Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

Sərvər Kamranlı:"Hardasa bir yetim uşağı görsən"

22-09-2016, 18:58 | 1 1432 dəfə baxılıb.

Sərvər KAMRANLI - ( Kamranlı Sərvər Rəhman oğlu ) 12.03.1987-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində ziyalı ailəsində dünyaya göz açmışdır.Erkən yaşlarından bədii yaradıçılığa başlamışdır.
Bir neçə kitabın həmmüəlliflərindəndir. Müntəzəm olaraq dövrü mətbuatda şeirləri və hekayələri ilə çıxış edir.Gənc Ədiblər Məktəbinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvüdür. Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin məzunudur.


SƏNSİZLİK

Xəyalların qoluna girib,
uzaqlarda özünü axtarmaqdır
Sənsizlik.
Zamanından, məkanından asılı olmayaraq,
bəzən qollarını alnına yastıq edib
görüşmək eşqilə özünü yuxuya məhkum etmək,
Bəzən də gecələri yuxusuz açmaqdır
Sənsizlik...
Gündə geyilməkdən yamaq-yamaq olan yollarda
yolunu azmaqdır
Sənsizlik...
...Telefonun bir zənginə həsrət qalmaq,
Saatın əqrəbindən asılıb
ötənlərə nəzər salmaq,
səbəbsiz yerə gülüb,
səbəbsiz yerə ağlamaqdır
Sənsizlik.
Sənsizlik həm də
ələ qələm alıb
ağ vərəqlərə ləkə salaraq
günaha batmaqdır.
...Hə, bir də
Sənsizlik sənin yoxluğunda sənli olmaqdır,
sənlə olmaqdır.
Bax, budur sənsizlik...


RAHAT OLASAN

Durasan ayağa...özün-özünə,
Bir əlac qılasan, rahat olasan.
Tanrının əlindən qanı qaralmış,
Qələmin alasan, rahat olasan.

Artırıb sevincin, dəmin sayını,
Verəsən kədərin, qəmin payını.
Tapasan dərdlərin şah sarayını,
Taxtından salasan, rahat olasan.

Əzab qan ağlaya, gözlərin sıxa...
Ömürdən getməyə yaman darıxa...
Kədər qız cildində qarşına çıxa,
Saçını yolasan, rahat olasan.

Yerdə gün atılır ömürdən hələ...
Göylərin adama yazığı gələ...
Asa yaxasından, yağmasan belə,
Buludtək dolasan, rahat olasan.

İNDİ...

Yerdə görən nə görüb,
Hara qaçır adamlar...
Ta bilmir çəkilməyə
dara qaçır adamlar.

İndi kimsə kimsəni
vurmağa qar düzəltmir.
Vuranlar, elə vurur,
Yüz yerdən sar, düzəlmir!

Köhnə damlar altından
nağıl səsləri gəlmir...
Nəvələrin bildiyin,
Nənələr indi bilmir.

Eşqlə alışan qəlblər,
Soyuyub buza dönüb...
Neçə qəlbdə neçə qız,
Daha “qarqız”a dönüb.

ASILIB QALMIŞAM DƏRD YAXASINDAN...

Soyuqluğu necə yaman üşüdür,
Ağladır ruhumu, ağladır, Allah!
Atıb ev-eşiyin o qız gedəndən,
Bağlıdır qapısı, bağlıdır, Allah!
Asılıb qalmışam dərd yaxasından,
Özümdə özümə qənim olmuşam.
Hardadı bəxt yazan... tapıb soruşun,
Görün bu taleyi ondan almışam?
İçimdə oxunmur eşqin nəğməsi,
Yox olub könlümdən sevgili çağlar.
Gəl, qayıt evinə, ay ev yiyəsi!
Nə qədər evinin divarı ağlar...


GEDİRƏM KƏNDİMƏ UŞAQLAŞMAĞA

Yenə də yolları geyib əynimə,
Gözüm işlədikcə uzaq, gedirəm.
Hələlik dostlarla sağollaşmışam,
Özümdən özümə qonaq gedirəm!

Ora Vətənimin uca zirvəsi,
Orda ulduzlar da yaxındır yerə...
Orda bir qız ola səni sevəsi,
Hələ gəldiyini yuxuda görə.

...Özümü unudub, bənzəyib yada,
Xəyalım yol alıb, dərəyə, dağa.
Çəkdiyim qayğını qoyub Bakıda,
Gedirəm kəndimə uşaqlaşmağa.

DOĞULANDAN SONRA...

…Əvvəl dörd əllə yapışarsan yerdən,
Sonra yavaş-yavaş böyüyərsən.
Tamahkar olarsan-
Təkcə yerlə gözün doymaz.
…ayaq açarsan,
qalxarsan ayağa,
boylanarsan göylərə…
Ayaqlarınla yerdən tutub, əllərinlə göydən tutmaq istəyərsən…
Eşqə düşərsən.
Gah yerdəkilərə sevdiyini deyərsən,
gah da ki, göydəkilərə…
Tapdaladığın torpağı sevərsən,
…dünyanın belində fırlanarsan bir oxun ətrafında.
Günəşə çatmaq üçün, hərəkətin sürətlənməsini istəyərsən,
Arzuların qanad açmaz.
Hərəkətin bərabərliyindən dəyişməz aradakı məsafələr,
Yorularsan.
Düşmək istəyərsən dünyanın belindən,
Fırlandığından düşə bilməzsən.
Sonra bütün canlı və cansızların da dünyanın belində olduğunu dərk edib,
təskinlik verərsən özünə.
Hətta lağ edərsən dünyaya:
“Dünya, sanma fırladırsan hey məni,
Hünərin var dövr eyləmə, fırlanım!
…Nəhayət bir gün gələr-
Gözləmədiyin anda, hansısa bir varlıq alar səni dünyanın belindən.
Bir vaxtkı arzuların gerçək olar,
O zaman sevindiyindən bölünərsən iki yerə.
yerlər özünün olar, göylər ruhunun.


QOL AÇIB GÖYLƏRLƏ QUCAQLAŞASAN

Göz yumub dünyanın halına bir gün,
Özündən ayrılıb, uzaqlaşasan.
İnciyib, gedəsən bu yerüzündən,
Qol açıb göylərlə qucaqlaşasan.

Sevməyə ürəyin kimi, kimsəni,
Axtarıb tapmaya ta heç kim səni...
Qocalıq səpdikcə saçına dəni,
Sənsə yavaş-yavaş uşaqlaşasan.

Hardasa bir yetim uşağı görsən,
Boynunu bükülmüş, aşağı görsən...
Soyuqdan titrəyən dodağın görsən,
Girəsən qəlbinə, ocaqlaşasan.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət / #Ədəbiyyat

Şair "Və susarsan"-ı təqdim edəcək

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Bu gün İsmayıl Şıxlının doğum günüdür

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Zaur Sahil:"Mən xeyir deyilən şərə düşmüşəm"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının