Nikbin Qasımlı:"Kişi bircə dəqiqənin içərisində də sevə bilər..."



Ülviyyət nəğməsi

-şeir-

********* 

Nikbin Qasımlı yazır...

mən, səni gözləyirəm...
yeri gəlsə; - ölənədək,
lazım olsa; - ömrümün sonunadək, son nəfəsimədək...
 
********* 

düşünmə ki; - bir günə kişi sevməz...
və yaxud da; - vurulmaz, aşiq olmaz...
olar...
kişi bircə dəqiqənin içərisində də sevə bilər...
... vurular, aşiq olar...
niyə olmur ki?  - adicə;
...bircə saniyə belə, bəs edir ki;
kişi qadını sevsin...
xəyallarının xanımı,
gələcəyinin də həyat yoldaşı eləsin...

********* 

düşün ki; - neçə həftədir, biri-birimizdən uzağıq...
nə aramızda sevgi var,
nə də ki, həsrət var...
təkcə; - mənim, sənə olan həsrətim var...
bircə; - şəklin belə yoxdur,
məndə...
neçə həftədir ki; - dəqiq desəm;
... elə, o gündən bəri...
...bircə dəfə səsini eşitmişəm...
o da ki;
sizdə...

********* 

bilirsənmi; - hələki sevgilim olmayan xanım...
mən də...
o gün, tez çatsın deyə,
tez qovuşaq deyə,
ömrün səhifələrini tələsik vərəqləyirəm...
inan;
...səni gözləyirəm...


********* 


deyim ki, sənə; - biləsən,
hələki yaşayıram,
hələki ölməmişəm,
nə olar?! - bircə dəfə sən, zəng elə,
hər gün, pəncərinin önündə bayırı izləyən birisinə...
mənə, mənim özümə...
zəng elə ki; - ikinci dəfə səsini eşidə bilim,
zəng elə ki; - səsini eşitməyim ilk və sonuncu olmasın...
sənki yaxşı bilirsən; - mən, utancaq birisiyəm...
yaxşı bilməlisən ki; - mən,
bir daha səndən başqa, başqasını gözləyəsi deyiləm...
təkcə;
...səni gözləyirəm...

********** 


odur ki; - hələki, hələlik
İnşəAllah, nə vaxtsa; - sən də mənim kimi olarsan,
O zaman elə; - ikimiz də biri-birimizi gözləyərik...
inan; - hələki...
...mən...
...səni gözləyirəm...
...səni gözləyirəm...скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi