Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Araşdırma

Dələduz mollaların sezonu başladı

5-10-2016, 22:34 | 1 1222 dəfə baxılıb.

İslam təqvimi olan Hicri-Qəməri tarixinin 1438 - ci il, Muhərramul- Həram ayının 1-i , 2016-cı ilin oktyabr ayının 1 nə uyğun gəlir. İslam dinində 4 haram ay vardır.

Bu aylarda savaşmaq və qan tökmək haram edilib. Həmin aylardan birincisi Muhərram ayıdır. Bu ay əzəldən bəri əlamətdar hadisələrin baş verdiyi bir ay olubdur

Nuh tufanının bu ayda baş verdiyi, İbrahimin oda atıldığı, Yunusun balığın qarnından xilas olduğu və sair digər hadisələrin məhz bu ayda baş verdiyi qeyd edilir.

İslamda Ramazan orucu vacib olmamişdan əvvəl bu ayın ilk on günlüyü oruc tutulurdu.

Mədinə yəhudiləri də bu cür edirdilər. Ramazan orucundan sonra bu oruc ləğv edildi.

Muhərram ayında baş verən ən əlamətdar, faciəvi hadisə isə Peyğəmbərin qız nəvəsi, Fatimətuz - zəhranın və əmisi oğlu Əli bin Əbu Talibin ikinci övladı İmam Hüseynin, yenə eyni zamanda Peyğəmbərin qaynı oğlu Yezid bin Muaviyyə tərəfindən İraqın Kərbəla vadisində qətlə yetirilməsidir.

Seçki ilə qanuni xəlifə olan İmam Əlinin Dəməşq valisi Muaviyyəni vəzifəsindən azad etməsi onu qəzəbləndirmiş, əmrə əhəmiyyət verməyərək İmam Əli ilə hərb etmişdir.

Nəticədə İslam xilafəti də, ümməti də həm siyasi cəhətdən,həm də dini cəhətdən iki yola ayrılmışdır.

İmam Əli özündən ayrılan xəyanətkar qrupun üzvü tərəfindən şəhid edildikdən sonra onun yerinə xəlifə seçilən oğlu İmam Həsəni də məkrli və dərin siyasətçi Muaviyyə həyat yoldaşının əli ilə zəhərlədib şəhid etdirmişdir.

İmam Həsən isə şəhidliyindən əvvəl İslam ümmətinin ikitirəliyə düşməməsi üçün və öz tərəfdarlarının da etibarsızlığını görüb öz vəzifəsini Muaviyyəyə bir neçə şərtlə güzəşt etdi və təhvil verdi.

Bu şərtlərdən biri Muaviyyənin ölümündən sonra xilafətin özünə qaytarılması, əgər sağ olmasa qardaşı Hüseynə dövr edilməsi şərti idi.

Muaviyyə isə yuxarıda qeyd etdiyim kimi onu zəhərlətdi və özü ölərkən də əhdinə yenə də xəyanət edərək xilafəti oğlu Yezidə vəsiyyət etdi.

Həmçinin Hüseyndən də Yezid üçün beyət, razılıq alınmasını vacib saydı.Muaviyyə hicri 61 ci ildə öldü və yerinə oğlu Yezid keçdi.

Eyş- işrətə və qumarbazlığa meylli adam olan Yezid meymun və it oynatmağı ilə ad çıxardı və qısa zamanda İslam ümməti yanında hörmətdən düşdü.

Lakin Muaviyyənin qurduğu sərt və qəddar üsuli-idarə sistemindən qorxan ümmət etiraz səsini çıxara bilmirdi.

Digər tərəfdən də Muaviyyə vaxtı ilə Peyğəmbər adından öz xeyrinə xeyli hədis uydurturmuşdu rüşvət verərək.

Ona görə də bəziləri onun və nəslinin "fəzilətinə" inanır və Peyğəmbər səhabəsinə üsyanı caiz görmürdülər.

Yezid üsyankar Abdullah bin Zübeyri tutmaq üçün qaçıb ora sığınmış Peyğəmbər səhabəsinin oğlunu öldürmək naminə Kəbəni mancanaqla viran etdi, yandırtı və dağıtdı,Abdullahı da doğratdı.

Sonra Mədinədə qızları zorlatdı,açıq və aşkar şəkildə. Şəhəri viran etdi.

Məqsəd isə babası Əbu Sufyanın,Bədr və digər Peyğəmbər savaşlarında İslam əleyhinə vuruşub İmam Əlinin qılıncı ilə öldürülən əcdadının intiqamını almaq idi.

İslama tam iman gətirməmiş, sadəcə Quran dili ilə desək İslamı qəbul etmiş bu Əməvilər tayfası hakimiyyətə gəlmək üçün İslamı qəbul etmişdilər.

Nəticədə Yezidin fəsadı aləmə yayıldı. Bu Hüseynə çox ağır gəldi. Hərçənd ki, çəkilib sakitcə Mədinədə məskunlaşmışdı.

İraqın Kufə şəhərindən ona saysız müraciətlər daxil oldu ki,Peyğəmbər nəvəsi olaraq sizdən imdad diləyirik, gəlib bizi Yezidin zülmündən xilas edin.

Müraciətlər o qədər artdı ki, hətta Hüseyn əleyhissəlam düşündü ki, getməsə günahkar olacaq. Kəbədə Həcc ziyarətini yarımçıq qoyub yola düşdü.

Əmisi Əqilin oğlu Müslümü əvvəlcə yolladı ki, görsün vəziyyət necədir. Müslüm Kufəyə daxil olanda bütün Küfə əhli onun arxasında namaza durub onunla bir olduqlarını bildirdilər.

Müslüm də məktub yazıb Hüseynə, gəl, dedi.Müslümdən xəbər tutan Yezid Kufəyə sərt bir vali təyin etdi.

Həmin vali,Übeydullah bin Ziyad şəhərə İmam Hüseyn qiyafəsi ilə üzü bağlı daxil oldu. Hüseynin tərəfdarları onu Hüseyn sanıb qarşızına, pişvazına çıxdılar. O isə üzünü açıb onların hamısını qılıncdan keçirtdirdi.

Müslümü də tutub hündür bir yerdən yerə atıb parçaladı. Yezidə xəbər etdi, Hüseyni "qarşlamaq" üçün qoşun yollamağını tələb etdi.

Übeydullah bin Ziyad,Ömər bin Sədin başçılığı ilə qoşun toplayıb Kərbəlada Kufəyə tərəf hərəkət edən İmam Hüseyni mühasirəyə alıb Yezidə tabe olmağı tələb etdi.Hüseyn Kufədəki tərəfdarlarının köməyə gələcəyini güman edərək təslim olmadı.

Yezid tərəfdən Hürr bin Riyahi adlı bir qeyrətli şəxs İmam tərəf keçdi.İmam təslim olmadı.

O ailəsini də özü ilə götürmüşdü. Nəticədə 72 nəfər yaxınları, qardaşları, hətta 6 aylıq körpəsi ilə bahəm ədalət yolunda qılıncdan keçirildi, başı kəsildi bir çox yerlərdə nümayiş etdirildi.

Ailəsinin sağ qalan qadınları və xəstə, yeganə salamat qalan kişi xeylağı olan ortancıl oğlu Əli Zeynəlabidin əsir alınaraq Suriyanın Dəməşq şəhərinə aparıldı.

Orada da bu şəxlərə psixoloji işgəncə başladı.

Hüseynin azyaşlı qızına atasını istədiyinə görə onun kəsik başını qəfil göstərdilər və uşağın ürəyi partlayıb öldü.

Bu gün məzarı Dəməşq şəhərindədir. Şəhidləri qarət etdilər, burun qulağını kəsdilər.

Dünyada heç bir Peyğəmbərin, din qurucusunun nəslinə qarşı məhz öz dinini mənsubları tərəfindən belə şey baş verməmişdi.Bu ərəb cəhalətinin təzahürü idi.

İslam donu geyinənbu ərəb tayfası vəhşi Əməvilər-ərəblər əslində müsəlman olmamış,Muhəmmədin qurduğu dövlətdə yer tutmaq üçün bicliklə müsəlmanlara qatılmışdılar.

Məhz Qurani Kərim özü belə ərəbləri əsl müsəlman hesab etmir.

Cəhalət dövrünün nəsil kinini yaşadan Yezid bax belə bir yara vurdu islamın kürəyinə. Sonralar da Yezidçilər artdı, təriqətləşdi, məzhəbləşdi.

Xəvariclər olaraq tarixdə və həyatda qaldılar. Bu gün də məhz vəhhabi-xəvaric-sələfilər adlanan təriqət eyniylə Yezidin xələfləridirlər. Bunu özləri də təsdiq edirlər.

Məhz Suriyada,İraqda İmamların indi də qəbrini partladan, körpələri Hüseynin balaları kimi doğrayanlar nə şiələrdir,nə də sünnilər, onlar xəvariclərdir-sələfilərdir-vəhhabilərdir.

Bu dediklərim hətta Çeçenistan prezidenti Ramzan Kadırovun və digərlərinin də dilindən eyniylə səslənib. Onlar bu gün də Yezidə rəhmət oxuyurlar.

Məsələnin kökü isə Peyğəmbərin onların babalarını dini müdafiə savaşlarında öldürdüyünün qisasıdır.

Ona görə də onlar Peyğəmbər nəslinə divan tutur, onların yolunu gedən,Əhli-Beyti əziz tutanlara qarşı dünyada savaş açıblar. Hətta Kəbəni də Yezidin zamanında olduğu kimi yixacaqalarını dilə gətirirlər.

...İmam Hüseyn qətlə yetirildi. Kufəlilər peşman oldular.

Başladılar meyyitlərin üstə yığılıb başlarına döyməyə, özlərinə xəsarət yetirməyə, saqqalallarını yolmağa və.s. Qeyrətə gəlib Təvvabin-Tövbə edənlər siyasi cərəyanını yaratdılar.Süleyman Səqəfi adlı bir şəxs rəhbərlik etdi.Bir şey edəmməyib məğlub oldular.

Sonra Muxtar adlı şəxs, dərin düşünərək Keysani təriqətinin üzvü kimi başına adam topladı, Hüseynin qətlində iştirak edən hər kəsi taparaq eyni aqibətlə öldürdü və qisas aldı.Sonda özü də şəhid oldu.
İraq əhli satqın çıxdı.

Yəni İmamı çağırıb ölümə verdilər, özləri isə Yezidin qoşununda bulundular.

Hətta İmam ölümündən bir qədər əvvələ qədər ona gələn məktubları saxlayırdı. Sonra yandırdı ki, ələ keçər, onu çağıranları öldürərlər.

Hətta Hüseyn şamları və ocaqları söndürüb tərəfdarlarına dedi ki,azadsınız. Üz-üzdən utanar,bəlkə mənə xatir qalıbsınız.Gedə bilərsiniz. Əlbəttə gedənlər də oldu...

Amma Yezid tərəfdən ona qoşulanlar da oldu. Sonralar Şah İsmayılın, onun sədaqətinə şübhə etdiyi və qəbrini açdırdığı, daha sonra isə çürümədiyini görüb peşman olduğu Hürr bin Riyahilər də oldu...

Hüseyn və Kərbəla sonralar bir ibrət, nümunəyə çevrildi.Hüseyn din, ədalət, əxlaq, humanizm uğrunda qiyam etdi və qəsdən şəhid olduğu vəziyyəti, mahiyyətini böyütmək üçün daha da dərinlərə apardı.

Ailə-uşağı ilə şəhid olaraq bir nümunə verdi ki, lazım gələndə öz körpəni də qurban verməyi bacarmalısan.

Allah İbrahimdən İsmayılı almasa da,Hüseynin insandan olan qurbanlarını qəbul etdi.

Həcc edən Hüseyn qurban kəsmək istərkən vaz keçdi və yola düşdü. Gəldi qurbanlarını Kərbəlada verdi. Hüseyn ərəbin deyildir təkcə.

Bəzi imansız cahillər bu hadisəni mənsəb davası kimi qələmə verir Marksistlər sayağı.

Ancaq Hüseynin faciəsinin ulu təntənəsindən bütün qəhrəmanlar ilham alırlar.

Unutmayaq Milli Qəhrəmanımız Mübariz məhz Hüseynin nəslindən idi.

Onun yolunda idi və yolunu da yaşatdı, Vətən, haqq - ədalət uğrunda şəhid oldu.

Dünyanın hətta müsəlman olmayan dahiləri də Hüseynin qəhrəmanlığını, şücaətini, böyük iş gördüyünü etiraf edirlər.

Hüseynin bu hadisəsi artıq bir şəhadət məktəbidir və öyrənilir.Bizim də şəhidlərimiz vardır.

Şəhidlər islama görə Peyğəmbərlikdən sonra ən ulu zirvədir. Şəhid qeyd-şərtsiz Cənnətə gedir.

Ona görə də şəhid öz qanı ilə kəfənsiz, qüslsüz dəfn edilməlidir...

Ölkəmizdə də min ildən artıqdır ki, bu hadisənin il dönümü qeyd edilir.

Lakin əvvəlki savadsızlıq dövrlərindən fərqli olaraq bu mərasimləri qaragüruhçuluq, vay-şivən, qaranlıq təsir bağışlayan şəkildə yox,Hüseynin adına və özünə layiq şəkildə keçirmək lazımdır.

Hüseyn təkcə din qəhrəmanı kimi yox, haqsızlığa üsyan edib az qüvvə ilə çox iş görən bir hərtərəfli simadır.

O,dinindən, millətindən, irqindən asılı olmayaraq bütün əzilənlərin, haqsızlığa-zülmə uğrayanların qəhrəmanıdır.

Bu gün onu xristianlar, bəhailər, buddistlər və digər dinlərin nümayəndələri də ziyarət edir, xatırlayırlar.

Ancaq təəssüf ki, də dələduz mollalar onun adı ilə pul qazanırlar.Bəzi nadanlar onun bu faciəsinin anım mərasimini ona görə xurafalaşdırı və savadsızlaşdırır ki,nəzirlər və ianələr toplanıb varlansınlar.

Bu da Hüseynə növbəti xəyanətdir.İmam Hüseyn, hətta düşmənlərinə də xeyri dəyən bir müsbət şəxsiyyətdir.

Onun adına layıq elmi konfranslar, elmi mühazirələr keçirmək lazımdır.Hay- küylə küçələrdə ah-vay demək Hüseynin yolu deyil.

O acızlık əlamətidir. Hüseyn isə acizliyə düşmən idi. Xurafat və mövhumat Hüseynə yaraşmır.

O, alicənablıq timsalıdır.Xalqımız da uzun illərdir bu qəhrəmanlıqdan bəhrələnib Cavadxanlar, Mübarizlər yetirib.

İmam Hüseynə, Əhlinə və bütün şəhidlərə salam olsun...

Tural İrfan

ilahiyyatçı,yazar
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Maraqlı

Peyğəmbərin, imamların şəkillərini evdə saxlamaq olarmı?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Dünya

“Biz Ramazan ilə əlaqədar hadisələrin dəyərinin nə qədər mühüm olduğunu təsdiqləyirik”.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı / #Ölkə

Hz.Musa nəyi haram buyurub?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının