Uşaqların gözündə müharibə

Uşaqların gözündə müharibə



Uşaqlar dünyanın ən məsum, təmiz,saf varlıqlarıdır,hər şeyi gözəl görən və düşünəndirlər.

Çox təmiz olduqları da onların üzlərindən,
baxışlarından bəllidir.

Hər birimiz uşaq olmuşuq,uşaqlığın necə məsum olduğunu da bilirik.

Çox təəssüf ki,bəzi insanlar böyüdükdən sonra məsumiyyəti itir,o saf,təmiz duyğuları dünya sevgisi,qəddarlıq,mal-mülk,vəzifə ehtirası əvəz edir.

Nəticədə, dünyada müharibə,qarşıdurma, ixtilaflar başlayır.

Bir neçə gün bundan qabaq müharibənin bir epizodunu əks etdirən “Zolaqlı pijamalı oğlan” (The Boy in the Striped Pajamas) filminə baxdım.

Filmdən çox təsirləndim,uzun müddət də ağlımdan o səhnələr çıxmadı.

Mənə görə,film iki hissəyə bölünürdü: bir tərəfdə şovinist hisslərlə müharibədə iştirak edən sevgisiz insanlar,digər tərəfdən müharibədən heç bir xəbəri olmayan,saf, təmiz, sevgi dolu uşaqlar.

O uşaqlar ki, onlar dünyanın pisliklərindən xəbərsizdirlər və bütün çətinliklərə baxmayaq,biri alman,digəri yəhudi olsa da, saf uşaq hissləri ilə oynayırlar.

Film həyata uşaqların gözü ilə baxmağı göstərirdi və öyrədirdi bizə.

Uşaqlar o qədər safdırlar ki, onlar müharibə,qarşudurma,savaş,nifrət istəməzlər,onlar insanları milliyyətinə, cinsinə,dərisinin rənginə,var-dövlətinə görə bölməzlər,onlar kin saxlamazlar;tək istəkləri sevgidir, birlikdir.

Bəs biz insanlar niyə onlar kimi ola bilmirik?

Niyə dünyada bu qədər savaşlar var,ən acınacaqlısı isə savaşlardan heç xəbəri olmayan o saf uşaqlar onların ən bariz qurbanlarıdır.

Suriyada,İraqda,Yəməndə,Liviyada, Livanda,Türkiyədə,Əfqanıstanda, Qəzzada, Ukraynada, Kolumbiyada, Myanmada, bir çox Afrika ölkəsində müharibə və münaqişələr nəticəsində həyatları alt-üst olmuş bu uşaqların sayı milyonlarladır.

Avropa Komissiyasının 2016-cı il fevral tarixli "Humanitar yardım və mülki müdafiə" adlı hesabatında UNICEF,UNHCR,
UNESCO kimi təşkilatlar mənbə göstərilərək "təcili köməyə ehtiyacı olan uşaqlar" başlığı altında bu məlumatlara yer verilir:

"Uşaqlar müharibədən ən çox zərər görənlər arasındadır.

UNICEF-in proqnozlarına görə, müharibədən təsirlənən ölkələrdə yaşayan 250 milyondan çox uşaq var. Bir çox uşaq müharibənin mülki itkiləri arasındadır.

Oğlan və qız uşaqları, əsasən, silahlı qruplar və ya cinayətkar təşkilatlar tərəfindən döyüşmək və ya kəşfiyyat toplamaq məqsədilə istifadə edilir,cinsi istismar və insan alveri təhlükəsi ilə üz-üzə qalır.

YUNESKO-ya görə, müharibədən əziyyət çəkən ölkələrdə 37 milyon uşaq məktəbə getmir".

Sevgi dünyada ən gözəl nemətdir, biz ağıllı insanlar həyata sevgi ilə baxa biləcəyimiz halda, niyə müharibələr yaşanmalıdır ki?!

Ən əsası, dünyanın ən saf varlıqları olan uşaqlar müharibələrin qurbanları olmamalıdır.

Ola bilsin ki, o uşaqlar bizim yaxınlarımız, qohumlarımız, övladlarımız deyil,ancaq onlar da insandırlar,bizlər bunu dərk edən,vicdanlı və məsuliyyət hiss edən insanlar olaraq bu müharibələri dayandırmaq üçün bütün gücümüzlə əlimizdən gələni etməliyik.

Nəzakət Bədirova

Analoq.az
Uşaqların gözündə müharibəскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10