Dünyanın ən təhlükəli komandası.

Dünyanın ən təhlükəli komandası.
Tarix: 26-12-2016, 01:30 Oxunma Sayı: 140 dəfə oxundu. Toplam: nəfər paylaşdı.


Portuqaliya 4-cü liqasında olduqca qəribə bir vəziyyət hökm sürür.Liqada mübarizə aparan Canelas 2010 adlı bir komanda son 11 matçında 3-0'lıq hesablarla texniki qələbə qazanıb. Buna səbəb rəqiblərinin onlarla oynamaqdan qorxması və meydana çıxmamasıdır.

Rəqibləri matçların "Terror şəraitində" keçdiyini əsas gətirir və onlarla matç oynamaqdan imtina edirlər hətta gedən 3 xala və əlavə olaraq 750 avro cəriməyə belə razı olurlar.

Futbolçularının çoxu FC Porto'nun Ultras azarkeş qrupunun üzvü olan Mavi-Ağ rənglərə malik komanda bu sezon liqada 17 matçda 16 qələbə qazanıb.Liqada mübarizə aparan 13 komandadan sadəcə biri onlarla matça çıxmağa razı olub və izləyəcəyiniz videoda başlarına gələnlərin şahidi ola bilərsiniz.

Vəziyyət belə davam edərsə Canelas komandası 3-cü liqaya yüksələcək. Ən qəribəsi isə bu qədər sərt oynayan komandaya qarşı baş hakimlərin mülayim rəftarı və kartdan istifadə etməməsidir.
Zahid Muradlı
Analoq.az

скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10