• 16:14 – Ucar rayon sakinləri ölkə prezidentinə şikayət ünvanladılar 
  • 21:30 – Dəniz Baykal dünyasını dəyişəcək,Rəcəb Teyyub Ərdoğanın səhhəti pisləçəcək,Mixail Saakaşvili prezident seçiləcək-Tanınmış ekstrasensin proqnozları 
  • 20:30 – Tibb bacısı görün neynədi 
  • 19:35 – Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan görüşün təfərrüatı 
  • 16:00 – Zəlzələ,güclü partlayış olacaq,məşhur estrada ulduzu xərçəng xəstəliyindən dünyasını dəyişəcək 
  • 15:30 – Dərsliklərdə olan səhvlərə kim cavabdehdir? 
  • 22:30 – Azərbaycanlı alimdən bayrağa qarşı hörmətsizlik 
  • 18:43 – Azərbaycanlı qəssab fəxri fərman aldı 

XOŞBƏXTLİK HƏSRƏTİN KÖLGƏSİNDƏDİR

XOŞBƏXTLİK HƏSRƏTİN KÖLGƏSİNDƏDİR XOŞBƏXTLİK HƏSRƏTİN KÖLGƏSİNDƏDİR XOŞBƏXTLİK HƏSRƏTİN KÖLGƏSİNDƏDİR

İnsan qəribədir, eşqə məzardır,
Sevəndə dəyişər arzu, istəyi.
Xatırlamaq üçün yaddaşı vardır,
Amma unutmaqçün yoxdur heç nəyi.

Sevərsən gül kimi zamanla solar,
Görərsən sevdiyin qəlbinə dəymiş.
Sevib xəta etmək təcrübən olar,
Axırda deyərlər qismət beləymiş.

Qisməti dəyişik düşdü ürəyin,
Taleyin işi də bir az qəlizmiş.
Mənim taleyimi yazan mələyin,
Bəlkə də, xətti çox səliqəsizmiş.

Yuxuda qovuşduq dedim çin çıxar,
Gördüm ki, sevginin ömrü üç ilmiş.
Darıxan bəhanə tapıb darıxar,
Qovuşmaq həsrətin sonu deyilmiş.

Uzun illər keçir, rollar dəyişmir,
Ayrılıq sevginin səhnəsindədir.
Acı çəkməyənə xoşbəxtlik düşmür,
Xoşbəxtlik həsrətin kölgəsindədir.

MƏNİM YAZILMAMIŞ ŞEİRLƏRİM VAR

Elə ki, ayrılıq bitirər sözü,
Görərsən ruh ölüb ürəyin sağdır.
Əslində “unutdum” söyləmək özü,
Səni dəfələrlə xatırlamaqdır.

Bəzən şeirlərə nəzər salıram,
Ruhun sətirlərdən üzümə baxır.
Bəzən də elə bir halda oluram,
Səni xatırlamaq yadımdan çıxır.

Bir vaxt sevgi üçün yanan köz idik,
İndisə əlimdə yanan şəkilsən.
Səni gözəl qılan “ikimiz” idik,
Mənsiz o qədər də gözəl deyilsən...

Ayrılıq anından qalmısan təkcə,
Xoşbəxtsən, ya da ki, peşman olursan.
Səni sətirlərə dəfn elədikcə,
Hər gün bir az daha unudulursan.

Əridi sevgimiz söndü şam kimi,
Qəlbimi yerindən sökmək istədim.
Günah məndədir ki, kor rəssam kimi,
Sevginin rəsmini çəkmək istədim.

Yazılan hər sətir ağrıdan betər,
Yazmaqda olduğum sətirlərim var.
Susub gizlətdiyim hələ nə qədər,
Mənim yazılmamış şeirlərim var.

NİZAMİ FÜZULİOĞLUскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV