• 23:58 – Hitlerin qəzəbinə tuş gəlmiş azərbaycanlı pəhləvan 
  • 22:59 – Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR 
  • 11:00 – Roza Zərgərli:"Hüseynin elə bir yerindən telefon çıxdı ki..." 
  • 10:12 – 20 yaşlı xanım yaxınlıq etmədiyinə görə şəkillərini montaj edib yayan iki uşaq atası saxlanıldı 
  • 22:52 – Qurd ;"Cavidan tir-tir əsirdi" 
  • 22:05 – Haci Əbdül: "İran çempion olsa, nəzir-niyaz verərəm" 
  • 19:17 – Həkim müğənnini döydü 
  • 16:51 – Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı-Bəxtiyar Qəhrəmanov 

Könül Eldarqızı:"İmana gətir məni"

Könül Eldarqızı:"İmana gətir məni" Könül Eldarqızı:"İmana gətir məni" Analoq.az istedadlı şair Könül Eldarqızının şeirlərini təqdim edir:

Sənə bənd olmuşam xəbərin olsun!


Canıma hopmusan, ruhum olmusan, Xəyalım olmusan, yuxum olmusan,
Sən mənə hamıdan yaxın olmusan,
Sənə bənd olmuşam, xəbərin olsun! 


Eşqindən od alım, köz əsirgəmə,
Baharı bəxş elə, yaz əsirgəmə,
Bir kəlmə din, danış, söz əsirgəmə,
Sənə bənd olmuşam, xəbərin olsun!

Tükənib bitmişəm yolunda sənin,
Gəzirəm sağında, solunda sənin,
İzin ver, can verim qolunda sənin,
Sənə bənd olmuşam, xəbərin olsun!

*********

Bircə gecə yuxuma gəl

Ay yuxuma qənim olan,
Ay saçımda dənim olan,
Xəyallarda mənim olan,
Bircə gecə yuxuma gəl!

Ünüm, sesim, sorağım ol,
Gözlərimdə çırağım ol,
Röyama gir , qonağım ol,
Bircə gecə yuxuma gəl!

Ay çöhrəsi çiçək yarım,
Göydən enən mələk yarım,
Arzu yarım, dilək yarım,
Bircə gecə yuxuma gəl!

*********

Ocağından küsmüşəm, külündən incimişəm

Ruhumun dincliyini bir baxışla alanım,
Səni mənə gətirmir, yolundan incimişəm. Qədəminə iz olum, su tək axım, calanım, Kuləklərlə öpüşən telindən incimişəm.

Gecə-gündüz çağırır səni dilim, demişdin, Dünyamsan söyləmişdin, obam-elim demişdin,
Neçə gülün içindən mənə gülüm demişdin, Yad çiçəkdən yapışan əlindən incimişəm.

Unut dedim könlümə, ürək qınadı məni, Qırdı qol qanadımı qəlbin inadı mənim,
Elə yandırdı -yaxdı sevdanın odu məni, Ocağından küsmüşəm, külündən incimişəm


*********

Könlünü allam sənin


Sən gəl imana- dinə,
Dindir ki qəlbim dinə,
Könlümü verib sənə,
Könlünü allam sənin

Qəlbimin hakimisən,
Dərdimin həkimisən,
Mənə dərman kimisən,
Könlünü allam sənin

Dilində bitir məni,
Vüsala yetir məni,
İmana gətir məni
Könlünü allam sənin

Sadağan özüm olum,
Sən alish, közün olum,
Mən görən gözün olum,
Könlünü allam sənin..

Könül sözünə qurban,
Eşqin yazina qurban,
Olum özünə qurban,
Könlünü allam sənin
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV