Deputat od püskürdü: “Ailələr toy edə bilmir”



Belə davam edə bilməz, vətəndaşlar övladlarına toy etməyə çəkinir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Məlahət İbrahimqızı toylarda davam edən israfçılığa münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən problem yas mərasimlərində aradan qaldırılsa da, toylarda dəyişiklik olmayıb:

“İnsanlar hansı şadlıq evinə üz tutursa, eyni vəziyyətlə qarşılaşır. Çox şükür ki, yas mərasimləri tənzimləndi. Buna nəzarət edən yoxdur. Xalq özü nəzarət edir. Bunu toylara da şamil etmək lazımdır”.

Qeyd edək ki, şadlıq sarayları müştərilərin öz büdcələrinə uyğun menyü seçməsinə imkan vermir. Toy sahibinə standart menyü təqdim edilir, masaya oxşar salat və isti yeməkləri düzməklə qiyməti şişirdirlər.

“Xəzər xəbər”in məlumatına görə, “Toy mərasimləri haqqında” qanunun qəbulu uzun müddətdir müzakirə mövzusu olsa da, hələ ki, belə bir sənədi qəbul etmək mümkün olmayıb.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi