Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

BAKIYA GETMƏKÇÜN 11 SƏBƏB

20-09-2016, 00:51 | 9412 dəfə baxılıb.

Mahfuza ORTİQOVA
(Mahfuza Rövşən qızı Ortiqova)


1986-cı il DAŞKƏNDdə doğulub. Özbəkistan Dövlət Xarici dillər Universitetində (ÖDXU) bakalavr və magistr təhsili alıb. 2014-cü ildən ÖDXU-nun müəllimdir. 5 xarici, 20-dən artıq yerli elmi topluda, 80-dən artıq Özbəkistan qəzet və dərgisində yazıları çap olunub.


Azərbaycanın paytaxtı Bakı insan həyatında bir dəfə olsa belə getməsi lazım olan şəhərdir, məncə. Hər kəs bir ölkə və ya şəhərə getmək üçün, onu görmək və təkrar gələ bilməkçün səbəb axtarır. Mənim Bakıya ilk səfərim iş üçün olmasına baxmayaraq, özümü bu şəhərə yenə səyyah olaraq gəlməyə “məcbur” hiss etdim.

Bakıya tez-tez getmək üçün isə aşağıda göstərilən səbəblər yetərlidir: İlk öncə, gülərüzlülük və qonaqpərvərlik! Bir ölkəyə xarici səyyahlar, qonaqlar gələndə onların bu ölkə haqqında ilk təəssüratının hava limanından başlaması təbiidir. Heydər Əliyev adına Bəynəlxalq Hava Limanı isə sanki mötəbər qonaqları qarşılamaq üçün hazırlanmış kimidir.

Təyyarədən enib, hava limanına addım atan kimi xalı döşənən, geniş, aydın terminalı görüb, könül zövq alır. Nəzarətçilərin nəzakətliliyi, onların özbəkçəyə bənzəyən Azərbaycan dilində “Ölkəmizə xoş gəldiniz!” deməsi insanı o qədər məmnun edər ki, verilən suallara yorulmadan cavab verir, baxmamızı xahiş etdikləri kameraya yaxın dostunuzla şəkil çəkdirirmiş kimi gülümsəyirsiniz. Hava limanında başlanan gülərüzlülük və qonaqpərvərlik Bakıda keçən bir neçə gündə də davam edər...

Küçədə gəzərkən, müştərilərin diqqətini çəkmək üçün çölə çıxan kafe işçiləri təkcə öz ictimai iaşə xidmətlərini təklif etmədən, bəlkə sizin haradan gəldiyinizlə, adınızla maraqlanar, üstəlik: “qonağımız olun”, “sizi qonaq etməyə şad olluq”, “baş üstə...” kimi sözlərlə sizə sevinc bəxş edərlər. Hələ, Özbəkistan adını eşidəndə, ayrı bir sayğı ilə baxırlar.

Belə davranan insanları olan ölkəyə necə getməyəsiniz?! Bakıya gedən adam “İçəriŞəhər”i görməzsə olmaz..!Burada yerləşmiş, “göy altında açıq muzey”, dar amma gözəl küçələr, tarixi abidələr, sənətkarlıq əşyaları... xariciləri özünə heyran qoyur. 2000-ci ildə Qız Qalası və Şirvanşahlar Saray Kompleksi ilə birlikdə UNESCOnun “Ümumdünya irsi Siyahısı”na daxil edilən bu abidə, insanı xəyalən tarixə götürür.

Mən İçəriŞəhərdə özümü Xarəzmdəki kimi hiss etdim. Azərbaycan milli paltarları, hələ kişilərin papaqları... mənə Xarəzmin “Çugirma”sını xatırlatdı. Küləklər şəhərinin sahil boyunda yerləşmiş Qız Qalasına aid əfsanələr çoxdu. Onların çoxu Qız Qalasındakı qız sözüylə bağlıdır. Əfsanədə belə danışılır: Bir qız varmış. Bu qızı Arazın o tayından bir xan öz oğluna almaq istəyirmiş. Xan neçə dəfə elçi yollayır, qızın “hə”sini ala bilmir. Xan xəbər göndərir ki, qızı xoşluqla verməsəniz, gəlib zorla alacam. Qızın qardaşları bir qala tikdirirlər. Neçə ilin azuqəsini yığıb, yerin altıyla su çəkdirib, qalada yaşamağa başlayırlar. Xan qoşun çəkib gəlir, nə qədər eləyir, qalanı tuta bilmir. Bir qoca, xana deyir ki, “odunun yolunu, suyun yolunu kəssən, qalanı ala bilərsən”. Xan qalanın odun yolunu kəsir. Qızın qardaşları odun yerinə silahların ağac hissəsini, ağac əşyaları yandırırlar...

Xan nə qədər eləyir, qalanın su yolunu tapa bilmir.

Qoca deyir:

– Gedin bir qatıra o ki var arpa yedizdirin, amma su verməyin. Aparın qalanın dörd bir yanını dolandırın, qatır harda ayağını yerə döysə, su yolu ordadı.

Elə də eləyirlər; qatır ayağını döyən yeri qazıb, qalanın suyunu kəsirlər, qızı götürüb aparırlar…

Bakının yenə bir ünlü yeri Fəxri Xiyabandır. Burada Azərbaycanın ünlü dövlət xadimləri, siyasətçiləri, mədəniyyət, sənət, təhsil, ədəbiyyat xadimləri dəfn olunub.
…Bu şəhəri görməkçün 5-ci səbəb – “Alov qüllələri” kompleksidir. Üç çoxqatlı binadan ibarət bu kompleks, çağdaş memarlığın möhtəşəm örnəyidir.

Şəhərin hər tərəfindən görünən bu kompleksə axşam baxmaq daha huzurvericidir. “Alov Qüllələri” işıqlandırılma üzrə birinci yeri tutur. Üstündə animasiya mənzərə vermək üçün hər üç “qüllə” bütövlükdə “ekran"larla örtürülüb. Animasiyalı mənzərədə Azərbaycan bayrağını tutan oğlanın şəkli çıxır. Bunu da azərbaycanlıların Vətənə olan sevgisinin nümayişi olaraq qəbul etdik.

Azərbaycanın ünlü xalıları ölkəyə gəlməkçün 6-ci səbəbdir. Bu xalıların başqalarından fərqi onların yüksək növü, hətta asfalt üstünə döşənəndə belə özünün gözəlliyini itirməməyindədir. Qız Qalasının yanında kiçik körpü var ki, onun üstü və ətrafına Azərbaycan xalçaları döşənilib. Xaricilər onu basmamaqçün qırağından keçər.. Azərbaycanlılar isə onun üstündən ayaqqabılarla keçərlər.

Bu adət əslində xalçanın “xüsusiyyət”lərini göstərməkçündür. – Yəni Azərbaycanda ən yaxşı xalça Günəşdə çox qalmış, çox basılmış və isti daşın üstündə qalan xalçalar sayılır...

7-ci səbəb, Azərbaycanın ləziz, şirin yeməkləridir. Siz çətin ki, bu yeməkləri görüb dadmayasınız. Dadı özbək yeməklərinə bənzəyən Azərbaycan yeməklərini unuda bilməyəcəksiniz. Hələ ətdən bişirilən yeməkləri möhtəşəmdir..!
“Чёрт побери”... – Sovet dönəminin insanlarıüçün bu deyim Bakını xatırladır və “Almaz əl” filmindəki, dillər əzbər bu deyim, şəhəri görmək üçün

8-ci səbəbdir. Azərbaycanda çəkilən “Amfibiya adam”, “Qayınana”, “Arşın mal alan” filmləri Özbəkistanda çox ünlü olsa belə, amma İçəriŞəhərdə Yuri Nikulini xatırladan yer turistlər üçün ən maraqlı yerdir...

9-cu səbəb, Bakı metrosunun memarlığı və naxışlarıdır. Daşkənd metrosuna bənzəyir. Başqa ölkələrdə metro sadəcə əhali üçün yol vasitəsi kimi nəzərdə tutulsa da, Bakı metrosuna sənət əsəri də deyə bilərik.
Ticarət mərkəzləri, bazarlardakı satıcılar, onların zarafatlı danışmaları 10-cu səbəb ola bilər. Oradakı müxtəliflik turistlər üçün hər vaxt maraqlı olub.

Bakı küçələrini yorulmadan gəzməyə 11-ci səbəb Bakı küləyidir. Hətta yayın isti günlərində küləyin sərinliyi insanı rahatladır.

Əslində Bakıya getməkçün bir çox səbəb var; amma bu şəhərə getməyə səbəb axtaranlara yuxarıda söylənən 11 səbəb də yetərlidir, deyə düşünürəm...

Azərbaycan dilinə tərcümə edən:
Şahista və Sərvər Kamranlı


Analoq.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Maraqlı / #Ölkə

AZAL xanım işçi axtarır-XEBERI OXU

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının