• 00:17 – Azərbaycanın ilk hərbi nazirinin məzarı təmir olunub - Fot/Video 
  • 22:29 – 210 saylı məktəbin şagirdləri 12 dekabr– ümummilli lider Heydər Əliyevin anım gününü belə qeyd etdilər 
  • 02:05 – Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad 
  • 22:50 – Müəllif "Vətən adlı dərdimə bax"ı təqdim etdi 
  • 19:01 – Bərzani və Bərzanilər (2) 
  • 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 

Metropolitendən sərnişinlərə şad xəbər

Metropolitendən sərnişinlərə şad xəbər Metropolitendən sərnişinlərə şad xəbər Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəylinin doğum günüdür.
"Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a bildirib ki, qurum bu əlamətdar günü özünəməxsus şəkildə qeyd edəcək.
Belə ki, "Elmlər Akademiyası", "28 May" və "İçərişəhər" stansiyalarında sərnişinlər üçün simli kvartet və trio qruppalarının ifasında musiqi çələngi bəxş ediləcək. Proqramda klassik və xalq mahnılarından ibarət əsərlər səsləndiriləcək.

Tədbir 18 sentyabr tarixi saat 11:00-da "Elmlər Akademiyası" stansiyasının əsas girişində başlayacaq. 12:15-də "28 May" stansiyasında 13:30-da "İçərişəhər" stansiyasında başlayacaq və hər biri 2 saat davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli 385 saylı fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV