Mən türkəm



KİŞİLƏR AĞLAMAZ

Kişilər ağlamaz deyirdin, Ana,
İlk dəfə gözümdən yaş axdı bu gün.
Yar çəkdi sinəmə ayrılıq dağın,
O dağın ardında gün batdı bu gün.
Oğlunu bir qadın ağlatdı bu gün.

Uşaqtək yalavrım, yaxarımmı de?
O yarın dizinə qapanımmı de?
Sarılıb saçını qoxlayımmı de?
Sevdiyim dünyamı qaraltdı bu gün
Oğlunu bir qadın ağlatdı bu gün.

Bu gecə çırağım sönər, bəlkə də,
Bu ev viranəyə dönər, bəlkə də,
Övladın bu gecə ölər, bəlkə də,
Ayrılıq sevgimə tor atdı bu gün.
Oğlunu bir qadın ağlatdı bu gün.

MƏN TÜRKƏM

Mən Türkəm! Əyilməz önümə başım,
Odlar diyarının balasıyam mən.
Qılıncdır, qalxandır mənim yoldaşım
Mərdliyin yenilməz qalasıyam mən.
Türkəm mən!
Elim Oğuz eli,
Milliyətim Türk!
Yurdum Azərbaycan!
Köküm, soyum Türk !
Anam Türk,
Babam Türk,
Türk oğluyam Türk
Türkəm mən!
Al qana boyanan,
Al bayrağım var.
Sinəmdə döyünən qurd ürəyim var .
Mənim bükülməyən,
Türk biləyim var
Türkəm mən!
Bozqurdam, sözümün ağasıyam mən,
Şimşəktək gurlayıb, çaxasıyam mən,
Dönüb Qarabağın yanan köksünə,
Yurdum Xocalıya yağasıyam mən!
Türkəm mən!
Türkəm mən!

GƏL AYRILAQ

Gəl ayrılaq bu gecə,
Bitirək bu oyunu.
Sən də yaxşı bilirsən,
Yoxdu bu eşqin sonu.
Heç sevgi də deyil bu,
Ötəri bir həvəsdir.
Yetərincə günaha,
Batmışıq, daha bəsdir.
Zülmət gecələr kimi,
Gözümüzdə qaralıb.
Günah hörümçək kimi,
Bizi toruna salıb.
Bu ki məhəbbət deyil,
Bu şeytana pənahdır.
Cəhənnəm alovuyla,
Göyə yüksələn ahdır.
Sən özgənin yarısan,
Mən də özgə bir adam.
Bağışla, getməliyəm,
Bu gündən sənə yadam.

Ruslan Nadir скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Generika Cialis Bestellen Clomid Forsale Cycotec Royal Drugstore Online viagra Kamagra Superactive