Vüsal Yurdoğlu:"Nə deyirsən, ay dayı, onların papağı var?..."

Vüsal Yurdoğlu:


-Özünü təqdim et!
-"N" saylı hərbi hissə,
kiçik çavuş Cəfərov.
-İxtisas?
-Kəşfiyyatçı.
-Bəs vəzifə?
-Atıcı...
-Bu günlərdə vəziyyət
yaxşı deyil cəbhədə,
Cənab çavuş, nə deyə
bilərsən bu barədə?
-Heç nə...
-Niyə?
-Cəbhədən
danışmaq elə çətin,
Orda baş verənləri
izah etmək mümkünsüz...
-Ermənidir, yoxsa rus?
-Kim?
-Bizim düşmənimiz.
-Dayı, mənim fikrimi
bilməsən daha yaxşı,
Əgər satqın olmasa,
biz udarıq savaşı...
-Anladım... içimizdə
çoxmu belə satqın var?
-Axı, mən hardan bilim,
üzdədirmi satqınlar?!
-Hə, deyəsən, gizlənıb
papaq altında onlar...
-Nə deyirsən, ay dayı,
onların papağı var?...
İndi vətən qorumaq
hamının işi deyil...
-Oğul, hər papaqlı da...
-Bilirəm, kişi deyil...
-Bəs sən niyə burdasan,
Hara gedirsən belə?
-30 gün məzuniyyət
verilib bir il üçün,
-Xidmət ilin?
-Üçüncü.
-Bəs yaşın?
-İyirmi beş.
-Oğul, gəl qonağım ol,
Mən də köhnə zabitəm.
İki il bundan əvvəl
çıxmışam təqaüdə...
Mənimçün bu vətənin
hər qarışı əzizdir.
Bir oğlum var...
-Adı nə?
-Adı da Mübarizdir.
O da elə sənin tək
orduda xidmət edir.
-Nə yaxşı...
-Oğul, mən də
Bu geyimdə kimisə
yolda, izdə görürəm,
öz oğlum yada düşür.
Cəbhədədir,
Hər dəfə
pis xəbərlər gələndə,
Mənim Mübarizimin
ağbirçək anasının
qəlbinə qada düşür...
-Darıxmayın, dayıcan,
Hər şey yaxşı olacaq!
-Bilirəm, oğul, şükr,
məktub yazır arabir...
Nigaranam, onsuz da
Dözməliyəm, ya səbr!
-İxtisas?
-Kəşfiyyatçı.
-Bəs vəzifə?
-Atıcı...
-Rütbəsi?
-Kiçik çavuş.
-Xidmət yeri?
-Bilmirəm,
Soruşanda deyir ki,
hərbi sirrdir, demərəm!
-Afərin oğlunuza!
-Çox sağ ol!
Bəlkə, gedək
bu gün bizdə qalasan?
Çay içərik, bir qismət
çörək kəsərik həm də...
Səni görüb sevinər
oğlum oğlu,-nəvəm də...
-Allah saxlasın, dayı,
Amma ki, üzrlü say,
Gecikirəm mən kəndə.
Nəvənizi görməyə
Bu dəfə gəlməsəm də,
Gələrəm evinizə,
inşallah, şadlıqlarda...
-Üzr sənin, ay oğul,
Amma söz vermisəna...
Səni gözləyəcəyəm,
Özündən muğayat ol!
-Dayıcan, sən də...
Sağ ol!

Analoq.azскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10