• 22:28 – Göyçə ustadları antologiyası təqdim olundu 
  • 14:00 – Əhəd Abıyev:"Ev yıxan deyiləm,ev tikənəm" 
  • 13:00 – İtkin düşən 13 yaşlı Ülvidən xəbər var 
  • 12:00 – Şimali Koreyanın şərqində uçuşlar həyata keçirildi 
  • 11:00 – Lütfi Zadənin nəşinin sentyabrın 29-u Bakıya gətiriləcək 
  • 10:48 – Huşunu itirən yaşlı kişiyə təcili tibbi yardım kömək göstərmədi 
  • 10:00 – İlham Əliyev:"Bütün rayonlarda işlər daha da yaxşı gedəcək” 
  • 13:00 – Diqqəti daha çox çəkən Donald Trampın öldürülməsidir-Dünya şokdadır 

Günel Fərhad Emin:"Adsız adama yazdığım məktub"

Günel Fərhad Emin:"Adsız adama yazdığım məktub" Günel Fərhad Emin:"Adsız adama yazdığım məktub" Günel Fərhad Emin

Bilirsən, oxucum, necə çətindir, məktub yazmaq?!

Hələ məktub ünvansız, sahibsiz, adsız olanda daha çətindir…

Çünki söz tapmaq işi çətinləşdirir…


Söz elədir ki, tərif də ola bilər, tənqid də… Sevgi yarada da bilər, nifrət də oyadar…

Yazıram sənə adsız, ünvansız birisinə:

Salam, adsız ünvan sahibi…

Yazımın çıxmağını gözləyirsən, bilirəm, oxumaq üçün səbrsizlənirsən…

Mənsə, səbrliyəm… Tələsmirəm, məktubumu yazmağa… Nə bilim, necə anlayacaqsan hər kəliməmi…

Sözləri də elə seçim gərək, nə tərif olsun, süni görünsün gözlərinə, nə tənqid olub, xətrinə, qüruruna dəysin…

Hər kəsə maraqlıdır, kənardan necə birisi olduğunu bilmək, özünə sanki kiminsə gözüylə baxmaq…

Özünü dərk etməyə, səhvlərini görməyə, özünütənqidə yardım edir özünü başqalarının gözüylə görmək cəhəti, gördükdən sonra dərk etmək, təhlil etmək, nəticə çıxardaraq tədbirlər görmək…

Nəticələr səbəbsiz olmaz, nəticəsiz qalmaz səbəblər…

Ey insan, necə görürəm səni, kənardan sənin gözlərinlə sənə baxanda?!

Mən yazım, sənsə oxu…

Hazırsansa, başlayım yazmağa:

Sakit, biganə görsənməyə çalışırsan, amma narahatsan, içində çoxlu nigarançılıqlar, nəticələrə görə səbəbləri axtarıb tapmaq niyyəti var.

Götür-qoy edirsən, çox düşünürsən, üzülürsən, bəzən də üzündən başqalarını. ..

Özünə əminsən, əslində ziddiyyət var, zəifliklərini gizlətməyə çalışırsan. Zəifliklərini görməzdən gəlirsən ki, sənə mane olmasınlar, səni ruhdan salmasınlar…

Bəzən susursan, müşahidə edirsən, tanımaq üçün başqalarını…

Amma özünü tam tanıya bilmirsən hələ...

Zamanın bəzən az gəlir sənə, bəzən isə çox. Az olanda çatdıra bilmirsən deyə, çox olanda doldura bilmirsən deyə.

Zamanını hobbi və seçimlərində, əylənməyə doldurmağa, yaşamağa çalışırsan ki, unudasan o anda unutmaq istədiklərini…

Dostun azdır əslində, kənardan vətənin əksi görsənsə də, onlar sadəcə tanışlarındı.

Sevmək istəyirsən ki, seviləsən, tənhalığından qurtulmaq üçün.

Başqaları daha çox danışsın, sən dinləyəsən, bəlkə ortaq nəsə tapdın, bəlkə cavab tapdın suallarına, bəlkə yeni sualların yarandı, kim bilir əsl niyyətin nədir, susub dinləməyində? Bəlkə susmayasan, bölüşəsən kiminləsə.

Sözlərin dəyəri qalmayıb eşitdiyin yalanların, insanları tanımasını sayəsində, sadəcə yola verirsən onları. Ya da susaraq silirsən.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV