Sevgi şeirləri » Bizim analoqumuz yoxdur!
 
  • 22:00 – Çörək bahalaşdı 
  • 15:30 – Ərdoğanla Makron telefonda nə danışıb? 
  • 13:09 – Qacmaq istəyirəm 
  • 21:30 – İcra başçısı məcburi köçkünlərə verilən evləri satır-Kəlbəcərdən olan məcburi köçkün 
  • 19:16 – Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir 
  • 09:30 – Futbolçuyla bağlı bəzi kadrlar polisə təhvil verildi 
  • 13:48 – Daimi nümayəndəliyinin rəhbəri Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiriylə görüşüb 
  • 22:30 – Reket jurnalistlər həbs olundu 

Sevgi şeirləri

Sevgi şeirləri Sevgi şeirləri Nüsrət Kəsəmənli

Olmayacaqdır

Adımı qəlbindən ata bilərsən,
Uzaq arzulara çata bilərsən,
Məndən gözəlini tapa bilərsən,
Mənim tək sevənin olmayacaqdır.

Ömrünə bir sevgi gələr, bilirəm,
Səninlə ağlayıb gülər, bilərəm,
Kimsə sevincini bölər, bilirəm
Dərdindən ölənin olmayacaqdır.

Bir gün sönəcəkdir, bu od, bu ocaq,
Kədər yuvasıdır boş qalan qucaq,
Dizinə baş qoyub yatan olacaq,
Başına dönənin olmayacaqdır.

Sevgi əzabından uzaqsan hələ,
Bir gün əriyərsən sən gilə-gilə,
Yanağımdan öpən tapılsa belə,
Göz yaşı silənin olmayacaqdır...


Eldar Nəsibli Sibirel

Bu sevgi

Qəlbimə gəlmişdi gözlənilmədən,
Deyərdim çətinki, sönə bu sevgi.
Dağınıq, pərişan fikirlərimi
Salmışdı bir səmtə,yönə bu sevgi.

Gözəllər içindən seçilmiş idi,
Önündə zirvələr kiçilmiş idi,
Ulduzlar əyninə biçilmiş idi,
Taledən töhvəydi mənə bu sevgi.

Qəlbindən gələrdi sorağım hər gün,
Çiçəktək açardı marağım hər gün
Deyərdi-sən çıxma, mən çıxım hər gün
Gah aya, gah da ki günə bu sevgi.

Gecələr saçına çökmüşdü onun,
Günəş öz suyuna çəkmişdi onu,
Ay da işığına bükmüşdü onu,
Qənimdi dumana, çənə bu sevgi.

Gözümdə həsrəti bitəsi imiş,
Könlümü güvətək didəsi imiş.
Qəfil gəldiyitək gedəsi imiş,
Ömrümdən, günümdən demə bu sevgi.



Rəhim Mehnət

Yandır xatirələri

Yığarsan bir torbaya,
Mənli xatirələri.
Atarsan bir sobaya,
Yanar, soyuqdu sənə.

Kənar durma sobadan,
Bir az yanıq iyi var.
Əllərini isindir,
Orda yanır xəyallar.

Başını söykəyərdin,
Çiynimə, dünə qədər.
Sobaya yaxın dayan,
Bəlkə ətirim gələr.

Arada "cızz" səsinə,
Diksinmə, rahat otur,
Sobanın boruları,
Xatirələri udur.

Alovun ortasında,
Sıra-sıra qalanan.
Xəyallarımla birgə,
Mənəm, sobada yanan.

Otağın bürünəcək,
Yanıq qoxularına.
De, insan yandırmısan,
Rəhimin acığına?

Hələ yazdı, qönçəsən,
Açıb gül olacaqsan.
Kərəm oduna yanıb,
Sən də kül olacaqsan.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV