"Yəhudi dövləti" təqdim olunacaq



Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi tərəfindən tərcümə edilmiş, “Kitabıstan” yayınları tərəfindən yayınlanmış Teodor Hertslin “Yəhudi dövləti” kitabı çapdan çıxdığı ilk gündən cəmiyyət tərəfindən maraqla qarşılanıb.

Kitabın təqdimat mərasimi isə sentyabr ayının 18-də saat 16.00-da “1984” adlı məkanda baş tutacaq. Təqdimatda ictimai simaların, yazarların, media nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, “Yəhudi dövləti” Etatizm Akademiyası seriyasından ikinci kitabdır. Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi və “Kitabıstan” yayınlarının ilk nəşri (Etatizm Akademiyası - 1) rus yazıçı Qriqoriy Petrovun Finlandiyadakı aydınlanma hərəkatı haqqında yazdığı “Bəyaz zanbaqlar ölkəsində” kitabı olub. Həmin kitabın da artıq üçüncü basqısı çapdan çıxıb və satışdadır.

Ünvan: İslam Səfərli və Dilarə Əliyeva küçələrinin kəsişməsi.etaist.comскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi