Bir namə

Bir namə
Tarix: 6-12-2016, 20:48 Toplam: nəfər paylaşdı.


Göndərək

Gəl bir dəstə reyhan yığaq,
O illərə pay göndərək.
Bu reyhanı o Reyhana,
Eyləyərək tay göndərək.

Oxudum sən göndərəni,
Bəxtimizi döndərəni,
Bircə yolla dön, dərəni,
Bu şeiricə qoy göndərək.

Yar zədədi, yar yaradı,
Hər işinə yar yaradı,
Elə indi yar yaradı,
Gəlsən ona toy göndərək.

Reyhan qoxut hər sətrini,
Bir az xoş eylə xətrini,
Tapaq reyhanın ətrini,
Gəlsənə, bu ay göndərək.

Bir namə

Deyir ki, götür qələmi,
Bu şairə bir namə yaz.
İlhamın gəlib eləmi?
Bu şairə bir namə yaz.

Gözləmə sən də dilə gəl,
Axı şeytan eyləyir əl,
Susqunluğun bağrını dəl,
Bu şairə bir namə yaz.

Bostan ha əkmirsən bəylə,
Məni səmada kəşf eylə,
Gəl bu gözəli vəsf eylə,
Bu şairə bir namə yaz.

Nə olursa...

Anla məni, sevən aşiq,
Nə olursa, olsun artıq.
Zülmətimə çöksün işıq,
Nə olursa, olsun artıq.

Bəxtəvərin bəxtəvəri,
Əldən çıxıb bəxt avarı,
Ahım yıxdı bu divarı,
Nə olursa, olsun artıq.

Gülün ömrü himə bənddi,
Gör bülbülü kimə bənddi,
Elə bir him-cimə bənddi,
Nə olursa, olsun artıq.

Əllərimiz havadadır,
Hər arzu bir yuvadadır,
Bişmiş ürək tavadadır,
Nə olursa, olsun artıq.

Mənə

Ay ürəyi sözlü şair,
Ürəyini danış mənə.
Neçə gündür edənmirsən,
Qəlb evini tanış mənə.

Eşqə çatır ürəyin də,
Gup-gup atır ürəyin də,
Kimlər yatır ürəyində,
Məlumat ver geniş mənə.

Könlünə tək sahib oldum,
Könlünü də ələ aldım,
Qəlb evinə yolu buldum,
Yoxuş gəlir eniş mənə.

Həsrətə qələbə çalsam,
Həsrəti qəlibə salsam,
Ürəyinə sakin olsam,
Lap bu olar uduş mənə.

Çatmaz

Baharım yazda köçdü,
İllərin qışı çatmaz.
Bəxtimin quşu uçdu,
Heç simurq quşu çatmaz.

Bir an düşünək niyə,
Vaxt itirdik gör nəyə?
Bircə an xoşbəxtliyə,
Hələ ki, yaşı çatmaz.

Taleyimə ödüləm,
Səadətə bədələm,
Bu yola mən bələdəm,
İnanma, naşı çatmaz.

Tale düşüb türməyə,
Nəyi qalıb verməyə?
Sınıq qəlbi hörməyə,
Son bircə daşı çatmaz.

Ağız-burun sızıldar,
Səs-səmiri vızıldar,
Dodaqaltı mızıldar,
Göz üstə qaşı çatmaz.

Gülnar Səmaскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10