• 02:05 – Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad 
  • 19:01 – Bərzani və Bərzanilər (2) 
  • 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 

Lənkəraniskinin qətlində İŞİD izi...Şok Xəbər

Lənkəraniskinin qətlində İŞİD izi...Şok Xəbər Lənkəraniskinin qətlində İŞİD izi...Şok Xəbər Lənkəranskinin qatillərindən biri İŞİD-çi olub
Ötən ilin avqustunda İstanbulda məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevi ("Rövşən Lənkəranski”) güllələyən killerlərdən biri İŞİD üzvü olub.

Analoq.az Sabahinfo.az-a sitinadən xəbər verir ki, bu barədə "Sputnik” agentliyi "kriminal dairələrdəki mənbəyə” istinadən bildirir. Mənbə təsdiq edir ki, "Rəşad Gəncinski” kimi tanınan kriminal avtoritet Rəşad İsmayılov həqiqətən öz çevrəsində "Lənkəranskini o dünyaya göndərdiyi” barədə danışıb. Və bunu yaxın dostu, Moskvanın göyərti kralı kimi tanınan Cambulat Şamiloğlunun Lənkəranskinin əmri ilə öldürülməsinə görə edib.

Lakin Lənkəranskinin yaxın çevrəsindəki mənbələr onun Şamiloğlunun ölümündə əli olmadığını deyirlər. Onu da deyirlər ki, "Rəşad Gəncinski” Lənkəranskinin öldürülməsini sifariş edən yeganə kriminal avtoritet deyil. Bu işdə "Piter Elçin” kimi tanınan və bu günlərdə qardaşı Masallıda güllələnən kriminal avtoritetin, o cümlədən "Lotu Quli”nin də əli var.

Maraqlıdır ki, "Piter Elçin” Əfqanıstanda xidmət edib, qondarma "Talış-Muğan respublikası” yarananda onun rəhbəri Ələkrəm Hümbətovun mühafizəçisi olub.

Məlumata görə Türkiyə hüquq-mühafizə orqanları Lənkəranskinin güllələnməsi işinin təhqiqatında müəyyən yeni detallar əldə ediblər. Belə ki, killerlərin kimlikləri məlumdur, lakin onlar çoxdan Türkiyəni tərk ediblər və yaxalanmaları mümkün deyil. Videomüşahidə kameralarının görüntülərinə əsasən Lənkəranskini güllələyənlər 4 nəfər olublar. Onları azərbaycanlılar və çeçenlərdir. Son məlumata görə killerlərdən biri İŞİD terror qruplaşmasının üzvü olub. Lakin o, Lənkəranskiyə heç də ideoloji səbəblərdən atəş açmayıb. Peşəkar döyüşçü olan həmin killer sanballı pul qazanmaq üçün bunu edib.

Qeyd edək ki, son vaxtlar "Sputnik” agentliyi vaxtaşırı olaraq kriminal dairələrdə gedən çəkişmələr və baş verən hadisələr barədə detallı məlumatlar dərc edir.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV