Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

Çiçək Mahmudqızı:"Mən “Məlikməmməd nağılı,Bu dünya divlər ölkəsi"

18-09-2016, 12:30 | 2 6602 dəfə baxılıb.

Analoq.az tanınmış teleaparıcı,istedadlı şair Çiçək Mahmudqızının şeirlərini təqdim edir.Xatırladaq ki,Çiçək Mahmudqızı uzun illər Kəpəz Tv,TTV,və Dünya Tv-də çalışıb.Sevilən verilişləri ilə tamaşaçıların qəlbinə yol tapan Çiçək Mahmudqızı,şeirləriylə könülləri ovsunlayan,qərib ruhlarla dost olan və sözlə sirdaş olan qələm adamıdır.


Sonuncu dərvişə...


Yenə nə oxursan havalı dərviş,
Oynaya-oynaya közlərin üstə.
İlahi sevdalar qoxur nəfəsin,
Bəzəkli-düzəkli sözlərin üstə.

Eşqin xirqəsini geyib əyninə,
Bu nə sevda ola--dolub beyninə?!
Yerləri-göyləri alıb çiyninə,
Hara uçunursan dizlərin üstə.

Behin- bazarın yox dünya heçində,
Baş alıb gedirsən durna köçündə,
O nədir oynayır ovcun içində,
Öpüb oxşayırsan gözlərin üstə..

Dogrumu gəlmişəm bu səsə, Ya Hu?
Mən sevən qumrular oxumur axı...
İtən itiklərin sonucu ahı--
Yoxsa Cicək açıb izlərin üstə…

*********

Görməmişdin axı məni...


Görməmişdin axı məni,
Necə sevdin, ahu, məni?
Bu dünyanın ahı məni—
Demədinmi tutar sənsiz?!

Demədinmi diləklərin,
Qanadında mələklərin,
Enib görər çiçəklərin,
Daşlar altda yatar sənsiz.

Ac ruhuma balıydınmı,
Lalə bağra xalıydınmı?!
Heç halımdan halıydınmı,
Halım necə betər sənsiz?!

Qönçə üzüm gün görməmiş,
Şeh-şeh öpdün, gün görməmiş,
Heç demədin güngörməmiş,
Başın nəynən qatar sənsiz?!

Sevməkdisə günahlarım
Gül könlümdə--gül ahlarım,
Harda olsan bil ahlarım,
Səni bir gün tutar, sənsiz

********

Arı-- gül sevdası


Bir arı bir gül eşqinə,
Gəldi oynaya-oynaya.
Min naz ilə gül könlünü,
Aldı oynaya-oynaya.

Busə aldı hər ləçəkdən,
Şirə çəkdi tər çiçəkdən.
Sevda süzdü şan, pətəkdən,
Baldı--oynaya-oynaya

Gül də düşdü eşq sehrinə
Bağlandı arı mehrinə
Gördü ömür öz qəhrinə,
Yoldu, oynaya-oynaya...

Arı uçdu səfalı tək,
Sevdasında vəfalı tək,
Gül gözəl də havalı tək,
Qaldı oynaya-oynaya.

********

Bənövşə yaşlar


Kipriklər altında büküb boynunu ,
Quzey gözlərimdə bənövşə yaşlar.
Qönçə yanağımdan şeh-şeh süzülür,
Bu payız kölümə yağan yağışlar.

Küləklər vidamdı son yarpaqlara ,
Deyəsən düşəcək son ümidim də ...
Tumurcuq içində bükülü qaldı,
Sevdalı çiçəyim –yaz ümidində...

Yarıb qayaları ,çapıb daşları
Bir dərdim yol gəlir dəvə belində.
Mənim nisgilimin dilimi var ki?
Oxudur daşları kəklik dilində...

Son ümid, son yarpaq-bənövşə yaşlar,
Quzey gözlərimdən süzüləcəkdir.
Mənim həsrətimin bənövşə dərdi,
Qayalar dibində düzüləcəkdir.

Xəzana dönməsə sonuncu yarpaq ,
Bənövşə ümidlər göyərəcəkdir.
Yenə çiçəklərin sevda qoxusu ,
Quzey könülləri bürüyəcəkdir...

********

Hardasan, könül yiyəsi?


Ulduzlar sökülüb gəlir,
Buludlar bükülüb gəlir.
Ah olub tökülüb gəlir
Lələk –lələk durna səsi-
Hardasan, könül yiyəsi?!

Dan yerində can sıxılır,
Nar ürəkdə qan sıxılır.
Hər saat, hər an yıxılır
Tacı-taxtı,bünövrəsi,
Hardasan, könül yiyəsi?!

Sevgiyə dön, eşqə boyan ,
Məcnun olmaz eşqə doyan .
Bağrımın başını oyan--
Ayrılıq neştər tiyəsi,
Hardasan, könül yiyəsi?!

Ay baharım, çiçək nazım,
Zimistana döndü yazım.
Sinəmin üstündə sazım,
Kərərmin ağlar Lələsi
Hardasan ,könül yiyəsi?!

Könlüm nədi- dağ lalası,
Ləçəyində şeh nalası.
Yetim qalan quş balası,
Yurd-yuvasın kim tikəsi?
Hardasan, könül yiyəsi?

Gülüm ləçəklərdə qaldı,
Şirəm pətəklərdə qaldı.
Əlim ətəklərdə qaldı,
İsmarıcım var deyəsi--
Hardasan,könülyiyəsi?!

********

Hardasan, mənə hay ver


Hardasan, mənə hay ver ,
Nəfəsini duyum mən
Bir sevdanın acıyam ,
Nəfəsinlə doyum mən.

Nəyə büküm bu dərdi ,
Məni külə döndərdi.
Kür uşaqdan betərdi,
Canı hara qoyum mən.

Yaş yanaqda lil olur,
Söz dodaqda kül olur.
Hər gecəm bir il olur ,
Bir layla de, uyum mən.

********

Darixdim


Dərdlərimdən can qurtara bilmirəm,
Şirin-şirin gülmək üçün darıxdım.
Sənsiz keçən bu günü də ölmədim,
Ay üzünü görmək üçün darıxdım.

Dağa qalsın öz çiskini,öz çəni,
Aya verdim bu nisgilli gecəni.
Könüldaşım, hər könlümdən keçəni,
Sənin ilə bölmək üçün darıxdım.

Ruhum kimi ay qərq olub qəhərə,
Ülkər arzum axıb çıxmır səhərə.
Pıçıltıyla can-can deyib min kərə
Sinən üstə ölmək üçün darıxdım.

********

Nağıl bir yalan tapıla


Mən “Məlikməmməd nağılı”,
Bu dünya divlər ölkəsi.
Düşüb kəndirsiz quyuya
Könlümün sevda bəlkəsi ,

Bu nağılın nə simurğu,
Nə də ki,üç alması var.
Bu sevdanın dar quyuda
Həmişəlik qalması var.

Niyə nağıla dönmüşəm?
Hardadı nağıl yiyəsi.
Uyur nağıl sevdalara,
Mənim tək ağıl yiyəsi.

Məni quyudan cıxaran,
Bir nağıl olan tapıla.
Ya da başımı qatmağa,
Nağıl bir yalan tapıla.

********

Hardasan


Bu gecə bomboş beşiyəm,
Ürəyim, canım,hardasan?
Bir sahibsiz ev-eşiyəm,
Mülki-cahanım, hardasan?

Çiçək arzum soldu axı,
Hicran uzun yoldu axı,
Gecəm səhər oldu axı,
Qürubum-danım, hardasan

Gəl gözümə görün qayıt,
Gül ətrimə bürün qayıt,
Son nəfəsi verim qayıt,
Sirri-pünhanım, hardasan?

Yox gümanım,yox əlacım,
Kimə yalvarım,əl açım,
Viran olur, taxtı-tacım,
Təxti-sultanım, hardasan?

********

Ağlayır


Elə bir haldayam, bu boz yağışlar,
Pərişan halıma baxıb ağlayır.
Küsgün ağacları yuyur göz yaşım,
Yarpaqlar qarışıq axıb ağlayır.

Başıma bəladı bəlalı dərdim,
Gileyli-güzarlı olalı dərdim,
Dəli şimşək kimi havalı dərdim,
Qanlı ürəyimdə çaxıb ağlayır.

Gedirəm, göylərdə ara əksimi,
Qoşul yağışlara, dara əkşimi,
Ölüm qara geyib, qara əksimi,
Sinəsi üstünə taxıb ağlayır.

Bu payız, bu yağış...bu dərd nə göyçək,
Ey könül, rəssam ol, bu dərdi gör ,çək,
Bir yanda boynunu büküb bir Çiçək
Həsrətdən don geyib qoxub ağlayır
Çiçək Mahmudqızı:"Mən  “Məlikməmməd nağılı,Bu dünya divlər ölkəsi"
Çiçək Mahmudqızı:"Mən  “Məlikməmməd nağılı,Bu dünya divlər ölkəsi"
Çiçək Mahmudqızı:"Mən  “Məlikməmməd nağılı,Bu dünya divlər ölkəsi"
Çiçək Mahmudqızı:"Mən  “Məlikməmməd nağılı,Bu dünya divlər ölkəsi"
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Yazarlar

Sənin təqvimindəyəm - ŞEİRLƏR

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ədəbiyyat

ÇİÇƏK TAĞIYEVA

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Əhməd Cavadın şeirləri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının