• 18:00 – Savalan Talıblı:"Azad Bayramov harada üçbucaq görür onu dərhal masonluqla bağlayır" 
  • 15:00 – "Halal nemət min bərəkət” sosislərinin içindən görün nə çıxdı 
  • 14:00 – Dünən keçirilən Qarabağ”–“Kopenhagen” matçında yaşanan maraqlı hadisə 
  • 12:00 – Gülnarın nağlındakı Göyçək Fatma 
  • 23:16 – Dədə Şəmşir yaradıcılığına böyük məhəbbəti olan ziyalılarımızdan biri də Zakir Fərəcovdur 
  • 15:00 – İbrahim Peyğəmbər—Allahın elçisi haqqında bilmədiklərimiz 
  • 13:19 – Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığı ilə baş tutan İncəgülü” saz-söz şöləni 
  • 12:00 – Kəndlilər şeytanı lənətləyiblər 

Fazil Mustafa:"Babəkizim Azərbaycana tamamilə yad bir ideologiyadır"

Fazil Mustafa:"Babəkizim Azərbaycana tamamilə yad bir ideologiyadır" Fazil Mustafa:"Babəkizim Azərbaycana tamamilə yad bir ideologiyadır" Millət vəkili,BQP-nın başqanı Fazil Mustafa Analoq.az saytında yayımlanacaq "3Sual" layihəsinin suallarını cavablandırıb.


Fazil müəllim sizin deputat seçkiləri zamanı söylədiyiniz “Xalqa xidmət haqqa xidmətdir” şüarınız bu gün qüvvədədirmi.Yəni demək istəyirəm seçicilərinizin hər hansısa bir probleminin həllində iştirak edirsizmi?

Əlbəttə, hər bir deputatın ilk vəzifəsi ona səs vermiş seçicilərin problemləri ilə məşğul olub,onların qayğı və istəklərini ictimailəşdirərək həllinə çalışmaqdır.

Biz də həftədə bir dəfə Bakıxanov qəsəbəsində seçiciləri qəbul edir, problemlərini dinləməyə imkan yaradırıq. Köməkçilərimin vasitəsilə ərizə və şikayətlər dərhal müfaviq qurumlara göndərilir.

Həllinə gücümüz çatmaya məsələləri isə Milli Məclisdə gündəmə gətiririk.Deputatın icra səlahiyyəti olmadığına görə çox vaxt icra orqanlarının məsuliyyətsiz davranışının qarşısını almaq mümkün olmur.

Bununla belə, ən azı seçici görür ki, onun hansısa müraciətini diqqətdən kənarda saxlamırsan.

Ona görə də Yaradan üçün yaradılana xidmət etmək anlayışımız qüvvədədir.

2001 ci ildə sizi siyasətdən ayırıb qanunsuz olaraq ikinci dəfə hərbi xidmətə yolladılar,amma qayıtdıqdan sonra yenə siyasətə gəldiniz.O qayıdışınızda siyasət işlətdiniz yoxsa sadəcə yolunuz bu idi?

Bildiyiniz kimi ikinci dəfə hərbi xidmətə siyasətdən uzaqlaşdırılmaq məqsədilə göndərilmişdim və geri dönüşdə də təbii olaraq siyasətə qayıtmalıydım. Qayıdışımda nə səyasət işlətməliydim ki?...

Bir il altı ay səngərdə xidmətimi çəkib siyasətsiz-filansız qayıtdım, lakin orada olduğum müddətdə düşündüyüm xeyli layihələr vardı ki, onu həyata keçirməyi qərarlaşdırdım və dönüşdən sonra yeni partiyanın yaradılması işinə başladım.

AXCP-dəki dostlarımla hallalaşaraq Böyük Quruluş Partiyasını təsis etdik və bu günədək onun başqanıyam.

Seçim qarşısında qalsaydınız kimi müdafiə edərdiniz.Babəki yoxsa Şah İsmayıl Xətaini?

Ümimiyyətlə belə bir seçim qarşısında qalmazdım, çünki bir dünyagörüş formalaşdığında artıq hansı missiyanın faydalı olub-olmadığını dəqiqləşdirmək imkanı qazanırsan.

Hər iki missiyanın Azərbaycan üçün faydalı olmadığı düşüncəsindəyəm.Bununla belə Babəkizim Azərbaycana tamamilə yad bir ideologiyadır və uydurma qəhrəmanlıq tarixidir, Şah İsmayıl isə Azərbaycana bağlı bir tarixdir, ideologiya olaraq mənfi izlər buraxsa da, Azərbaycan türkcəsinin inkişafında gözəl ədəbiyyat nümunələri ilə qalacaqdır.

Ona görə də müqayisədə üstünlüyü Şah İsmayıla verərdim.

Analoq.az





скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV