ƏSAS SƏHİFƏ Manşet / Yazarlar / Ədəbiyyat Nə gözəl xəyallar qurduq səninlə.

Nə gözəl xəyallar qurduq səninlə.

Sən ey sahilinə həsrət dənizim,
Yeni həyatında xoşbəxt oldunmu?
Qışın ayazında, qışın qarında
Öpdüyüm əlini yada saldınmı?

Nə gözəl xəyallar qurduq səninlə.
Kiçik bir evimiz olsun deyərdik.
Mən meyvə ağacı səndə gül-çiçək
Evin həyətinə birgə əkərdik.

Nə gözəl günlərdi ötən günlərim.
Kaş ki o günlərə uça biləydim.
Xoş günlərimizi atıb kənara
İndiki halıma içə biləydim.

Bu gün sual verdi bir dosdum mənə
Deyirlər sevgilin evlənib sənin!
Heç fikirləşmədən verdim cavabı
Xeyr heç sevgilim olmayıb mənim.

Yəni anlayacağın çətində olsa
Səni ürəyimdən silib atıram.
Xəyal qurdurduğun o kiçik evdə
Nə sən, nə başqası tənha yatıram.

*****
Guya gələcəkdin sən bu baharda
Elə hey gözlədim amma gəlmədin.
Ömrümdən nə bahar, nə qışlar keçdi
Bir kərə yanımdan gəlib keçmədin.

Qaranlıq gecəmin günəşi olan.
Ulduzlu gecəmin ayı sən qadın!
Bir tale yazaydı yaradan bizə
Adımın yanında tək sənin adın.

Guya gələcəkdin sən bu baharda
Yolunu dumanmı çənmi bağladı?
Mən səni gözlərkən hər gün, hər axşam.
Buludlar dərdimi görüb ağladı.

Sənin gözlərinə şeir yazardım
İndi o gözlərə həsrət qalmışam.
Bir vaxt yollarına düşmüşdüm sənin.
İndi o yollarda tənhan olmuşam.

Yazan belə yazıb bizə də neynim.
Sən özgə bir evin yanan çırağı.
Sən mənim ömrümə yazılmış günah
Mən sənin ömrünün kiçik qonağı.

*****
Deyirsən nə desən, edərəm inan
Hər zaman sən mənim ola bilərsən?
Dərdim gözlərimdə yaş olan zaman
Gəlib göz yaşımı silə bilərsən?

Misalçün bir qəza qurbanı olsam
Gözlərim qəzada kor olsa, bir gün
Hər kəs məni atıb getdiyi anda
Sən mənim yanımda qala bilərsən?

Qorxuram sevirəm deyəsən mənə
Bir ömür səninəm deyəsən mənə
Sonra məhkum edib sən məni qəmə
Sakitcə qəlbimdən çıxıb gedəsən.

Getsən də arxanca baxmaram inan
Cismin qovuşacaq sənə külümdə.
Qoy gülsün razıyam baxça-bağ mənə
Sənə dərdiyim gül solsa əlimdə.

Demirəm körpü ol mən keçən yola
Sadəcə mənim ol mənə bəsimdi.
Mən olmayanda duyduğun hər səs
Fərz elə özgə yox, mənim səsimdi.

Eşqin Abdullayevскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu