Hardasan ay Xəlil Rza



OLACAQ
Bəzmi-qəm içrə könül qan olacaq
Duyacaq həsrəti viran olacaq.

Gülüm, eşq ilə səfa qılmadıq heç
Nə bileydik şəbi-hicran olacaq.

Sən ki tərk eyləmisən qəlbimi bil,
Ora dəhşətli biyaban olacaq.

Dolacaq gözlərimə abi-kədər
Dadacaq möhnəti giryan olacaq.

Gələcək ağlıma çox zənni-güman
Biri qul, minbiri sultan olacaq.

Ümidəm, yar səni çoxdan sevirəm
Eşqimiz dillərə dastan olacaq.


İBRƏTNAMƏ

Haqqa girib haqq yeməkdən
Şara döndü qarınları.
Dünya alçaq dünya çıxdı
Çün bəslədi harınları.

Baş açmadım bu hallardan
Gah şeytansan, gah mələksən.
Göz yumdunsa tutulmazsan
Söz dedinsə məhbəsliksən.

Hardasan ay Xəlil Rza,
Sözün gücü sənlə getdi.
Ər kimi görünən dağlar
Bir dumanla, çənlə getdi.

Şər xeyirə qardaş deyir
Günəş Aydan nur dilənir.
Haqqa tərəfdar olanlar
Bir nəfəsdə güllələnir.

Qorxu alıb qorxmazları
Ərə dönüb namərdlər də.
De nə qədər susaq axı
Necə dözək biz bu dərdə?!

Diskobarlar çoxaldıqca
Bitir canda arın sayı.
Eyş-işrətə gedir pullar
Saya gəlmir harın sayı.

Hər əldə siqaret yanır
Hər qəlbdə min dilək sönür.
Dəyib aləm bir-birinə
Günəş əsir, külək sönür.

Var-dövlətin Məcnunları
Pula ömrün qurban verir.
Bir vaxt pula hər şey deyən!
Yataqdadı bax, can verir.

Sonda peşman olur insan
Deyir nələr itirmişəm.
Bu dünyaya xeyir qoyub
Özüm ziyan götürmüşəm.

Ümid Sadəскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi