• 22:00 – Ramazan ayının orucunda İlahi yardım var 
  • 20:00 – Suriyadan qaçan ermənilərin 16 mini isə Ermənistana köçüb. 
  • 19:48 – Müsahibə 
  • 18:30 – Messencerlərdəki yazışmalar izlənəcək 
  • 17:48 – Veriləcək mənzillərə aydınlıq gətirildi 
  • 16:00 – Atəşkəsin pozulması göstərir ki, status-kvo dayanıqsızdır 
  • 15:00 – Göyçaylılar Göyçay-Avtonəqliyyat ASC-nin müdirindən şikayət edir 
  • 14:30 – Nazir vətəndaşları qəbul edib 

Yurdoğludan sor halını

Yurdoğludan sor halını Yurdoğludan sor halını VİDALAŞIRAM

Mən "Əlvida" deyirəm,
Deyib vidalaşıram.
Son dəfə ürəyimi,
Yeyib vidalaşıram.

Ürəyimin yiyəsi,
Sözün varmı deyəsi?
Ayrılığın meyvəsi
Dəyib, vidalaşıram.

Gedirəm, yola salma,
Qolunu qola salma.
Salma, ay bala, salma,
Eyib, vidalaşıram.

Otuz etdim yaşımı,
Unut məni, yaxşımı?
Bu qismətə başımı
Əyib vidalaşıram.

Əlin qoyma çiynimə,
Yaram kimi göynəmə.
Kədərimi əynimə
Geyib vidalaşıram.

ÇIXIRAM

Səndən bir söz almaq üçün,
Yaddaşında qalmaq üçün,
Gülüm, xoşbəxt olmaq üçün
Dəri-qabıqdan çıxıram.

Budur mənim ürək varım,
Tükənməyən intizarım.
Səni kolundan qoparım,
Çiçəkli bağdan çıxıram.

Ömrüm-günüm daralmamış,
Həsrət çəkib saralmamış.
Ağ varağım qaralmamış,
Qaranı ağdan çıxıram.

Yox, yolumu azmamışam,
Dosta quyu qazmamışam.
Düzü əyri yazmamışam,
Çəmənə dağdan çıxıram.

Sağımı sola verirəm,
Nə ola-ola, verirəm.
Özümü yola verirəm,
Yolumu sağdan çıxıram.

Yıxırsan könül evimi,
Yaman pozursan kefimi,
Sənə nə var, mən heyfimi
Oğul-uşaqdan çıxıram.

Deyəsən, sözüm qurtarıb,
Görmür ki, gözüm, qurtarıb.
Özümdə dözüm qurtarıb,
Dad olacaqdan, çıxıram.

Yurdoğludan sor halını,
Göy halını, yer halını.
Yemisən şeirin balını,
Şeirimi yağdan çıxıram.

Vüsal Yurdoğluскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV