Bizi izləməyi unutmayın

Manşet / #Maraqlı / #Araşdırma

Masonluğun tarixi haqqında bilmədiklərimiz

30-09-2018, 19:58 | 1732 dəfə baxılıb.

Hill Street-dəki altı uclu ulduz, Mason simvollarından biridir

Masonlar ilə bağlı çoxlu sayda nəzəriyyələr mövcuddur. Amma, Şotlandiyada əsl masonluq tarixi yüz illərdir unudulmuş olsa da, hər kəsin görə biləcəyi bir yerdədir.

Şotlandiyanın paytaxtı Edinburgh, məşhur qala və əsrarəngiz dalan küçələri ilə müqayisədə, döşəmə daşlı Hill Street küçəsi, bir o qədər də sirr saxlaya biləcək yerə oxşamır.

Lakin küçədə yavaşca addımlayarkən bir qapının üstündə qızıl zərlə yazılmış "Edinburgh-un Lojası (Mary Kapellası) No 1" yazısı kimi rəqəm və işarələrlə dolu bir lövhə ilə qarşılaşa bilərsiniz.

Edinburgh mason locası

Hill Street 19 nömrəli bu kapella, dini bir məkan deyil. Bura bir mason evidir. 1599-cu ilə qədər uzanan tarixi ilə dünyanın hələ də ayaqda duran ən qədim lojası.

Bəziləri bundan təəccüblənə bilər. Mövzu ilə maraqlanan birindən masonluğun nə zaman başladığını soruşsaq, sonrakı bir tarixi söyləyəcək - 1717-ci il İngiltərə Böyük Lojasının yarandığı il. Fəqət, bu gün bildiyimiz masonluq, Şotlandiyada yaranıb.

Orta əsrlərdən üzübəri İngiltərə və Şotlandiyada divar ustalarının təşkil etdiyi birliklər var idi. Amma, bu birliklər və ya lojaların daimi istifadəsinə dair ilk məlumatlara, Şotlandiyada rast gəlinir. 1500-ci illərin sonunda Şotlandiyada ən az 13 loja mövcud idi. 16-cı əsrdə isə bu lojalar təşkilati özəllik qazanır və bir çoxu bunu masonluğun başlanğıcı kimi qəbul edir.

Edinburgh-da 19 Hill Street-də Mason lojası

Dünyadakı ilk mason toplantısı haqqında məlumatlar, Şotlandiya və 1599-cu ilə dayanır. Eyni ilin iyul ayında isə Mary Kapellası formalaşmağa başlayır.

Masonların Şifrəsini Açmaq adlı kitabın müəllifi və Şotlandiya Böyük Loja muzeyinin kuratoru Robert Cooper-ə görə, "Hadisələr bu tarixlərdə başlayıb. Lojalar, Şotlandiyanın əsas xüsusiyyətlərindən biridir. Ölkə miqyasında bir şəbəkə qurulmuşdu və başında Edinburgh dayanırdı."

Mason Lojası adı ilə tanınan Şotlandiyanın Böyük Lojası, Edinburgh

Cooper ilə ofisində görüşdüm. Edinburgh Mary Kapellasına çox yaxın, 96 George Street ünvanında yerləşən Şotlandiyanın Böyük Lojasının otağı - divarları taxta örtüklü və kitablarla dolu bir otaqdır.

1736-cı ildə qurulduqdan bu yana, Şotlandiyadakı bütün mason lojalarının qeydləri burada saxlanılırdı. Buraya eyni zamanda Mason lojalarının bütün üzvlərinin siyahısı da gəlirdi və üzv sayının dörd milyondan çox olduğu deyilirdi.
Cooper söyləyir ki, sənədlər arasında Yaponiyanın Naqasaki şəhərindən 115 il əvvələ aid üzvlük qeydləri də var.

Böyük Loja muzeyində sərgilənən bir siyahıda, məşhur mason Robert Burns-in imzasını görmək mümkündür

Böyük Loja muzeyində sərgilənən bir siyahıda, məşhur mason Robert Burns-in imzasını görmək mümkündür.

"Köhnə bir deyim var: şotlandlar haraya gedibsə, ilk olaraq kilsə tikdiriblər, sonra bir bank, sonra bir pivəxana və dördüncü olaraq bir loja qurublar," Cooper deyir.Bu, beynəlxalq muzeydə də özünü göstərir.Dünyanın hər tərəfindən nə isə tapmaq olar burada: Şimali Çin Şotland Mason Lojasının bayraqcığı, 30-a qədər mason bəzək əşyası, Çexoslovakiyadan medalyonlar və s.

Konspirasiya nəzəriyyələrinə inanaların bir qismi, masonluğun İlluminati tərzi gizli təşkilatlarla bağlı olduğunu düşünür. Bəziləri isə Amerika dollarının dizaynından tutmuş fransız inqilabına qədər hər şeydə gizli əli olan dünya miqyaslı bir şəbəkə olduğu qənaətindədir. Lakin, bir çox tarixçi kimi Cooper də bununla razılaşmır.

Muzeyin kuratoru Robert Cooper

"Gizli bir təşkilat olsa idik, bizdən necə xəbəriniz olardı? Bura hər kəsə açıq bir binadır, internet səhifəmiz, Facebook və Twitter hesabımız mövcuddur. Hətta mediaya reklamlar veririk. Amma, adımız yenə də dünyanı idarə edən "gizli təşkilat" qoyulur. Əsl gizli təşkilat mafiyadır, Çinin mütəşəkkil cinayət şəbəkələridir. Onların bizim kimi kitabxana və ya muzeyi yoxdur."

Masonluqla bağlı əsrarəngiz fikirlərin bir səbəbi də, başlanğıcı ilə əlaqədar çox məlumat olmamasındadır. Fantastik nəzəriyyələrdən biri masonluğun, Fransada 1307-ci ildə Kral Philip tərəfindən əzilən Məbəd Cəngavərlərindən gəldiyini deyir.

Nəzəriyyəyə əsasən, bunların bir qismi qaçaraq Şotlandiyaya sığınıb və masonluğu yaradıb.
Masonlar isə öz köklərini Kral Süleymana bağlayırlar. Dediklərinə görə, Süleyman məbədi başdan başa divar ustalarının köçürdüyü gizli bilgilərlə inşa edilib.

Cooper mason simvollarından birinə işarə edir.

Cooper mason simvollarından birinə işarə edir.
Bu hekayənin daha real versiyası isə, sənətkarlar gildiyasına da dayana bilər. "Bu təşkilatlar, sənətə bağlı idi və hər sənətkarın özünə aid gildiyası var idi," Cooper söyləyir. Beləcə, hər biri öz aralarında əlaqə qurur, sənətlərinin incə məqamlarını bir-biri ilə paylaşır və yadları kənarlaşdıra bilirdilər."

Orta əsr Britaniya torpaqlarına gedən divar ustaları isə, daha gözəl və incə işlənmiş kilsələr inşa etdikərinə görə, çox güman ki, uzun müddət evlərindən uzaq qalmalı olurdular. Bu işləri görə biləcək fərqli yerlərdən çox sayda insanı bir araya toplarkən, hər birinin işinin ustası olduğunu sübut etmək üçün sadəcə, öz aralarında bir şifrə müəyyənləşdirməyə ehtiyac var idi.

Lojalar çox qədim olsalar da, mason hərəkatı 1500-cü illərin sonlarına dayanır. William Schaw adlı bir şotland (daha sonra İngiltərə) kralı VI James-in ustabaşı idi və kralın malikanə, saray və digər binalarını inşası və qulluğundan məsul idi. Yəni, Britaniyanın divar ustalarına o rəhbərlik edirdi. Schaw işin daha təşkilatlı bir şəkildə aparmaqdan ötrü şagirdlik işlərini müəyyənləşdirməsi, ustaların "qardaş kimi bir-birlərinə kömək və dəstək olması" məqsədini daşıyırıdı.

O, 1598-ci ildə bu məqsədi ifadə edən yazılı bir mətni, şotland lojalarına göndərir. Bundan sonra, hər loja protokol tutmağa başlayır.

İngiltərənin Böyük Lojası təsis edildikdən sonra, Şotlandiyanın təsiri azalmağa başlayıb. Bundan sonra, masonluğun şotland əsilli olduğu, yavaş-yavaş unudulur.

Masonluğun Kökü adlı kitabında David Stevenson bu vəziyyəti, "Böyük lojalar quraraq, ölkə miqyasında təşkilatlanma addımını İngiltərənin atması və bunu 1725-ci ildə İrlandiya və 1736-cı ildə Şotlandiyanın davam etdirməsi, bir çox ingilis mason tarixçisinin Masonluğun kökünü İngiltərəyə bağlamasına səbəb olur," kimi izah edir. Cooper də onunla eyni fikirdədir.

Lakin, Dan Brown-un Da Vinçi Şifrəsi kitabında adı çəkilən Rosslyn Kapellasındakı oyma və heykəllərin, masonluq ilə bağlı olduğu ifadə edilir və bu sayədə Şotlandiya ilə Masonluq arasında bir əlaqə yaradılır. Bunu sübut edəcək hər hansı bir məlumat olmadığından, iddia şübhəlidir.

Şotlandiyada loja

Şotlandiyanın əsl masonluq tarixi, Dan Brown-un məşhurlaşdırdığı kilsədən daha əsas yerdə qərar tutur. Böyük Loja və muzeyin qapıları bütün ziyarətçilərə açıqdır və istəyən hər kəs arxivlərə baxa bilər. Bunlar qapılarını üzv olmayan adamlara açmasalar da, ünvan və varlıqları gizli deyil, ortadadır.bbc.comскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Masonluq haqqında bilmədiyimiz 15 maraqlı fakt...

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Masonluğun ən ali dərəcəsi olan "Böyük Şərq"i - "Böyük Azərbaycan" da adlandırmaq olar

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

İranda masonluq simvolları

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının