• 18:26 – "ADSIZ QADIN’ TAMAŞASI HAQQINDA 
  • 14:00 – Od qoyub gedibsən bu məhəbbətə... 
  • 12:00 – Bakıda tapança gəzdirən kimdir? 
  • 23:32 – Televiziyalarda mətbəx verilişləri həddən artıq çoxdur 
  • 22:41 – Övlad arasında fərq olmaz 
  • 16:50 – Aşıq Ulduz qonşularını məhkəməyə verib 
  • 23:17 – Vanqanın verdiyi proqnozlar nə qədər düzdür? 
  • 18:00 – Savalan Talıblı:"Azad Bayramov harada üçbucaq görür onu dərhal masonluqla bağlayır" 

Adil Əliyev:"Bu gün bizim qanunlarımızda həddindən artıq boşluqlar var"

Adil Əliyev:"Bu gün bizim qanunlarımızda həddindən artıq boşluqlar var" Adil Əliyev:"Bu gün bizim qanunlarımızda həddindən artıq boşluqlar var" Adil Əliyev :"Alnım açıqdır. Dövlətin bir dənə də olsun layihəsində, tikintisində, təmirində iştirak etməmişəm…”

“Bu gün bizim qanunlarımızda həddindən artıq boşluqlar var”.Milli Məclisin üzvü Adil Əliyev ölkə.az saytına müsahibəsində deyib.

Deputat “Əlinizə fürsət düşsə, Azərbaycanda nəyi dəyişərdiniz” sualına cavabında bildirib ki, qanunları həddən artıq sərtləşdirə, hətta edam cəzasını tətbiq edərdi.

“Rüşvət və korrupsiya cinayətlərinə görə müəyyən sərt qanunlar, məsələn, asmaq, edam etdirmək, qolunu kəsdirmək kimi cəzalar tətbiq edərdim. Qərarların icrasına şəxsən nəzarət edərdim. Çox şey edərdim.

Qanunsuz torpaq satandan tutmuş, qanunsuz tikintiyə icazə verən icra başçılarına kimi, hamısını həbs etdirib, ömürlük zindanlarda çürüdərdim”.

Deputatın müsahibəsindən daha bir maraqlı məqam: “Heç kimə borcum yoxdur. Alnım açıqdır. Dövlətin bir dənə də olsun layihəsində, tikintisində, təmirində iştirak etməmişəm.

Kiminsə mətbəxinə girmək fikrim yoxdur. Kiminsə çirkli paltarlarını eşələmirəm. İrad tutanlar var. Dəvət edirəm, yığışıb gəlsinlər, müzakirə edək”.
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV