Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

Güldüyüm yer gözlərindir

4-01-2017, 13:52 | 6782 dəfə baxılıb.

GÖZLƏRİNDƏ

Qalası yerim yoxdur,
Qalımmı gözlərində?
Eşqimizin nəğməsin
Çalımmı gözlərində?

Bir dağ olsun, bir də çən
Bir mən olum, bir də sən
Həsrətimizə yelkən,
Salımmı gözlərində?

Nur saçırsan ətrafa
Baxışların dürr, səfa
Əhdimizə, yar, vəfa
Qılımmı gözlərində?

Şeirlərim, sözümsən
Həqiqətim, düzümsən
Sən hər yerdə izimsən
Yolummu gözlərində?!

Ey könlümdə min bəzək,
Ey qəlbimdə son dilək,
Qar gətirən buludtək
Dolummu gözlərində?

AYRILMIŞDIQ

Söz-söhbətlə yorulmuş
Dil kimi ayrılmışdıq.
Eyni yerdə saralmış
Gül kimi ayrılmışdıq.

Nə səs vardı, nə də hay
Biz etmişdik eşqi zay
Mən gün idim, sən də ay
İl kimi ayrılmışdıq.

Düşmüşdük cüt qanaddan
Yağmışdıq min buluddan
Yanıb-sönən bir oddan
Kül kimi ayrılmışdıq.

Nə sol qaldı, nə də sağ
Çəkdi bu eşq bizə dağ
Biri qara, biri ağ
Tel kimi ayrılmışdıq.

Qəm-kədərdə sallaşıb
Yıxılıb topallaşıb
Son görüşdə lallaşıb,
Şil kimi ayrılmışdıq.

GÜLÜŞLƏRİN

Zülmətə bürünmüş qara çöhrəmə
Təzəcə yağmışdı qar gülüşlərin,
De nə tez əridi, de nə tez axı
Qar kimi ağappaq, yar, gülüşlərin.

Qəlbim həsrətində girinc olmuşdu
Ruhum ağlayırdı, nadinc olmuşdu
Könlümdə min gilə sevinc olmuşdu
Şipşirin, lap təzə nar - gülüşlərin.

Hər gecə, hər saat səni anmışdım
Səni dərk etmişdim, səni qanmışdım
Onları gur səsli bülbül sanmışdım
Sən demə, yırtıcı sar gülüşlərin.

Simlərim qırıldı, qaldım tək simə
Çox əfsus bu sevgi getdi əksimə
Genişlik vermişdi qərib köksümə
Mənə gen görünən dar gülüşlərin.

De kimsə səninlə böldümü sözün
De mənsiz şadlanıb güldümü gözün
De görüm müqəssir bildimi özün
Etdimi halımdan ar gülüşlərin?

Yoruldum baxmaqdan qədərə tərəf
Uzandı qollarım hədərə tərəf
Çağladı yollarım kədərə tərəf
Ağladı gözümdə xar gülüşlərin.

DARIXMIŞAM SƏNİN ÜÇÜN

Eşqdən yanan külün olum
Ocağına al məni.
Əllərini çək başıma
Qucağına al məni.

Qurban olum əlindəki
Qabarına, ay ana.
Həsrət məni məhkum edib
Qubarına, ay ana.

Səni deyib ağlayaraq
Fələklərə haray saldım.
Daşlaşdırıb qəm-qüssəmi
Diləklərə saray saldım.

Sənli, o şən günlərimi
Dolanmışam təkrar-təkrar.
Dolandıqca fərağında
Qalanmışam təkrar-təkrar.

Tənhalığı yeridikcə
Qopardı fəryad nalələr.
Doldu gözə intizarın
Gəldi köksə yad nalələr.

Sən qayıtsan nələr olar!
Lal duyğular sözə gələr.
Neçə vaxtdır sağalmayan
Yaralarım üzə gələr.

Allah bilir mən nə qədər
Darıxmışam sənin üçün.
Məzarından ayrılmıram
Ağlayıram için-için.

ORTASINDA

Məni həsrət ilə dost eləyibsən
Durmuşam min qəmzə, naz ortasında.
Qəlbim çiçəkləndi səni görəndə
Sevdim, yar, mən səni yaz ortasında.

Yaralı məhəbbət oldu qanlı göl
Yar, səni unutmaq müşkülmüş müşkül
Zaman ürəyimə kül ələdi kül
Gördüm ki, qalmışam toz ortasında.

Məni sevməmişsən sidqi ürəkdən
Şirin xəyallarım axdı pətəkdən
Qurudu dodağım giley deməkdən
Kəsildi nəfəsim söz ortasında.

Bilirsən heç nədir sevib-sevilmək?
Bilirsən, nə pisdir sevgisiz ölmək!?
Sənə yaraşmadı sevinmək, gülmək
Dur, indi ahımın gəz, ortasında.

Açıbsan hicrana sən ağuşunu
Hədərdi ağlama, sil göz yaşını
Baxışın gül kimi əyib başını
Soldu ürəyimin düz ortasında.

SƏNİ ANDIM

Ayrılığı ayrılığa
Sıxa-sıxa səni andım.
Gecələri həsrətini
Yıxa-yıxa səni andım.

İtkin düşdüm yaş yollarda
Nisgil qucdum daş qollarda
Mən seyrinə baş rollarda
Çıxa-çıxa səni andım.

Eşq aradım çox sözlükdə
Səntək yoxmuş eşq düzlükdə
Şimşək kimi sənsizlikdə
Çaxa-çaxa səni andım.

Küçələrə yalqız kimi
Dağ başına min buz kimi
Axşamlara ulduz kimi
Axa-axa səni andım.

Ayrı düşdük söylə niyə?
Sığmaz idik Yerə, Göyə
Aynadakı mənsizliyə
Baxa-baxa səni andım.

GÖZLƏRİNDİ

Suallarla məni yorma
Bildiyim yer gözlərindir.
Ağladığım yeri sorma
Güldüyüm yer gözlərindir.

Qüssə dolu xislətimi
Əzabımı, zillətimi
Qan ağladan həsrətimi
Sildiyim yer gözlərindi.

Məhəbbətin nemətini
Ayrılığın qamətini
Gecələrin zülmətini
Böldüyüm yer gözlərindi.

Eşqim olub tox ilk dəfə
Sevinirəm çox ilk dəfə
Gülüm, sənə bax, ilk dəfə
Gəldiyim yer gözlərindi.

DUYĞULARIN BALETİ

Dadızdırma mənə həsrət
Eşqə doğma, hicrə yadam.
Tutarsanmı əllərimi,
Sevərsənmi məni adam?

Sən bir yolsan, mən yolçuyam
Sən üzüksən, mən səndə qaş.
Gözlərinin qarasında
Quştək yuva quraydım kaş.

Arzuların ən şirini
Gülər üzlü, nur sevdiyim.
Gəl əbədi , dayanmadan
Ürəyimdə vur, sevdiyim.

İstəmirəm "ovçulara"
Həyatımı şikar edim.
Bu saf, təmiz məhəbbəti
Sənə necə aşkar edim?

Dağ həsrətdən dağlar köksün
Deməz çəni sevdiyini.
Qəlbim hər gün xəyallarda
Söylər səni sevdiyini.

Ümid Sadəскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət / Manşet / #Yazarlar / #Ədəbiyyat

HÜSEYN CAVİD

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ədəbiyyat

Bir dəfə İstanbulda...

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Ərdoğanı qürurlandıran azərbaycanlı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının