• 22:28 – Göyçə ustadları antologiyası təqdim olundu 
  • 14:00 – Əhəd Abıyev:"Ev yıxan deyiləm,ev tikənəm" 
  • 13:00 – İtkin düşən 13 yaşlı Ülvidən xəbər var 
  • 12:00 – Şimali Koreyanın şərqində uçuşlar həyata keçirildi 
  • 11:00 – Lütfi Zadənin nəşinin sentyabrın 29-u Bakıya gətiriləcək 
  • 10:48 – Huşunu itirən yaşlı kişiyə təcili tibbi yardım kömək göstərmədi 
  • 10:00 – İlham Əliyev:"Bütün rayonlarda işlər daha da yaxşı gedəcək” 
  • 13:00 – Diqqəti daha çox çəkən Donald Trampın öldürülməsidir-Dünya şokdadır 

Tural İrfan:"Körpə qız uşaqlarını Ərəbistanda diri-diri torpağa basdırırdılar"

Tural İrfan:"Körpə qız uşaqlarını Ərəbistanda diri-diri torpağa basdırırdılar" Tural İrfan:"Körpə qız uşaqlarını Ərəbistanda diri-diri torpağa basdırırdılar" İslam dini gəlməmişdən əvvəl qadına xüsusilə də Ərəbistan yarımadasında heyvan kimi baxırdılar, onu ərəb adətinə uyğun olaraq bazarlarda alıb-satırdılar. Körpə qız uşaqlarını gələcəkdə fahişə olmaması arzusu və döyüşüb qənimət gətirə bilməməsi ehtimalı ilə diri-diri torpağa basdırırdılar.

Bir kişi saysız arvadlar ala bilərdi. Onları heyvan kimi döyüb öldürə də bilərdi...Necə ki, islam gəlib nisbətən bu şeyləri aradan qaldırsa da bu adətlər və xüsusiyyətlər bu gün də ərəb ölkələrində qalır.

Baxmayaraq ki, bunu bəziləri islamla əlaqələndirirlər,haqsız olaraq.Həmin ittihamları edənlər islamdan əvvəlki durumu oxuyub öyrənsələr heç zaman islama bu cür ittiham etməzlər.

Evlənmə və boşanma adi bir şey idi islamdan əvvəl. Lakin İslam zühur edərək bir çox çirkin adətləri ləğv etdi. Bir qadınla evlənməyi , ədalətə riayət edə biləcəyi və ehtiyaclarını ödəyə biləcəyi təqdirdə dördə qədər qadınla evlənə bilməyin mümükünlüyünü kişilərə icazəli etdi.

Boşanmaya da o qədər əhəmiyyət verdi ki, hətta Quranda bu barədə xüsusi bir surə, "Talaq" ,yəni Boşanma surəsi nazil etdi. Yəni bir sözlə bunlar hamısı qadının alçaldılmış hüquqlarına xidmətdən başqa bir şey deyildi.

Həmin surənin ilk ayəsində deyilir : " Arvadlarınızı boşadığınız zaman onları gözləmə müddətlərində ( aybaşıdan pak olduqdan sonra) boşayın.

Gözləmə müddətini iddəni sayın. Onları- açıq-aşkar bir pis iş,zina etməyənə qədər ( gözləmə müddəti qurtarmamış) evlərdən çıxarmayın və onlar özləri də çıxmasınlar.Bu, Allahın həddləridir. " Habelə ikinci ayədə deyilir :" Bunların, bu qadınların gözləmə müddəti başa çatdıqda barışmaq istəsəniz onları yaxşılıqla ( öz yanınızda, kəbininiz altında) saxlayın,yaxud yaxşlıqla mehrlərini verib yola salın.

Sonra aranızda ixtilaf olmasın deyə aranızdan iki ədalətli şahid tutun.( Siz də ey şahidlər!) Allah üçün doğru şahidlik edin ! Bununla Allah və axirət gününə inanalara nəsihət verilir... "

Buradan aydın olur ki, humanist şəkildə boşanma tövsiyyə olunur. Hətta gözləmə müddəti deyilən qadınlara məxsus xüsusi haldan pak olmağı gözləmək tövsiyyə olunur ki, qadın həmin vaxt psixoloji və digər cəhətlərdən həssas məqamda olur. Həmin vəziyyətdə cinsi əlaqə islamda yasaq hesab olunur.

Çünki bunun bir çox tibbi fəsadları vardır. Həmin surənin 6 cı ayəsində buyurulur : " Onları boşadığınız, lakin gözləmə müddəti sona yetməmiş qadınları imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin.

Bu qadınları sıxışdırmaq , evdən çıxıb getməyə məcbur etmək məqsədi ilə onlara zərər , əziyyət verməyə cəhd göstərməyin.

Əgər onlar hamilədirsə, bari-həmlini yerə qoyana qədər xərclərini verin. Həmin qadınlar gözləmə müddəti qurtardıqdan sonra sizin üçün uşaq əmizdirirlərsə, onların süd haqqını verin ( çünki onlar artıq sizin uşaqlarınıza süd verməyə borclu deyillər).

Öz aranızda yaxşılıqla şəriətə müvafiq şəkildə sazişə gəlin. Əgər bu məsələdə çətinliyə düşsəniz(bir-birinizlə razılığa gələ bilməsəniz) onu(uşağı) başqa bir qadın əmizdirə bilər.Varlı-karlı olan öz varına görə süd haqqı versin.İmkanı az olan isə Allahın ona verdiyindən versin.

Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz.Allah hər bir çətinlikdən sonra asanlıq, yoxsulluqdan sonra dövlət əta edər." Həmçini Peyğəmbər buyurur " Evlənin boşanmayın, həqiqətən siz boşananda Allahın ərşi titrəyir ! " " Çalışın çox doğan zənci qadınlarla evlənin, övladınız çox olsun..." " Evlənmək mənim yolumdur, kim buna müxalifət etsə məndən deyil" " Evlənən dininin yarısını qorumuş olur." Habelə boşanmağı Peyğəmbər xoş görmürdü.

Özü və yaxın ətrafı heç qadın boşamadılar. Nadir hallarda bu baş verdi, o da Allahın iradəsi ilə oldu ki, ümmətə real olaraq, nümunə verərək nəyisə başa salsınlar. Nümunə olmasaydı,cahil ərəblər quru hökmlərlə əməl etmirdilər.

Boşanandan sonra qadın 3 ay 10 gün iddə deyilən müddəti gözləməlidir. Yəni həmin dövrdə başqa ərə gedə bilməz. bu həm dövrümüzdəki məhkəmə sisteminin barışıq üçün verdiyi müddətlə müqayisə oluna bilər.Həm də əgər qadın əvvəlki ərindən hamilədirsə bu müddət ərzində bunun aşkar olması qəbilindəndir.

Yoxsa ikinci ərindənmi, birincidənmi olması ziddiyyətə və problemə gətirib çıxara bilər. Bu baxımdan həmin müddət gözlənməlidir.

Yuxarıdaki ayələrdən də görsəndiyi kimi, uşağın anada qalması söz mövzusudur.Yəni ata onun süd haqqı və digər xərclərini ödəməlidir.

Əgər atada qalması deyilirsə bu o zaman olacaq ki, ananın sosial vəziyyəti və ikinci ailə həyatı qurması buna imkan vermir. İslama görə iki yaşına qədər uşaq südəmərdir və süddən ayırmaq olmaz, deməli anadan ayırmaq olmaz.

Sonrası isə ayədə deyildiyi kimi, razılıqla olmalıdır ki, uşaq əziyyət çəkməsin. Belə ki, uşağın nə qədər anaya ehtiyacı var, o anada qalmalıdır.Sonra isə həddi buluğa çatanda azaddır.Boşanma ümumiyyətlə islamda mənfi qarşlanır.Əksinə islamda evlənmək,hətta çox evlənmək tövsiyyə olunur.

Lakin bununla yanaşı boşnmaq da həyatın qanunlarındandır və bəzən qaçılmazdır. İslam buna da yer verir və şərtlərini yuxarıda qeyd etdiyimiz şəkildə izah edir. Talaq , yəni boşanma zamanı da iki ədalətli şahid tələb olunur. Həmçinin qadının mehriyyəsi verilir, xərci və sair çıxarları qarşılanır.

Bu gün boşanmaların geniş vüsət alması bir çox səbəblərdən baş verir. Xüsusilə qeyd edim ki, din adamları və ruhanilərin çoxu da islamı-dini cəhətdən evlilik və ailə şərtlərini olduğu kimi izah etmirlər, ona görə də çox zaman elə dindarların öz aralarında da əcaib evliliklər, siğələr, boşanmalar baş verir.

OD AYGÜN
Analoq.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV