?

Evimizin yanında musiqi kursları var. Həmin kursa gedirəm. Müəllimim Opera və Balet teatırının solisti,Xan Şuşinskinin tələbəsi olmuş İsmayıl Ələkbərovdur. Bir də ayda 1-2 dəfə xalq artisti Mənsum İbrahimovdan dərs alıram.

Laçın haqqında nə bilirsən?

Laçın haqqında bildiyim odurki mən laçınlıyam,və bunu bütün dostlarıma,baxça yoldaşlarım,müəllimlərim hamıya deyirəm.Atam deyir ki,Laçınımızı düşmənlərimiz ermənilər işğal edib.Amma mən bilirəm ki biz Laçınımızı müharibə ilə qaytaracayıq.Mən hər gün atamdan müharibənin nə vaxt başlayacağın və mənidə özünyə müharibəyə aparacağını soruşuram.Laçın haqqında bizim evdə hər gün danışılır.Atam hər zaman mənə keçmiş doyüşçü dayısı Akif Səlimovu danisir, deyir ki, müharibə başlayanda Akif baba bizim hamımızı,nəslimizdəki bütün kişiləri müharibəyə aparacaq və biz erməniləri öldürüb torpağımızı azad edəcyik.

Məhəbbət Kazımov "Laçınım" mahnısının möhürünü vurub .Onun ifasından sonra sən bu mahnını oxumaq istərdinmi?

Məhəbbət Kazımov rəhmətə gedəndə atam neçə günlər ağladı və məni özü ilə qəbir üstünə apardı.Atam həmişə deyir ki,”Laçınımı” heç kim Məhəbbət kimi oxuya bilməyəcək. Amma söz verib ki,Laçına qayıdanda icazə verəcək öz kəndimizdə o mahnını oxuyum.

Bayaq qeyd etdin ki,ata baban İsmayıl müəllimin də yaxşı səsi olub.Onu mənəvi ustadın adlandırmaq olarmı.Ustad ifandan razıdırmı?

İsmayıl babam hər dəfə oxumağımı dinləyir və kovrəlir, deyir sən oxuyanda elə bilirəm ki Laçındayam.Məncə mənə səs İsmayıl babadan keçib,ona görədə onu ustadım kimi qəbul edirəm.

Yarışmadan sonra musiqilə məşğul olub, yeni mahnılar üzərində işləmək fikrin varmı?

Atam deyir ki,sən yarışmada qalib olsanda,olmasanda mənim üçün artıq qalibsən.Bu il 6 yaşım tamam oldu.Mən orta məktəbə getməliydim,amma atam icazə vermədi. Deyir ki gələn il səni musiqi məktəbinə qoyacam. təhsilini orda alasan.
İlkin Mustafayev

Laçın üçün oxuyan İbrahim
Laçın üçün oxuyan İbrahim
Laçın üçün oxuyan İbrahimскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10