Görüş yerimizdən salma yolunu

Görüş yerimizdən salma yolunu


Sevgi yağışı

Tənhalaşıb dərdə-qəmə batmayın,
Özünüzü oda, közə atmayın,
Bu yağan yağışa çətir tutmayın,
Bu yağan yağışda, sevgi ətri var.

Dərbəndə, Təbrizə, Laçına yağsın,
Göyçəyə, Murova, Xaçına yağsın,
Açın ovcunuzun içinə yağsın,
Bu yağan yağışda, sevgi ətri var.

Qızıl gözəllikdir, dürr gözəllikdir,
Varsa gözəllikdə, sirr, gözəllikdir.
Hər düşən damcısı bir gözəllikdir,
Bu yağan yağışda, sevgi ətri var.

Nə hava dəyişsin, nə günəş çıxsın,
Nə zaman tələssin, nə ömür axsın,
Yağsın səhərədək, kaş elə yağsın...
Bu yağan yağışda, sevgi ətri var.

* * *

Sən sevgimin şahımısan bilmirəm,
Ürəyimin ahımısan bilmirəm,
Ümidim, pənahımmısan bilmirəm,
Ay çiynimə düşən yarpaq, söylə bir.

Göz yaşımı silməyəmi gəlmisən?
Dərd-qəmimi bölməyəmi gəlmisən?
Mənimlə sən ölməyəmi gəlmisən?
Ay çiynimə düşən yarpaq söylə bir.

Səni arzu-diləklərmi gətirdi?
Əsən xəfif küləklərmi gətirdi?
Çiynimdəki mələklərmi gətirdi?
Ay çiynimə düşən yarpaq, söylə bir.

Tanrıdanmı, fələkdənmi küsmüsən?
Ağacdanmı ümidini üzmüsən?
O qurumuş budaqdanmı bezmisən?
Ay çiynimə düşən yarpaq, söylə bir.

Unut məni

Axan göz yaşını qurudanmasan,
Kövrək ürəyini ovudanmasan,
Əgər bircə anda unudanmasan,
Çalış yavaş-yavaş, unut, sən məni.

Bir gün gözlərimin rəngini unut,
Bir gün əllərimin istisini sən.
Sonra da sonuncu zəngimi unut,
Sonra da dediyim son sözümü sən.

Görüş yerimizdən salma yolunu,
Məni xatırlama, yada salma heç.
Geymə o çiçəkli, güllü donunu,
Çıxıb yollarımda daha qalma heç.

Yandır məktubları sevgidən keçib,
Oxuma, saxlama daha əlində.
Cır, at səndə olan şəklimi barı,
Bircə xatirəm də qalmasın sən də.

Qoşqar Qaraçaylıскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10