Camal Yusifzadə:"Qadın,vallah qadın deyil!"



RUHUNU DƏLİ SAYMIRSA

Bir kişiyçin geyinmirsə,
Bir kişiyçin soyunmursa,
Ruhunu dəli saymırsa-
Qadın , vallah qadın deyil!

Sevda gözündə yanmırsa,
İçin-için oyanmırsa,
Özünü mələk sanmırsa-
Qadın,vallah q adın deyil!!

Tər nəfəsdən uçunmursa,
Yuxudan ətir ummursa,
Xəyalında ovunmursa-
Qadın vallah , qadın deyil!

Ehtirasdan közərmirsə
İçindəki xəzinə,
Əl qonmursa sinəsinə, dizinə,
Yana-yana çəkilmirsə özünə-
Qadın vallah qadın deyil!

Eh,bilirsən yaşını,
Sürmə belə cilvələməz,
Gözlərini, qaşını,
Bir dəlisov məhəbbətdən
İtirmirsə başını-
Qadın,vallah qadın deyil!

6.04.2012

******

SALAM OLSUN
Üstümüzdə namaza
Duranlara salam olsun
Yunis İmrə

Yuyulmayan günahın
Yuyanın nə vecinə?
Tövbə qapısı açıq -
Yalana salam olsun!

Baxmağa üz yoxdusa
Güzgü nəyə gərəkdi?
Bir başı iki üzü
Olana salam olsun!

Şahlıq İblis xisləti –
Toy içində mavi yas?
Ölümün kölgəsinə
Cücərən göbələyə -
Qalana salam olsun!

Azadlıq bəhanədi
Torpaq üstə ölənə!
Başı kəsik soxanı
Alana salam olsun!

Onsuz da bu həyatdan
Sağ çıxmayacaq heç kim!
Sevə-sevə ölənə, -
Solana salam olsun!

Keçmişdən gələcəyə -
Dan üzünə boylanan
Həyat adlı yuxuya –
Hər ana salam olsun!

Dünya bir pəncərədi
Xəyalların önündə,
Özünə, keçmişinə
Dalana salam olsun!

Seçim Allah rizası,
Cəhənnəm qələbəlik!
Bəndəsini cənnətə
Alana salam olsun!

09.07.2013

******

Qürbətə səfərim var-
Qayıtmaq da olar,
Ölmək də olar.
İnsaf elə qarışma-
Payız, çıxma qarşıma!
Fələk kələk əkəcək,
Dərd gözümə çökəcək.
Ta yaş da o yaş deyil,
Hörmət elə yaşıma;
Payız, çıxma qarşıma.
Bu saralan otların ağrısını aparram,
Gecə yağan yağışın ağısını aparram,
Kürəyimdə gəzişən
Qanadlı qarışqanın yağısını aparram;
Payız, çıxma qarşıma!
Qürbətə səfərim var-
Qayıtmaq da olar,
Ölmək də olar-
Payız , çıxma qarşıma.
Bir ömürlük iş deyil
Bitə, tükənə, itə.
Sən o ölümə məhkum
Son yarpağın xətrinə,
Saralıb gəlmə yenə-
Çıxma, çıxma qarşıma!
Qarışma da işimə!
Atam, anam, qarışma!
Qarışma da, qarışma!

Allı-güllü yaz çağı
Payız düşdü yadıma-
ALLAH çatsın dadıma!
1987

******

MƏNƏ NAĞIL DANIŞIN

Uşaqdım,dəcəldim.
Əl-ayaqdan itiydim.
İllərlə oynayanda nağılımı itirdim-
Mənə nağıl danışın!
Mənə nağıl danışın;
İgidləri bahadır,
Hər dönümü möcüzə.
Qulaq asmağa gəlsin
Qonşu uşaqlar bızə.
Mənə nağıl danışın;
Gülüm, qəh-qəhə cəkim,
İnciyim dodaq büzüm.
Sevincdən ya kədərdən
Dolub-boşalsın gözüm.
Mənə nağıl danışın;
Ağ atlı oğlan olsun
Təkində xotkar qızı.
Mənə nağıl danışın;
Lalə kimi qırmızı,
Mənə nağıl danışın;
Yatmaram dəniz kimi,
Göyərmərəm duz kimi.
Mənə nağıl danışın;
Küçəmizdən səsləyin
Dəcəl uşaq çağımı,
Göydön asın nənnimi.
Mənə nağıl danışın;
Çağırın da nənəmi!
1966

******

Əllərim əlində qalsa
Qaytarma mənə-
Nəyimə lazım?!
Belinə dolarsan mən olmayanda,
Saçına çəkərsən
Mən olmayanda!
Gözünü silərsən
Mən olmayanda!
Əllərim əlində qalsa
Qaytarma mənə-
Nəyimə lazım?
Əllərim əlində qalsa
Kədəri dörd əllə boğazlayarsan
mən olmayanda.
27.09.1968




******скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Levaquin Et Amoxil viagra vs cialis Levitra 10 Mgen Bayer Levitra Bucodispersable Dog Excessive Drooling Keflex Healthyman generic viagra Compra Kamagra En Espana buy accutane paypal Fastest Canadian Pharcharmy Online Vendo Cialis Original Photo Of Amoxicillin cialis Cats And Keflex Fda Approved Canadian Pharmarcies Free Porn Get Vagera canadian cialis Viagra 100mg 12 Tabl Buy Estrogen Pills Viagra Joke Viagra Pagamento Paypal cheap cialis Cefa Tabs Without Prescription