Azərbaycanın tanınmış şairi "Qız qaçırtdı" -Şok-şok-şok

Azərbaycanın tanınmış şairi
Tarix: 6-01-2017, 22:51 Oxunma Sayı: 1 378 dəfə oxundu. Toplam: nəfər paylaşdı.


Xatırladaq ki,tanınmış şair,Azərbaycan Yazıçılar Biriyinin üzvü Şəhriyar Seyidoğlu 1990-cı ildə Bərdə rayonunun Samux kəndində ziyalı ailəsində dünyaya göz açıb.

Atası Seyidməmməd Samuxlu ixtisasca mühasib olsa da şirin misralarıyla oxucuların qəlbinə yol tapmış şair idi.


Qız qaçırtdı

(Qaçırılan qıza)

Hara qaçırırsan bu qızı oğlan,
Bu qızın taleyi su içindədi.
Ata ocağında yatdığı yeri,
Yorğanı döşəyi qu içindədi.

Qisməti oyanıb gülər üzünə,
Bu qızdan arvadlıq qoxusu gəlmir.
Başına döndüyüm aparma dayan,
Uşaqdı hələ ki yuxusu gəlmir.

Pərdəli maşınlar oğru maşınlar,
Kəsdirib küçənin tin bucağını.
Fit çalan qaqaşlar təsbeh oğullar,
Apardı uşaqlıq oyuncağını.

Qoşulub qaçmağı oyuncaq bilir,
Elə bil gizlən qaç oynudur nədi.
Qoşulub qaçmaqla qurtarmaz heç nə,
Səni qaçıran da sən biçimdədi.

Qoşulub qaçırsan ehtiyatlı ol,
Qarğışlar sellənib yolunu açsın.
Anan xəbər tutdu gözləri yaşlı,
Qızımı qaçıran ciyərin yansın.
скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10