Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

Dəryanın Hüseyni

30-06-2017, 00:04 | 1 3942 dəfə baxılıb.

Gəlimli, gedimli dünya!
Son ucu ölümlü dünya
“Kitabi-Dədə Qorqud”


Dünyanın ən nəhəng adamlarından biri,fransız yazıçısı və riyaziyyatçısı Paskal Blez 17 ci əsrdə yazırdı: ”Dünyaya gələndə səbəbini bilmədim, yaşarkən necə yaşamaq lazımdır onu da bilmədim,indi ölümə gedirəm, yenə də səbəbini bilmirəm”.Bu ibratəmiz fikirlər bir neçə cümlə yazmağıma kömək edir.

Əslində yazmaq istədiyim yazı deyil və ya özümü kökləyib yazı yazmaq da niyyətim yoxdur.

Sadəcə olaraq bu günlərdə gündəmi tutan mövzuya münasibət bildirmək istədim.

Mətləbə keçməzdən öncə qeyd etməyi özümə borc bilirəm ki, bu dünyanın adamları həmişə o dünyanın adamlarına sataşırlar.

Onlarla vaxtında etmədikləri söhbətlərini, razbork­­alarını edirlər. Nə asan işdir ölüylə razborka eləmək.

Bu yaşıma kimi ölünün dalınca danışanları çox görmüşəm. Birisi şərikinin dalınca danışır, digəri dostunun, başqa birisi də arvadının.

Amma arxadan danışan adamların heç biri düz sözü insanların sağlığında düz üzünə deməyib.

İki dost şərikki bizneslə məşguldursa şəriklərdən biri dünyasını dəyişsə həyatda qalan,rəhmətə gedənin dalınca olar-olmaz sözlər danışacaq. Dostunun dalınca danışmaq isə bizim məmləkətdə ən asan işdir.

Arvadını xəyanətdə, yalanda günahlandıran arvadını o dünyaya yola salandan sonra özünü əsl "qəhrəman" hiss edir.

Nə isə keçək mətləbə. İnsanlar anlamır ki, ölünün dalınca danışmaq günahdır.

Biz müsəlman olaraq heç vaxt şəriət qayda- qanunlarına da riayət etmirik.

Yer üzünə göndərilən bütün müqəddəs kitablar da yazılır ki, dünyasını dəyişənin dalınca danışmaq olmaz. Həttda “İncil” buyurur ki: Ölmüş adam günahdan azad olunmuşdur.

Bəs niyə biz, bizə verillmiş müvəqqəti ömürdə bilə-bilə səhvlər edib, günahlar qazanırıq.

Bəlkə nə vaxtsa öləcəyimizi bilib günahlarımızın təmizlənməyini gözləyirik?
Bayaqdan özümü mətləbə kökləmək istəyirəm nədənsə alınmır.

Görünür mənimdə günahlarım az deyil.

Əlqərəz... Bugünlərdə mətbuat məşhur reper Hüseyn Dəryanın ölümüylə baglı xeyli xəbərlər yaydı.

Bu xəbərlərin içərisində doğrusuda var idi yalanıda.

Adamı yandıran budur ki, insanlar bu xəbərlərə öz cılız beyinləri qədər şərhlər yazdılar. Kimisi ona narkoman dedi, kimisi də tüfeyli həyat keçirən.

Amma heç kim onun yaradıcılığından, etdiyi xeyirxahlığından yazmadı.

Mərhumu tanıyanda, tanımayanda ucdantutma fikirlər bildirdi.

Mən mərhumu şəxsən tanıyırdım. Bir neçə il bir qəsəbədə yaşadıq. Bir neçə dəfə də görüşmüşdük. Hələ lap məşhur olanda məşhurluq onu çaşdırmamışdı.

Əvvəllər yaşadığı Bakıxanov qəsəbəsində böyük hörmət-izzətə malik idi. İnsanlarla nomral ünsiyyətə girirdi, can deyib can eşidirdi.

Son illərdə Hüseyn Dərya qədər böyük tamaşaçı, dinləyici auditoriyası görən ikinci bir sənətçı görmədim.

Hüseyini hamı sevirdi, azyaşlı uşaqdan tutmuş, yaşlı nəslin nümayəndəsinə qədər.

Hüseyn ilk addımını “Kef elə” deyə-deyə atdı. Və Hüseyinin sayəsində o vaxtlar çox insanlar öz problemlərini unudub Hüseyinin dalınca getdilər. Loru səslənsə də, kef elədilər.

O “Kef elə” deyəndə insanların əksəriyyəti bügün ki kimi bankalara kredit ödəmirdilər, avtomobillərini, evlərini girov saxlamırdılar. Hüseyn doğrudan da insanları “Kef elə”–məyə çağırırdı.

Məncə, bunun bir pis tərəfi yox idi. Hüseyn rep janrına yenilik, repə bir doğmalıq, şirinlik qatdı.

Sonra ətrafındakılara “Kişi ol” dedi, onlara “Kişi sözü” verdi, ”Göz qırpımı” deyib “Oyan bəxtim”-i səslədi. Sonra “Məktub” yazdı, ”Ay can ay can” deyib ”Dünya”-ya “Sevmirəm” deməyi də unutmadı. ”Dost” “Yalandır”, ”Ölüm və ya olum” var deməyi də unutmamışdı.

Mənim üçün Hüseyin bu məmləkət üçün unikal istedad sahibidir. Biz onu öldürdük. Özümüz öldürdük. Amerikada Snoop Dog adlı reper yaşayır. Bəlkə də dünyanın bir nömrəli narkobaronudur.

Amma dünya, ən əsası da qaradərililər onu qoruyur və qorumağıda bacarır. Bizim gücümüz isə ancaq öldürməyə çatır.

Hərdən öz-özümə deyirəm:Ya Rəbb, imkan varsa bizim məmləkətdən bir şair, yazıçı, müğənni apar.

Mətbuatda yazmağa yeni mövzu, insanlar arasında da danışmağa söhbət olsun. Bizlər ancaq ölünün dalınca danışmağı bacarırıq...

Ölüm dediyimiz şey əslində yeni həyat tərzidir, ancaq biz bu barədə heçnə bilmirik. Mən əminəm ki, Hüseyn ölmədi. On, iyirimi bəlkə də üç ildən sonra aramızdan bir Hüseyn çıxacaq. Dərya qədər dərin Hüseyn...

Yazıma isə yazıçı Anarın bir fikriylə nöqtə qoyuram. Anar müəllimin təbirincə desək:İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki, onları xatırlayan, səslərini, sifətlərini yaddaşlarda saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar-fikirlərdə, xəyallarda, təsəvvürlərdə.
Savalan Talıblı
publika.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Gündəm

Dəryanın Hüseyni

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının