• 16:14 – Ucar rayon sakinləri ölkə prezidentinə şikayət ünvanladılar 
  • 21:30 – Dəniz Baykal dünyasını dəyişəcək,Rəcəb Teyyub Ərdoğanın səhhəti pisləçəcək,Mixail Saakaşvili prezident seçiləcək-Tanınmış ekstrasensin proqnozları 
  • 20:30 – Tibb bacısı görün neynədi 
  • 19:35 – Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan görüşün təfərrüatı 
  • 16:00 – Zəlzələ,güclü partlayış olacaq,məşhur estrada ulduzu xərçəng xəstəliyindən dünyasını dəyişəcək 
  • 15:30 – Dərsliklərdə olan səhvlərə kim cavabdehdir? 
  • 22:30 – Azərbaycanlı alimdən bayrağa qarşı hörmətsizlik 
  • 18:43 – Azərbaycanlı qəssab fəxri fərman aldı 

Tütək ifa etməklə ailəsini saxlayan Vüsal:"Mən ora çıxıb kimdənsə ev, pul istəməyəcəkdim.Çıxıb istedadımı göstərəcəkdim"

Tütək ifa etməklə ailəsini saxlayan Vüsal:"Mən ora çıxıb kimdənsə ev, pul istəməyəcəkdim.Çıxıb istedadımı göstərəcəkdim" Tütək ifa etməklə ailəsini saxlayan Vüsal:"Mən ora çıxıb kimdənsə ev, pul istəməyəcəkdim.Çıxıb istedadımı göstərəcəkdim" Analoq.az şəhərin müxtəlif yerlərində tütək ifa etməklə ailəsinə çörəkpulu aparan Vüsalla müsahibəni təqdim edir.

-Adın nədir?


-Vüsal

-Neçə yaşın var?


-On beş

-Bayaqdan fikir verirəm kafedə insanların qarşısında tütək çalırsan. Yığdığın pulları hara xərcləyirsən?

-Atam Qarabağ əlilidir. Anam da xəstədir. Atam da, anam da işləmək qabiliyyətinə malik deyil. Mənim də yaşım azdır deyə, heç bir fiziki iş görə bilmirəm. Məcbur qalıb bu yolla evə çörəkpulu aparıram.

- Məktəbdə gedirsən?



- 9-cu sinifdə oxuyuram. Dərsdən sonra şəhərin müxtəlif yerlərində, küçədə, kafelərdə, metro stansiyalarının çıxışlarında daha çox oluram. Oralarda ifa edirəm.

-Gün ərzində nə qədər qazanırsan?

-Elə vaxt olub günə 50 manat da qazanmışam.

-Ən çox sənə nə qədər pul veriblər?

-Bir dəfə bir dayı mənə 20 manat verdi. Amma o dayıdan başqa elə böyük pul verən olmayıb.

- Evə gedəndə nə alırsan?


-Çörək, qənd, yağ. Arada 1-2 kiloqram ət də alıram.

- Evdə tək uşaqsan?


-Bir bacım da var.Məktəblidir.Çalışacam bacımı da oxutdurum.

- Özün təhsil almaq istəyirsən?


-Bəli. Polis olmaq istəyirəm.

- Niyə məhz polis?


-Çünki dalaşanları ayırmaq istəyirəm. Ən çox istədiyim odur ki, heç kim dalaşmasın.

-Bakıda harada yaşayırsan?


- Sabunçuda qalıram. Vağzal tərəfdə qatar yolunda taksilərdən kimdən soruşsanız Qafqazın evini Sizi bizim kirayədə qaldığımız evə gətirərlər.

- Telefon işlətmirsən?


-Yox. Qazandığım pulu evə xərcləyirəm. Ona görə telefon almağa gücüm çatmır.

-Söhbət əsnasında dedin ki, Atv telekanalında yayımlanan "Bizimləsən" verilişində iştirak etmək istəyibsən. Amma nədənsə alınmayıb.


-Bir dəfə Atv kanalına getdim. Zaur Baxşəliyev dedi ki, səni efirə çıxardacam. Amma sonra nə oldusa, məni efirə çıxartmadı. Mən ora çıxıb kimdənsə ev, pul istəməyəcəkdim. Çıxıb istedadımı göstərəcəkdim.

- Vüsal, çox sağ ol suallarımızı cavablandırdığın üçün.

-Siz də sağ olun. Bilirəm mənim yaxşılığım üçün edirsiniz...

OD Aygün
Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV