Əli Vahid Çaylı:"Dağlardan arana endikcə ellər"

Əli Vahid Çaylı:
Tarix: 28-12-2016, 18:20 Toplam: nəfər paylaşdı.


Baş əymə

Baş əymə kimsənin önündə,
Qoy sənə əyilməz desinlər.
Cəsarət, kişilik kökündə,
Kaş sənə dilbilməz desinlər.

Çəkərlər səni imtahana,
Qorxma, ürəklə çək bileti.
Uyma şərə, uyma böhtana,
Dur, geyin əyninə xələti.

Bəzən də eyni adam olmur adam,
Cəmi insan olmağa çalış.
Çox vaxtı, qışa qalmır badam,
Aç dərdini torpağa danış.

Bax, budur insanın kimliyi,
Dostluqda möhkəm olanı sev.
Bəyən, bəy olan hakimliyi,
Sənə sirdaş, cəm olanı sev.

Mənəm Əli Vahidə həmkar,
O da kimsəni, kim eyləyər.
Sevər onu cəmi sənətkar,
Xalq sözünü hakim eylər.
30.10.2016

****

Gədadan bəy olmaz

Qeyrətsiz başda papaq durmaz,
Calaq vursanda, calaq tutmaz.
Vətən də ondan dayaq ummaz,
Gədadan bəy olmaz, a qardaş.

Kişinin əsli kökü olar,
Evi, eşiyi, mülkü olar.
Ar bilən, qeyrət yükü olar,
Gədadan bəy olmaz, a qardaş.

Yaltağın çox olar sifəti,
Açılar iç üzü, xisləti,
Arvad tək dəyişər sürəti,
Gədadan bəy olmaz, a qardaş.

Uzaq olun beləsindən, siz,
Küt baltanın tiyəsindən siz.
Kişi olmayan, kişidən siz,
Gədadan bəy olmaz, a qardaş.

Səbirli ol, Əli Vahid, sən,
Mərdə arxalan, mərdə dön, sən.
Kişi tək, qeyrət üstə, öl sən,
Gədadan bəy olmaz, a qardaş.
25.04.2016

****

Bilmədim

Ilk baxışdan aldı səni, gözlərim,
Oğrun-oğrun baxdım, tuta bilmədim.
Məst eylədi məni, şirin sözlərin,
Düzüldü iynəyə, sapa bilmədim.

Niyə uçub getdin, bir xəyal kimi?
Açmaq istəyirdim sənə qəlbimi.
Çəkildi tarıma könlümün simi,
Axtardım mizrabın, tapa bilmədim.

Nə qədər çalışdım, yarım olmadın,
Namusun, qeyrətin, arım olmadın.
Eşqin bağçasında barım olmadın,
Sevgimi köksünə yapa bilmədim.

Qışa düşdü yazın güllü çəməni,
Ələdi üstümə dumanı, çəni.
Həsrətin gözündə bəslədi məni,
Pərişan zülfünə hopa bilmədim.

Gecələr yuxum da gözümdən qaçdı,
Şölə kimi nurun üzümdə saçdı.
Əhdinə bivəfa, sirrini açdı,
Atlanıb köhləni çapa bilmədim,
Dərdimi-dərdinə yapa bilmədim.
27.07.2016

****

Yoluma nur saçan gözəl

Şəmsi-qəmər yanaqlısan,
Şirin-şəkər dodaqlısan.
Taleyimdən soraqlısan,
Yoluma nur saçan gözəl.

Bürünmüsən gül-naxışa,
Təbəssümün xoş tamaşa.
Qışıda, yaz kimi yaşa,
Yoluma nur saçan gözəl.

İncə belində var kəmər,
Həm zərifsən, həm möhtəbər.
Gəlişin uğurlu xəbər,
Yoluma nur saçan gözəl.

Çatmaq qaşa, sürməni çək,
Səni hər an, qəşəng görək;
Duyğularla dolsun ürək,
Yoluma nur saçan gözəl.

Xəstəyəm, ver dərmanımı,
Yaz, səadət fərmanımı.
Sürüm həyat karvanımı,
Yoluma nur saçan gözəl.

Əlvahidəm, söz yüklüyəm,
Körpəliyəm, böyüklüyəm.
Daim səntək, ələkliyəm,
Yoluma nur saçan gözəl.
12.08.2016
****
Gəlmədin

Mixək bizim, hil bizim,
Şirin şəkər dil bizim.
Kim nə deyir, qoy desin,
Vətən bizim, el bizim.

Mən ana, ana deməkdən,
Dilim lal oldu, gəlmədin.
Həftələrim aya döndü,
Aylar il oldu, gəlmədin.

Sənsiz ev nə, eşik nədi?
Yataq nədi, beşik nədi.
Əhdə sadiq görüş nədi?
Çiçəklər soldu gəlmədin.

Sözə bələdi payızlar,
Üzündə qırış yazılar.
Xatirəyə döndü acılar,
Ürəklər susdu, gəlmədin.

Yaxşı əməlin incidir,
Yoxluğun bizi incidir.
Məzarın torpaq, töcüdür,
Kimsədən umdum gəlmədin.

Bu nə çağırış, nə əda.
Baxışın baxış – qəm xəta.
Dərdini de qərib ata,
“Tək səbir” gəldi, gəlmədin.

Ruhun ruha cilalandı,
Canın canla dualandı.
Ehtiyaclar qidalandı,
Amin oxundu, gəlmədin.

Əli Vahidəm, səsim var,
İlhai duyğu kəsim var.
Sözə bağlı həvəsim var,
Gülşən çağımdı, gəlmədin.
24.09.2015

****

Payız düşüncələrim...

Payız gəldi, soldu çiçəklər, güllər,
Töküldü yarpaqlar xəzana döndü.
Dağlardan arana endikcə ellər,
Təbiət qoynunda al günəş söndü.

Aldı qara bulud göyün üzünü,
Çəkildi yurdumun baharı, yazı.
Payız gecələri dedi sözünü,
Aramsız yağışlar çaldı sazını.

Qatar-qatar uçub getdi durnalar,
Kədərli, çox qəmli nəğmələriylə.
Bir payız ömrümü yaşatdı onlar,
Yatmış təbiətin yatmış səsiylə.

Sinəmə dağ çəkir o dağ, dərələr,
Büründü dumana doğma Qarabağ.
Keçilməz olubdu, keçilən yerlər,
Bu payız günündə yağan qara bax.

Payız gözlərimdə göyərməz çiçək,
Payız nəfəsimdə payız havası.
Payız notlarında köklənib ürək,
Bir payız “havamı” çalın qadası
Payız havasını oynayım gərək!...

10.10.2016

****

Vətənim

Arzu dolu, ürəyimdi,
Axar qanımdı, Vətənim.
Dilimdən heç vaxt düşməyən,
Şirin canımdı, Vətənim.

Şoran torpağı dilimdi,
Axar çayları, selimdi.
Böyük qüdrətli elimdi,
Var-dövlətimdi, Vətənim.

Odur atam, odur anam,
Əlçatmaz basılmaz qalam.
Əziz övladım, gül balam,
Dağım, daşımdı Vətənim.

Xəqani, Şirvani, Hadi,
Fələki Şirvani, Sədi,
Söyləsinki nədi dərdi?
Tarix yasımdı Vətənim.

Oğlum, qızım, qoçağım var,
Sarı buğda saçağım var.
Xoşbəxtəm ki, ocağım var,
Uca başımdı Vətənim.

Sinəsi yara, dağlıyam,
Həm qaralı, həm ağlıyam.
Mən Əli Xalid Çaylıyam,
Ölməz adımdı, Vətənim.

26.02.2016

Əli Vahid Çaylı:"Dağlardan arana endikcə ellər"
Əli Vahid Çaylı:"Dağlardan arana endikcə ellər"
Əli Vahid Çaylı:"Dağlardan arana endikcə ellər"
Əli Vahid Çaylı:"Dağlardan arana endikcə ellər"
Əli Vahid Çaylı:"Dağlardan arana endikcə ellər"
Əli Vahid Çaylı:"Dağlardan arana endikcə ellər"
Əli Vahid Çaylı:"Dağlardan arana endikcə ellər"
Əli Vahid Çaylı:"Dağlardan arana endikcə ellər"
Əli Vahid Çaylı:"Dağlardan arana endikcə ellər"
Əli Vahid Çaylı:"Dağlardan arana endikcə ellər"
Əli Vahid Çaylı:"Dağlardan arana endikcə ellər"
Əli Vahid Çaylı:"Dağlardan arana endikcə ellər"
Əli Vahid Çaylı:"Dağlardan arana endikcə ellər"
скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10