ƏSAS SƏHİFƏ Manşet / Siyasət / Dünya 40 rayon İŞİD-dən azad edildi

40 rayon İŞİD-dən azad edildi

İraq hərbçiləri Mosulun böyük hissəsini İŞİD qruplaşmasının terrorçularından azad edib.

Bunu RİA Novosti informasiya agentliyinə müsahibəsində İraqın xarici işlər naziri İbrahim əl-Cəəfəri bildirib. “Hazırda Mosulun, habelə onun Naynava vilayətinə daxil olan ətraf ərazilərinin böyük hissəsi azad olunub. Bu, 56 rayondan 40-ı deməkdir”, - deyə nazir bəyan edib.

Hökumət qüvvələri ölkənin ikinci böyük şəhəri olan Mosulun İŞİD qruplaşmasından azad edilməsi istiqamətində əməliyyatlara oktyabrın 17-də başlayıb. Bu şəhər iki ildən çoxdur ki, yaraqlılarının nəzarətindədir və qruplaşmanın İraqdakı paytaxtı sayılır. Əməliyyatlarda ordu ilə yanaşı, şiə könüllüləri, kürd döyüşçülərindən ibarət “Peşmərgə” dəstələri iştirak edirlər. Onları İraq Hərbi Hava Qüvvələri və beynəlxalq koalisiyanın aviasiyası dəstəkləyir.

Bu ərəfədə yerli telekanallar İraqın Baş naziri Heydər əl-Abadinin belə bir bəyanatını yaymışdılar ki, ölkə ərazində fəaliyyət göstərən İŞİD yaraqlılarını tam məhv etmək üçün İraqa üç ay vaxt lazımdır. Suriyada İŞİD-ə qarşı beynəlxalq əməliyyatların komandanı general-leytenant Stiven Taunsend isə bir qədər əvvəl bəyan etmişdi ki, qruplaşmanın bütünlüklə məhv edilməsi azı iki il çəkəcək.

скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu