Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

Nuridə Misir:"Sevə-sevə parçalandıq,aralandıq"

7-10-2016, 14:01 | 8062 dəfə baxılıb.

Sukut.

Mən sükutun başlna
dolanlram hər gecə.
Mən sükutu içimdə
yaşadıram gizlicə.
Süküt keçir içindən
sevgimin,nifrətimin.
Bəzən qonağı olur
ölməz dəyanətimin...

Bəzən yastığım üstə
axıtdığım göz yaşı...
Bəzən ondan qaçıram,
bəzən başımın daşı...
Nuridənin sükutu
süküt qədər lal olur.
Bəzən sükutum susur,
sükutdan, sükut doğur.
11 may,2013.

**************

Bilmədin.

Aramızı kəsdi yollar,
Uzanıqlı qaldı qollar,
Sən etdiyin sitəm ki var,
Dərdmi, yaramı, bilmədin.

Ver məni şerin cənginə,
Sarılım söz ahənginə.
Bu ayrılığin rəngi nə?
Ağmı,qaramı, bilmədin.

Getdin, sənlə ömür uçdu.
Elə bildim qaranquşdu,
Bəlkədə heç düşünmədən
Soydun yaramı,bilmədin.

Ayrılığı sən gətirdin,
Agrını dərman gətirdin,
Iti bir xəncər gətirdin,
Soydun yaramı, bilmədin.

Perik saldın sevgimizi,
Məhv elədin ikimizi.
Əlində bir çarıq bizi,
Oydun yaramı, bilmədin.

Nuridənin yönü yüzə,
Çətin sapa ömür düzə.
Qara,qırmanc iri duza
Qoydun yaramı, bilmədin.


**************

Gedək Murova tərəf.

Sayıb ömrün naxışını,
Dəf eləyib qar qışını
Çıxıb sevgi yoxusunu,
Gedək Murova tərəf.

Qalaq-qalaq qara düşək,
Qoy uçquna, tara düşək,
İkimiz bir tora düşək
Gedək Murova tərəf.

Zirvəsindən aşaq gedək.
Gün tək işıq saçaq gedək.
Mənzil uzaq, ömür gödək,
Gedək Murova tətəf.

O dağlarda izimiz var,
Dolaylarda sevgi yaşar,
Nuridəni dağ yaşadar,
Gedək Murova tərəf.
16 dekabr,2013.

**************

Kimi.

Mən tel tapmayan daragam,
Gəzirəm divanə kimi.
Bir təşnəyəm, şam başına
Dolanan pərvanə kimi.

Solub sevgi yarpaqları
Quruyubdu budaqları.
Əyilib torpağa sarı
Susuz bir viranə kimi.

Ruhum, Tanrı nişanəsi,
Ömrüm, sirlər xəzinəsi.
Nuridənin konül səsi
Susub, məzarxanə kimi.
03 mart,2013.

**************

Hardasan?


Sən-sevən könlümdə əzabim, qəmim.
Sən- yarımçiq qalan sevgi aləmim,
Sən- sabah altinda qalan dünənim,
Şerimi sənsizlik alıb, hardasan?

Gözlərm yolundan göz cəkə bilmir,
Ürəyim ağlımdan söz çəkə bilmir.
Talehim xəttini duz çəkə bilmir,
Misralarım yetim qalıb, hardasan?

Sənsiz- bulaqları quruyub eşqin,
Sənsiz- budaqları quruyub eşqin.
Sənsiz- dodaqları quruyub eşqin,
Nuridənin gözü dolub, hardasan?
26 mart, 2010.

**************

Günəş tək atəşim yandırar səni,
Meh olub saçına dola bilərəm.
Sanma qranitdi sinəmdə ürək,
Çəmən çiçəyi tək sola bilərəm.
İçimdə ağrılar baş alıb gedər
Xəyallar qaçırar yuxularımı.
Göylər dilə gələr,ildırım çaxar
Oyadar o sənsiz duyğularımı.
Enib gecələrin dar yuxusuna
Mən səni gizlicə süzüb gedərəm.
Düşərəm ömrümün qarlı qışına
Beyaz saçlarını öpüb gedərəm.
Həsrətim, həsrətin yanindan keçər
Üzümdə qırışlar naxışlanarlar.
Arzular damlaya, damcıya dönər
Qaynayan su kimi buxarlanarlar.
Bir də görərsənki durub yanından
Alib Nuridəni kecib gedərəm.
Xalli kəpənəyin tül qanadından
Pərvanə ömrünü seçib gedərəm.
14 yanvar, 2016.

**************

XATİRƏSİNƏ.

Sevə-sevə parçalandıq, aralandıq.
Sevə-sevə bu sevgidən biz usandıq.
Bir də gördük,ömrümüzdən
Yarı gedib, yarı qaldı.
Bir də gördük, bu sevginin ürəyində
Qaysaqlamaz bir yaranın xalı qaldı...
Sevə-sevə ayrılanda,
Əllərimiz bir- birinə toxunanda
Üşüdük biz...
Onda bildik:
Kəfəni yox,qəbiri yox
Bir tabutmuş bu sevgimiz.
Onda bildik:
Tüstüsü yox,istisi yox,
Nə külü yox, kösövü yox
Gözlərinə yağış yağan
Bir ocaqmış bu sevgimiz.
Nə aranı, nə dağı yox bu sevginin.
O, bir boşluq, hədər imiş,
Qayəsi də, mayası da
Ələm imiş, kədər imiş.
O, səhrada gedən karvan,
Sarvanı da *Miraj* adlı bələdçiymiş
Günahkarı axtarmayaq:
Nə sən idin, nə mən idim...
Mən o zaman gözəl,göyçək,
lalələri yanağında xumarlanan çəmən idim.
Kəpənəklər uçuşardı
Çiçəklərin arasında.
Dünya da yaşıllaşardı
Gözlərimin qarasında.
İllər boyu yol gələrək
Yavaş-yavaş öldü sevgi,
İndi tənha keçən ömrə
Bir yaradı,
O yaranı iki yerə böldü sevgi...
Bu sevginin ölümünə
Cüt ağlaya bilmədik ki...
Bu ayrılıq dağlar aşdı,dərə keçdi.
Ömür zaman süzgəcindən
Ele boş-boş, bele keçdi.
Bu sevgidən bar görmədik
Nə sən, nə mən.
Bu sevgi də damcı- damcı
Axib itdi gözümüzdən.
Səndən sonra soldu, düşdü
Tənha qalan Nuridənin ürəyindən...
14 noyabr, 2015.

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Yazarlar / #Ədəbiyyat

Xəyalə Sevil:"Sən də tam ola bilmədin"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının