ABŞ'ın Florida ştatında baş vermiş hücumda 5 nəfər ölüb

ABŞ'ın Florida ştatında baş vermiş hücumda 5 nəfər ölüb
Tarix: 7-01-2017, 14:36 Toplam: nəfər paylaşdı. Baxılıb: 5500


Cümə günü ABŞ-ın Florida ştatında yerləşən Fort Lauderdale aeroportunda bir silahlı 5 nəfəri güllələyərək öldürüb, rəsmilər deyib.
Aeroport məlumat verib ki, hadisə 2-ci Terminalın baqaj zalında yerli vaxtla saat 13:00-dən əvvəl baş verib.
Hücum nəticəsində 8 nəfər xəsarət alıb. İraq müharibəsinin veteranı olduğu deyilən silahlı polis tərəfindən saxlanılıb.
Hadisə yerinə onlarla polis və təcili yardım maşınları gəldikcə yüzlərlə insan aeroportun ətrafında yığılıb gözləyirdi.
Şahidlər silahlının baqaj karuselinin ətrafı ilə gəzərək qaçıb gizlənməyə çalışan insanlara atəş açdığını deyirlər. Onlar həmçinin silahlının 20-29 yaşları arasında olduğunu, Star Wars (Ulduz Müharibələri) maykası geyindiyini və atəş açarkən heç nə demədiyini deyiblər.
Florida ştatının senatoru Bill Nelson ABŞ mediasına silahlının Esteban Santiago adlı şəxs olduğunu deyib, lakin təhlükəsizlik orqanları hələ bu məlumatı təsdiqləməyib.
Şahidlər silahlının güllələri bitdikdən sonra polisə təslim olduğunu deyirlər.
Rəsmilər onun gülləsiz silahını və ayrıca güllələri ilə aeroporta yoxlamadan keçmiş sərnişin olduğunu deyiblər. Lakin onun təyyarəsi endikdən sonra baqajını alıb və ayaqyolu otağında silahını güllələr ilə doldurduğunu əlavə ediblər.
ABŞ-da gülləsiz silahı qapalı qutuda yoxlamada təslim edilən baqajın içində daşımaq qanunidir. Güllələri də təslim edilən baqajla daşımağa icazə verilir.
Şerif Scott İsrael silahlının heç bir atəş açılmadan saxlandığını bildirib.
"Bu ana gədər görünür ki, o, tək hərəkət edib", cənab İsrael əlavə edib.
Federal aviasiya qurumları aeroportda uçuş və enişləri ləğv ediblər.
Gələcək president Donald Trump tvitləyib ki, o "Floridada baş vermiş dəhşətli vəziyyəti" izləyir və Florida qubernatoru ilə danışdığını bildirib.
"Hamı üçün düşünüb dua edirəm. Özünüzdən muğayat olun!", cənab Trump əlavə edib.
Turistlər üçün populayar olan Fort Lauderdale aeroportundan gündə təxminən 80 000 və 100 000 arasında sərnişin istifadə edir.
Yaxınlıqda yerləşən Miami Beynəlxalq Aeroportu "əlavə təhlükəsizlik tədbirləri" gördüyünü bildirib.

скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10