• 16:14 – Ucar rayon sakinləri ölkə prezidentinə şikayət ünvanladılar 
  • 21:30 – Dəniz Baykal dünyasını dəyişəcək,Rəcəb Teyyub Ərdoğanın səhhəti pisləçəcək,Mixail Saakaşvili prezident seçiləcək-Tanınmış ekstrasensin proqnozları 
  • 20:30 – Tibb bacısı görün neynədi 
  • 19:35 – Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan görüşün təfərrüatı 
  • 16:00 – Zəlzələ,güclü partlayış olacaq,məşhur estrada ulduzu xərçəng xəstəliyindən dünyasını dəyişəcək 
  • 15:30 – Dərsliklərdə olan səhvlərə kim cavabdehdir? 
  • 22:30 – Azərbaycanlı alimdən bayrağa qarşı hörmətsizlik 
  • 18:43 – Azərbaycanlı qəssab fəxri fərman aldı 

İkisindən birin seçsin Arzuman

İkisindən birin seçsin Arzuman İkisindən birin seçsin Arzuman QOŞMA

Bir gün gəlinliyi geyinəcəksən.
Ya bu gün ya səhər, yar, nə fərqi var.
Özgənin evinə sən gedəcəksən.
Çəkim qəm ya qəhər, yar, nə fərqi var.

Göz önündə xatirən canlanacaq
Yanan ürək qınanıb danlanacaq.
Hicran, həsrət canımdan can alacaq
Həyat xoş, ya hədər, yar, nə fərqi var.

Özü əkib, özü biçsin Arzuman
Ömrünün sonunda içsin Arzuman.
İkisindən birin seçsin Arzuman
Ya şərbət, ya zəhər, yar, nə fərqi var.

QOŞAQAFİYƏ QOŞMA

Həyat əzabından ölüm axtaran,
Axtarma, ölümün özü mənəm, mən.
Dünyada verilən zülmə baxma sən,
Bax mənə zülmün gözü mənəm, mən.

Kimsə soraqlayıb gəzməsin məni
Alıb varaqlayıb çözməsin məni
Gültək ayaqlayıb əzməsin məni
O solmuş gülümün özü mənəm, mən.

Verib öz əlimlə əğyara onu
Qismətmiş geymişəm mən qara donu
Gedəcək bu yolun məzara sonu
Kəsilmiş dilimin üzü mənəm, mən.

Arzuman, torpaq ol, ya da dön daşa
Dağlarda duman ol, çənlə tən yaşa.
Bir pis işiymişəm gələn mən başa
O Məcnun çölümün düzü mənəm, mən.

GƏRAYLI

Gəl dolanım, yar, başına
Pərvanəyəm çırağım ol.
Qələm olum yazım səni
Ömrümdə ağ varağım ol.

Həyatın xəzan çağında
Gülüş olum dodağında
Yatım cənnət qucağında
Güllü-çiçəkli bağım ol.

Qəmlənəndə qəmimi böl
Sevinəndə mənimlə gül
Dərdim olsa, dərdimi bil
Dar günümdə dayağım ol.

Baxıb ala gözlərinə
Uyub şirin sözlərinə
Baş qoyaraq dizlərinə
Ölüm, məzar torpağım ol.

Süzüb badənə dolaram
Sevgi payımı alaram
Ürəyinə həbs olaram
Desən, könül dustağım ol.

Xoş muradım amalımsan
Şirin-şirin xəyalımsan
Arzumanam halalımsan
Gəl, ömürluk qonağım ol.

GƏRAYLI

Qara gözlü yar sevmişəm
Nübarı var dərilməmiş.
Elə bir gözəl görmüşəm
Bu cahanda görülməmiş.

Süzülüb kölnümə axıb
Taleyim üzümə baxıb
Qismətdir qarşıma çıxıb
Ürəklərə hörülməmiş.

Arzumana olarmı yar
Yetişibdi bağında nar.
Qulac-qulac saçları var
Sinə üstə sərilməmiş.

GƏRAYLI

Kasıb olmaq günahdımı
Kasıb da insandır, Allah.
Pula dəyər verməyənlər
Pulsuz ölür, qandır, Allah
Kasıb da insandır, Allah.

Həm elsizəm, həm də yetim
Deyən yox imdada yetim.
Nə qədrim var, nə qiymətim
Bu necə dövrandır, Allah
Kasıb da insandır, Allah.

Başa düşdüm dünya yalan
Ömür niyə oldu talan
Zülm çəkən, zarınc qalan
Yaratdığın candır, Allah.
Kasıb da insandır, Allah.

Varlıda yox pulun sayı
Kasıb sayır günü, ayı.
Qınayır qisməti, payı
Verdiyin fərmandır, Allah.
Kasıb da insandır, Allah.

Yoxsul tutub ətəyindən
Heç çıxmırsan ürəyindən.
Ələ, keçsin ələyindən
Ax! Ürəyim yandı, Allah.
Kasıb da insandır, Allah.

Çoxu gedir lələ doğru
Gətirmirlər dilə doğru.
Bu gün son mənzilə doğru
Gedən Arzumandır, Allah,
Kasıb da insandır, Allah.

Savadsız Arzumanскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV