GƏNC YAZARIN "KİTAB'I



Professor Firudin CƏLİLOV


Sözün təpərilə başlayan bu "Kitab"(bizim dildə Bitik) yeni nəsli təmsil edən bir gənc yazarın qələmindən kağıza tökülən duyğularım, dünyagörüşünü sərgiləyir.

Publisist yazarın yer aldığı ilk bölümdə bir-birindən fərqli mövzuları qələmə alan gənc yazarımız axarlı dililə sərgidə bizə bələdçilik edir.

Bu sərgiyə ayaq basan kimi Savalanın "Bakı sevgisi" ilə qarşılaşan oxucular yazarın duyğularınm nə qədər səmimi və doğma olduğunu ilk andaca hiss edəcək,hər halda,mən bu duyğunu yaşadım.

Dünyanm ən gözəl,böyük və möhtəşəm şəhərlərində olanda da bir həftədən artıq qala bilmirəm,mənimçün hər şeyi ilə doğma olan Bakıya dönüş vaxtınm tez gəlməsini istəyirəm.

Dəliqanlı gənclərin sevimlisi,repçi Hüseyn Dəryanın ölümünə həsr olunmuş ağıdan tutmuş, məzarı baxımsız qalan Sabirin ruhuna etinasız münasibətə qədər, qaçqınlıq faciəsilə yurd dışında doğulan uşaqların Xocalısız taleyindən tutmuş, illərlə elsiz,yurdsuz qalan irəvanhların yanıqlı ovqatına çökmüş kədərli söhbətinə, ağrdı-acdı həyat yaşayan yaradıcı aydınlarımızın duyğularına qədər müxtəlif mövzuları əhatə edən yazdar yer almışdır.

Burada təhsil problemlərindən,milli etnoqrafik dəyərini itirmiş toy şoularından da bəhs edən maraqlı yazılar var.

Savalan bəyin Azərbaycançılıq ülküsünə köklənən yurd sevgisi də hər cür riyakarlıqdan, ritorik vətənpərvərlikdən uzaqdır.

Onun talış Qənidən,kürd Həpodan aldığı intervülərdəki səmimiyyət,onların milli mədəniyyətimizə verdiyi töhfələr bu şərəfli azərbaycanhları oxucunun gözündə bir daha ucaldır.

Bu intervülərilə Savalan bəyin özü də bir vətənsevər jurnalist kimi dəyərini ortaya qoyur.Özəlliklə,Azərbaycan mediasında belə mövzulara geniş yer verilməsinin əhəmiyətini nəzərə alanda bu yazıların nə qədər gərəkli olduğunu görmək olur.

Yazarın jurnalistlik başarısı bitiyin sonrakı bölümündə bir daha qabarıq görünür,belə ki,burada Savalanın ayrı-ayrı çağlarda müxtəlif sahələr üzrə tanmmış simalarla apardığı söhbətlər yer alır.

Bu adamlar mənim yaxından tanıdıqlarım, çoxu da dostlarımdur.

Onları danışdırmaq o qədər də asan deyil, çünki (içi mən qarışıq)nadir hallarda müsahibə verməyə razı olurlar.

Savalan isə onlarla səmimi təmas qura bildiyi üçün sözlə işləyən,sözlə əlləşən bu ruh adamlarmı danışdıra bilmişdir.

Burada Azərbaycan yazıçılarının yaradıcdığı və bu sahədə əldə edilmiş önəmli uğurlar,gündəmdə olan problemlər haqqında Anarla və bədii ədəbiyyatın gücü, şeirlə gələn ilahi ilhamın ovsunu, şairin insanlara olan sevgisi,Vaqif Bayatlı ilə söhbətdə maraqlı yanaşmalarla əks olunmuşdur.

Türklərin milli təqvim özəlliklərini Ramiz Əskərin,xalqımızın deportasiya faciələrini mənim, dilimizin gücü və zənginliyini Buludxan Xəlilovun,türk xalqları arasındakı əlaqələri Nizami Cəfərovun, teatr-kino sahəsində rejissor sənətinin incəliyini Ramiz Həsənoğlunun dilindən qələmə alan Savalanın bir-birini tamamlayan intervüləri maraqla oxunur.

Yazılarında daha çox aşıq yaradıcılığına yer ayıran yazarın bu mövzuda Fəxrəddin Salimilə folklor məsələləri haqqında Məhərrəm Qasımlı ilə söhbətləri də maraqlı alınmışdır.

İntervülər sırasında mətbəx mədəniyyəti və milli etnoqrafik gələnəklərlə bağlı mövzular da kənarda qalmamışdır.

Kitabın sonunda yer alan hekayə isə (Qayınana) aydın göstərir ki,artıq qarşımızda bacarıqlı jurnalistlə yanaşı dura bilən yetkin bir yazar da var.

Görünür,Savalanın yetişməsində böyüdüyü ziyalı ailəsində aldığı tərbiyə və özəl qabiliyyəti ilə birlikdə işlədiyi kollektivin də rolu olmuşdur.

Belə ki,əsas iş yeri saydan Azərbaycan Radiosunda təcrübəli jurnalist və yazarlarla əhatə olunması da öz təsirini göstərmişdir,
ümumiyyətlə,buradakı mövcud yaradıcı mühit,həm də cəmiyyətdə baş verən olaylara operativ reaksiya həmişə gənclərin bacarıqlı jurnalist kimi yetişməsində məktəb rolunu oynamışdır.

Əlbəttə,söhbət indiki yaradıcı gənclərdən düşəndə onların sırasında çox bacarıqlı, həm də talantlı gənclərin yetşdiyini görürük.

Bu son 25 ildə müstəqil dövlətimizin quruculuq dövründə daha qabarıq görünür.

Gözümüz qarşısında baş verən keçmiş jurnalist nəslinin yeni gənc nəsillə əvəzlənməsində,özəlliklə 5-10 qəzet,dərgi, 1-2 telekanal, radio əvəzinə yüzlərlə media vasitələ rinin ortaya çıxmasının yaradıcı gənclərin formalaşıb yetişməsində önəmli rolu oldu.

Yaradıcı gənclik üçün geniş meydan açıldı, özünə,qələminə güvənən gənc jurnalistlər, gənc yazarlar bu meydanda sınaqdan keçdi.

Meydana özünə güvəncilə sonrakı mərhələdə girsə də,sınaqdan inamla, uğurla çıxan yaradıcı gənclərimizdən biri də Savalan Talıblı oldu.

Savalanın yaradıcılığına yalnız bu "Kitab"dakı yazıları baxımından qiymət vermək də doğru olmazdı,çünki onun bu "Kitab"da yer almayan yazıları,hazırladığı radio-verilişlərin mətni və radioda apardığı canlı söhbətlər göz önünə tutulsa, onun yaradıcılıq sərgisinin tam mənzərəsi o vaxt görünər.

Çox güman ki,yaxın vaxtlarda onun böyük həcmli hekayə və romanlarım da görəcəyik.

Bu yaradıcılıq yolunda ona uğur gətirəcək təpərli,güvəncli başarı diləyirik
.
GƏNC YAZARIN "KİTAB'Iскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi