• 23:56 – İraqın şimalında vəziyyət ağırlaşacaq 
  • 19:15 – Şəmsəddin Hacıyev məsuliyyətə cəlb oluna bilər 
  • 16:30 – Xoşqədəm Hidayətqızı tamaşaçıları aldadıb 
  • 15:00 – Tanınmış jurnalist Azərişıq ASC-nin sədrinə müraciət ünvanladı 
  • 14:00 – İsraillə diplomatik əlaqələr qurmalıdır-Qərar verildi 
  • 13:00 – Türkmən şeirinin ən parlaq nümunələri doğma dilimizdə 
  • 12:00 – Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə gedir 
  • 11:00 – Türkiyədə təyyarə qəzası oldu 

Məhəmməd Peyğəmbərin şəkili tapıldı

Məhəmməd Peyğəmbərin şəkili tapıldı Məhəmməd Peyğəmbərin şəkili tapıldı Muhəmməd əleyhissəlamın şəklinin olub-olmaması müzakirə və mübahisə mövzusu olub çox zaman.Belə ki, islam dinində şəkil çəkməyə o qədər də önəm verilməyib və diqqət ayrılmayıb. Çünki islam dini axirət həyatını üstün tutub və dünyaya bağlılığı tənqid edib.

Şəkil isə insanın keçmiş xatirələrlə yaşamasına və dünyaya məhəbbətinə təkan verən amillərdəndir. Digər yöndən də o dövrdə bütpərəstliyə apardığı üçün həssas yanaşılıb bu məsələyə.

Məsələn, tarixi mənbələr göstərir ki, Peyğəmbər Kəbəni müşriklərdən təmizləyərkən, bütləri sındıranda, divarda çəkilmiş İsa və Məryəmin şəklini də sildirmişdir.

Öz dövründə isə Ərəbistan yarımadasında şəkil çəkmək və rəssamlıq dəb olmamışdır. Əsasən şeirə və ədəbiyyata önəm verilirdi o zamanlarda. Peyğəmbərin bir gün İmam Əliyə belə dediyi nəql olunur:

"Ya Əli, bir zaman gələcək ki, insanlar mənim zahiri görünüşümü müzakirə edəcəklər və müxtəlif şəkillər çəkərək məni bənzətməyə çalışacaqlar. Ona görə də sən otur və mənim zahiri görünüşümü qələmə al. "İmam Əli də yazı yazmaq bildiyinə görə bu tapşırığı icra edir.

Buna indi "Şəmaili-Peyğəmbər" deyirlər. Yəni Peyğəmbərin şəkli-şəmaili, görünüşü... Əksər müsəlmanlar bu şəmail yazılı lövhəni şəkil əvəzi evlərinin divarından asırlar. Həmin şəmaildən sətirlər: "... Boyu orta idi.

Yeriyəndə azca qabağa əyilərdi. Burnu orta idi, ortadan azca hündürlüyü hiss olunurdu. İri gözləri vardı. Qarası azca yuxarıya doğru meyllənmişdi və böyük idi.Çatma qaş idi.analoq.az Ağ dişləri
vardı. Alt çənədən sol dişi Uhud döyüşündə sındırılmışdı. Buğdayı çöhrəsi vardı. Gülümsər və eyni zamanda qəmli idi.

İri addımlarla yeriyərdi. Kölgəsi düşməzdi. Xüsusi bir ətir iylənərdi. Əl çəkdiyi adamdan uzun müddət ətri getməzdi.

Enli kürəkli idi. Sinəsinin ortasında sıra çox olmayan sıx tüklər bitmişdi. Saçlarını bəzən uzadar, ikiyə ayırardı. Uzun qolları vardı. Heç zaman qəh-qəh çəkib gülməzdi. Ancaq gülümsərdi. Əsəbləşəndə alnının ortasından damar şişərdi, rəngi qızarardı. Sadə idi.

Təvazökar idi. Nur saçardı. Kəsmə, bir tutumluq saqqalı vardı. Diş qurdalayan sümükdən olan çöpü, saç darağı, saqqal darağı, güzgüzü, sürməsi üstündə olardı çox zaman. Gözəl görkəmli idi çox. Cazibəli idi. Qaşları qılınc kimi idi.

Dodaqları nə qalın, nə nazik, orta idi. Ətli çiyinləri vardı. Qaş-gözlə danışmazdı. Çönəndə bədəni ilə birgə çevrilərdi. Ayağını yerə möhkəm basardı yeriyəndə, səlist və aydın nitqi vardı..."

Ola bilsin Peyğəmbər gələcəkdə düşmənlərin onun görkəmini təhrif etmək ehtimalını puç etmək üçün bunu etdirmişdir.

Çünki indi bəzi Qərb şeytanları guya Peyğəmbərin xəstə olduğunu, ürək getməsi olduğunu,başının böyük olduğunu və.s şər-böhtanlar deyirlər.Hələ görün şəmail olmasa nələr uydurardılar.

Bu qeyd etdiyim şəmaillə bahəm Peyğəmbərin şəklinin də çəkildiyini iddia edənlər var. Belə ki, Peyğəmbərimiz 12 və 17 yaşları olarkən əmisi Əbu Taliblə ticarət karvanına qoşulub Suriyaya səfər etmişdir.

Busra şəhərində Məbəddə onu kahinlər, rahiblər görmüş və əski kitablardan öyrəndikləri əlamətləri onda görüb həyəcanlanmışlar.

Onun başının üstündə kölgəliyin olması, nur saçması, özünün kölgəsinin olmaması kimi zahiri əlamətlər onların diqqətini cəlb etmiş və onun şəklini çəkmişlər.

Məlum məsələdir ki, o zamanlar kilsələr, eyni zamanda tarixin yazıldığı mədəniyyət mərkəzi rolunu da oynayırdı və məbədin funksiyası daha da geniş idi.

Bu baxımdan Buheyra və Nəstura adlı kahin-rahiblərlə bu iki səfərdə qarşılaşma zamanı, yazılana görə Peyğəmbər gənc olduğu üçün əmisi onu kahinlərə qonaq olarkən karvanın yanında qoyaraq içəri təşrif buyurmuşdur.

Lakin pəncərədən bayırda bu parlaq gəncin cazibəsi keşişləri cəzb etmiş və Əbu Talibdən xahiş etmişlər ki, Muhəmmədi də içəri dəvət etsin.

Həzrəti Muhəmməd içəriyə daxil olarkən onun kürəyindəki Nübuvvət möhürünü baxıb görən rahiblər bu şəxsin sonuncu Peyğəmbər olduğunu dedilər.

Və əmisinə məsləhət gördülər ki, səfəri çox uzaqlara salmasın, çünki bu gələcək peyğəmbəri qorumaq lazımdır.analoq.az Beləliklə Əbu Talib alış-verişini oralarda edib geri dönmüşdür.

Bu zaman qeyd olunana görə rahiblər dəri üzərinə o həzrətin şəklini çəkiblər.Həmin şəklin əsli hazırda Suriyada muzeydə saxlandığı deyilir. Qərb muzeylərində də surətinin olması ehtimalı var. Hətta bir surəti də Ruhullah Musəviyyul Xomeyniyə hədiyyə olunub və hazırda onun ev muzeyindədir.

Deyilənə görə o da bu şəkli inkar etməmiş, maraq göstərmişdir. Qeyd edim ki, bu şəkil Peyğəmbərin gənc vaxtının şəkli adı ilə iddia olunur.

Lakin rast gəldiyim, araşdırdığım mənbələrin birində bu şəklin 1800-cü illərdə Əlcəzairdə çəkildiyi deyilirdi. Tamam başqa bir gəncin şəkli olduğu, hətta Fransız fotoğrafın çəkdiyi də deyilirdi bir mənbədə.

Əlcəzairin Fransa müstəmləkəsi olduğu dövrə aid olduğunu deyən də vardı bu mənbələrin içində... İkinci bir şəkil isə yaşlı vaxtının şəklidir və öz dövründə türklərin çəkdiyi deyilir.

Bu şəklin çəkildiyi haqda da rəvayətə bənzər bir məxsusi tarixçə vardır.İddiaya görə də sonralar Osmanlı xəlifələri bu şəklə xüsusi diqqət ayırıblarmış, lakin bu məxfi olurmuş.

Çünki həm bu şəklin dəqiq Peyğəmbərə aid olması ola bilsin şübhə yaradıb, həm də dində şəklin çəkilməsi, xüsusən də müqəddəslərin şəklinin şəkilməsi yasaq hesab olunur(du).

Bu ikinci şəkil Peyğəmbərin ömrünün son çağlarına aiddir. Şəklin Türk tərəfindən çəkildiyi aydındır. Çünki Peyğəmbəri Türkə oxşadıb. Son zamanlar isə İranda çəkilən Peyğəmbər şəkilləri isə tamamilə simvolikdir və peyğəmbərin heç olmasa şəmaillərinə də uyğunlaşdırılmayıb.analoq.az Primitiv və bəsit şəkildə əlində kitabla şəkil çəkiblər.
Məhəmməd Peyğəmbərin şəkili tapıldı
Məlum olduğu kimi Peyğəmbərin zamanında Quran kitab halında deyildi.Digər kitablar da ki, həddindən artıq böyük olurdu və heç cürə onu ələ almaq olmurdu. Çünki böyük dərilərə yazılan bu kitablar xeyli ağır və böyük həcmdə olurdu.

Ona görə də Peyğəmbərin müqəddəs simasını heç bir qələm çəkə bilməz.analoq.az Əgər rahib də çəkibsə, təbii ki, o rahib dünyanın ən gözəl rəssamı olmayıb ki, olduğu kimi çəkə bilsin.

Hər halda oxşada bilərmiş... İddia olunan bu şəkillərin geniş istifadəsi yolverilməzdir. Peyğəmbəri adiləşdirmək olmaz.Avam insanların da bu cür şəkilləri avtomobillərində, evlərində istifadə etmələri uyğun deyil və günahdır.

Dini yöndən onun heç bir savabı yoxdur, əksinə məkruhatı və qəbahəti vardır. İslam şəriətinə və ənənəsinə görə istəyən "Şəmaili Peyğəmbər" dən istifadə edə bilər. Oxuyub öyrənə və gözündə canlandıra bilər ki, Peyğəmbər hansı zahiri görkəmdə olub.

Tural İrfan
Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV