Mənə aldanmayın, aşiq olanlar



Necə keçir

Necə keçir ayrılıq,
Əsl ayrılıq kimi?
Darıxıb gözləyirsən,
De, bu qədər sən kimi?!

Səmayamı vuruldun?
Ora əlçatmaz məkan.
Yeri lərzəyə salar,
Ürəyində hər təkan.

Səmaya aşiq olmaq,
Səma qədər gözəldi.
Bir ürək sevgi ilə,
Sanma işin düzəldi.

Ürəksiz olanda

Bir ürək vermisən mənə,
Tez-tez könlünə düşürəm.
Ürəklisən, ürəksizsən,
Baş aça bilmir, çaşıram.

Bəs onda bu nə ayrılıq?
Sən o yanda, mən bu yanda.
Ürəyindən nələr keçir,
Mənsiz, ürəksiz olanda?

Sənmisən

Birdənəm olmaqdan bezikdin niyə?
İndi parçalanıb, yüzə dönmüsən.
Bir vaxt sən mənimdin, mən də sənindim
Özünə qalanın yalnız sənmisən?

“Məni yüz qətrəyə bölsələr də bil,
Hər qətrəm sən adlı sevgi göyərdər”.
O sevgi atına kim minə bilsə,
Eşqin yollarında köhlən səyirdər.

Mən sönüb tüstümü içimə qısdım,
Sən külə çevrilən közə dönmüsən.
Baş alıb gedirdin öz yolun ilə,
Yadına nə düşdü, bizə dönmüsən?!

Bizə düşən

Mən tanımasam da olar
Sən unutqanını tanı.
Unudanlarla doludur,
Sevdiyinin dörd bir yanı.

Ayrılıq elə böyükdü,
Böyüdəcək gözümüzü.
Qoy hamı unutsun bizi
Unutmayaq özümüzü.

Dünya oxundan çıxsa da,
Biz çıxmayaq cızımızdan.
Çoxlarına sevgi verək
Bizə düşən azımızdan.

Mənə aldanmayın

Mənə aldanmayın, aşiq olanlar
Üzümdə şeytanın tükü gizlənib.
Demirəm iblisə uymuşam artıq
Mənim varlığımın pakı gizlənib.

Mənə aldanmaq da aldanmamaqdı
Deyəsən, bu sözüm dərinə düşdü.
Neyləyim sözümü yerə saldınız
Nədənsə, o da lap yerinə düşdü.

Gəlin, aldatmayaq bir-birimizi,
Şeytan da, mələk də insan deyil ki.
Həqiqət o qədər urvatdan düşüb
Mənə inanmaq da asan deyil ki...

Gülnar Səmaскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Cialis Levitra Precio Viagra E Nitrati generic cialis canada Amoxicillin Cats