Musiqi niyə haramdır?

Musiqi niyə haramdır?
Tarix: 5-10-2016, 17:43 Toplam: nəfər paylaşdı.


Musiqi məclislərində iştirak etmək olarmı? Haram melodiyalar hansılardır? Eşitmək, yoxsa qulaq asmaq? Nə halaldır, nə haram? Musiqi barəsində bu və digər sualları cavablandıracağıq

“Bəziləri nadanlıq üzündən boş sözlər satmaqla insanları Allah yolundan azdırmaq istəyirlər.”

“Musiqi” yunan sözüdür. Bu kəlmə bir çox hallarda “ğina” sözü ilə eyni tutulur, amma dini terminologiyada bir-birindən fərqlənirlər.

Belə ki, “ğina” boğazdan zəngulə ilə çıxan və əyyaşlıq məclislərinə xas bir formada insanları vəcdə gətirən səsə, “musiqi” isə musiqi alətlərində ifa olunan melodiyaya deyilir.

İslamın nəzərinə əsasən, işrət məclislərinə xas olan ğina və musiqi haramdır. Qurani Kərimdə eyş-işrət məclislərinə xas olan ğina və musiqinin haram olması barədə gələn ayələrdən bu hökm çox aydın anlaşılır:

“İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şerlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar.Onların rüsvayedici bir əzabı olacaqdır.” Loğman, 6.

“Kim tövbə etsə və yaxşı işlər görsə, o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar. O kəslər ki, yalandan şahidlik etmir (yalan, qina, söyüş və sairə məclislərində iştirak etmir) və bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər” Furqan, 72.

“Həqiqətən iman gətirənlər nicat tapdılar. O kəslər ki, namazlarında itaətkardırlar. Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər.” Muminun, 1-3.

“(Ya Peyğəmbər!) Kim Allahın müqəddəs ayinlərinə ehtiram göstərsə, (bu,) onun üçün Rəbbinin yanında daha yaxşıdır. Həmişə sizə oxunanları çıxmaqla, bütün heyvanlar sizə halal edildi.

Buna görə də murdar bütlərdən çəkinin və (yalan, böhtan, yalandan şahidlik və mahnı oxumaq kimi batil və) əyri söz(lər)dən uzaq olun.” Həcc, 30.

“(Onlar) boş bir söz (məsxərə, söyüş, qeybət, musiqi) eşitdikləri zaman, ondan üz döndərərlər və (bu hərəkətləri ilə) deyərlər: «Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam (Salamat qalın) olsun! Biz cahilləri (dostluq və yoldaşlıq üçün) istəmirik».” Qəsəs, 55.

“Ləhv” kəlməsi barədə deyilir ki, insanın başını qatan, onu qəflətə salan hər mənasız iş ləhvdir. Bu kəlmə həmçinin, fəsad və əyyaşlıq məclislərinə xas olan avaz və nəğmələrə də aid edilir.

Nə halaldır, nə haram?

Əlbəttə, bunun üçün camaatın qəbul etdiyi ümumi qanun və qaydalar əsas götürülməlidir.

Yəni insanlar hansı musiqiyə “ləhv məclislərində ifa olunan musiqi” deyərlərsə, həmin musiqi haramdır.

Bəzən milli musiqilər barədə də müxtəlif sözlər eşidirik. Muğam, ümumiyyətlə milli folklora aid edilən musiqilərin hökmü digər musiqilərdən fərqlənirmi?

Yaxud “vağzalı” musiqisi halaldırmı? İslamın nəzərinə əsasən, bunların arasında heç bir fərq qoyulmur. Əsas meyar yuxarıda qeyd edildiyi kimi musiqinin hansı yerlərdə ifa olunması və hansı yerlərə məxsus olmasıdır.

Bəs əgər bir musiqi birinin nəzərində halal, digərinin nəzərində haram olsa, yəni biri onu “ləhv məclislərində ifa olunan musiqi” bilsə, digəri yox, onda məsələ necə olacaq?

Burada ümumi bir hökm vardırmı? Burada məsələ fərdi yanaşmaq tövsiyə edilir. Yəni, onu haram bilənə haram, halal bilənə isə halal olacaq.

Haram bilən halal bilənə bu barədə etiraz, ya xəbərdarlıq edə bilməz. Əlbəttə, unutmaq olmaz ki, burada sağlam zövq və ağıl kamilliyi mütləq nəzərə alınmalıdır.
Əgər haram musiqi insanda heç bir pis təsir qoymasa və insan ümumiyyətlə o musiqidən təsirlənməsə, yenə də ona qulaq asmaq haramdırmı? Cavabında deyilir ki, bir musiqinin kimdəsə təsir qoymaması o musiqini halal etməz.

Haram melodiyalar hansılardır?
Haram melodiyaların hansı xüsusiyyətləri vardır? Sürətli ritmi olan, yaxud insanda rəqs etməyə həvəs yaradan musiqi, ya başqa bir tərz? Burada da eyni cavab verilir. Yəni, musiqinin haramlığı üçün meyar onun ləhv və əyyaşlıq məclislərinə xas olmasıdır. Hər hansı bir melodiya belədirsə, haram hesab olunur.

Musiqi məclislərində iştirak etmək olarmı?
Haram musiqi olan məclislərdə iştirak etmək olarmı? Əgər buna məcbur olsaq, onda necə? Müctəhidlərin rəyinə əsasən, belə məclislərdə iştirak etmək olmaz. Bunun üçün heç bir bəhanə onun halal olmasına səbəb olmaz.

Toy mərasimlərində ifa olunan musiqilər də əgər həmin haram musiqilərdən olsa, o zaman orada da iştirak etmək haramdır.
Eşitmək, yoxsa qulaq asmaq?

Eşitməklə qulaq asmaq fərqlidirmi? Bəli, fərqlidir. Əgər biri yoldan ötərkən hər hansı bir musiqinin səsləndiyini eşitdiyi halda o musiqiyə qulaq asmasa, haram əməl etməmiş sayılır.ixlas.azскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10