Əmanətə xəyanət- Ramil Şeydayev Samsunsporda!

Əmanətə xəyanət- Ramil Şeydayev Samsunsporda!
Tarix: 6-01-2017, 09:30 Toplam: nəfər paylaşdı.


Ancaq mövsümə start veriləndən sonra Ramil nadir hallarda “18-liy”ə daxil edildi. “Trabzonspor” yaxşı dövrünü yaşamır. Amma bu vəziyyətdə belə, baş məşqçi Ərsun Yanal Ramilə güvənmir.

Qara dəniz təmsilçisinin çalışdırıcısı olduqca zəif mövsüm keçirən komandanın hücum xəttindən narazılığını dilə gətirib. Avropanın Top-5 liqası və Türkiyə Super Liqasını müqayisə edəndə aydın olur ki, “Trabzonspor” 116 komanda arasında qol vurma sayına görə 113-cüdür (12 qol). “Bordo-mavililər” yalnız “Empoli”, “Akhisar”, “Darmştadt”ı qabaqlayır. Hücumçulardan yalnız Dame N’Doye fərqlənib (1 qol).

Super Liqanın 16-cı turunda “Fənərbaxça”ya uduzduqları matçdan sonra Ərsun Yanal mətbuat konfransında Ramil Şeydayev, İbanes və Hyun-Yun Sukdan istədiklərini ala bilmədiyini dilə gətirib.

Rusiyada futbol məktəbi keçən Şeydayev Türkiyə klubunda şans qazanmır. Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki də açıqlamasında Ramilin əsl futbol məktəbi keçdiyini söyləmişdi. Hücumçuya lazım olan bir çox keyfiyyətlərin gənc futbolçuda olduğunu vurğulamışdı.

Ramilin Azərbaycan millisini seçməsindən sonra Rusiya mətbuatı, ekspertləri, yazarları “Rusiya futbolu istedadlı oyunçunu itirdi” – deyirdilər.

Rusiyanın heyfslənərək əlindən buraxdığı oyunçuya qardaş ölkədə şans verilmir. Ramilin millimizdə oynaya biləcəyini FİFA təsdiq edəndən sonra “Trabzonspor” rəsmi sosial şəbəkə hesablarında Şeydayevin fotosunun üzərində “Sən bizə qardaşlarımızın əmanətisən” paylaşaraq ona böyük bir jest etmişdi. AFFA-nın rəsmi “facebook” səhifəsi də qarşı tərəfə “əmanətimiz əmin əllərdədir” cavabını vermişdi.
Əmanətə xəyanət- Ramil Şeydayev Samsunsporda!

Həqiqətən də əmanətimiz əmin əllərdədir? Hər halda Şeydayev geridə qalan 16 turdan sonra yalnız 1 dəfə Super Liqada oynayıb (10 dəqiqə). 3 dəfə kubok oyununda şans qazanan istedadlı hücumçu 1 qol da vurmağa müvəffəq olub.

“Trabzonspor”a AFFA-nın vasitəçiliyi ilə keçdiyi söz-söhbətləri dolaşırdı. Amma bu, əsas vermir ki, Ramilə istedadsız futbolçu damğası vurulsun.

Ərsun Yanal əmanətimizə Muhammet Dəmir, Dame N’Doye və Hyun-Yun Suka verdiyi şansın yarısını versəydi, nəyə qadir olduğunu görə və ondan istədiklərini ala bilərdi. Yanal qışda hücum xəttini gücləndirəcəklərini dilə gətirdi. Belə aydın olur ki, Şeydayev qış fasiləsindən sonra da “Trabzonspor”da heyətə düşməkdə çətinlik çəkəcək.

Millimizin forvardı Rusiya yığmasının heyətində 19 yaşlılar arasında keçirilən Avropa çempionatının bomabrdiri olub, adından söz etdirib. Yəqin ki, “Trabzonspor” Ramili heyətinə cəlb edəndə bu amilləri də nəzərə alıb.
Ramil Şeydayev PTT I Liqasında mübarizə aparan Samsunspor klubunun düşərgəsinə qoşuldu. 20 yaşlı hücumçu yeni komandasında mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

Mehman ƏŞRƏFOVскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10