Sərastan Gur: "Qəşəm Nəcəfzadə ədəbiyyatdan uzağ olan bir adam..."



Uçuruma gedən ədəbiyyat…


Ədəbiyyat-kökündə ədəb, elm, mədəniyyət, Nəsimi, Fizuli, Nizami yatan bir ad….

Bəs indi? Qız tutmaq üçün şeir yazan,dırnaqarası şairlərə,zahirən aslan kimi görünən amma daxildən dovşan olan yazıçılara,və yaxud aslan dərisi geyinmiş pəhləvanlara möhtac qalan bir ad!!

Bu yazımda kimləri tənqid etmək istəyimi bilsəniz,və bir neçə şairin adını bura yazsam qan su yerinə axar.

Məqalənin mürəkkəbi qurumamış hərəsi bir yabayla üstümə gələr.

Mən də yetim oğlanam qalaram onların şillə-təpiyinin altında.

Ona görə ordan-burdan sətiraltı sözlərimi yeridəcəm.Lap saman altından su yeridənlər kimi.Məsələsi məndən uzaq olsun.

Əgər sözdən danışıramsa həyatda hər bir sözün yiyəsi var.

Kimə nə palojnadırsa mütləq üzərinə götürəcək.

İnsana nə mədəniyyət,nə savad, nə də şairlik irsən keçmir.Atadan oğula qalan yalnız onun var dövlətidir.

Bəs niyə atası gözəl şairdir və yaxud böyük şair olub-deyilərək nüfuzlu jurnallarda çap olunan şairlərlərin övladları bu gün qaz vurub qazan doldurur?

Niyə arxasız uşaqların biri bəh-bəhli qəzet və jurnalarda dərc olunmur,radiolarda danışmır, televiziyalarda göstərilmir.Hələ müsabiqələrdə birinci yerləri tutmalarından danışmıram.

Əslində o arxalı uşaqları qınayıb,onlarda günah görmürəm.Adı Qurandan keçən şairlər sevgilisindən ayrılıb duyğulu sözləri yan-yana qoyur,heca,qafiyə gözləmədən adını da yeni yazdığım şeir qoyur.

Bu cür adamlar heç sevginin nə olduğunu bilmirlər.Onlardan soruşsanki bir şıltaq sevgi neçə kiloqram qızılgülə bərabərdir.Kəndçimiz yapon Bədrəddinin canına and olsun bu sadə tənliyi bilməzlər.Qaldıkı sevgi şeiri yazsınlar.

Belə mənasız cızma-qaraları da ədəbiyyatımızın baş tacı olan jurnallarda da çap edənlər günah qazana-qazana yaşayırlar.Qorxuram bu cür jurnal-qəzet redaktorlarını da sabah qəbir götürməyə.

Mollanın oxuduğu yasın də boşa çıxa.Ara yerdə mollaya verilən beş-on manat heyif ola.

Bəlkə də,hansısa qəzet-jurnal baş redaktoru istedasız adamı atasına,dayısına,əmisinə görə dərc etdiyini hörmət şəklində anlayırsa bu yalnışdır.Baş redaktorların bu cür yanaşması ədəbiyyata və gözdən-qulaqdan uzaq olan ildə bir dəfə dərc edilən istedadlı bir adama qarşı böyük hörmətsizlikdir.

İnanın bu gün sosial şəbəkələrdə hər hansısa bir roman və yaxud şeir kitabının şəklin qoyub “bu gün oxudum bitirdim” yazıb paylaşan adamın səmimiyyətinə inanmayın.

Üz qabığından başqa heç içinə baxmayan mənasız adamları da çox görmüşəm.Daha doğrusu hamam suyu ilə kitab yazanı özünə dost tutur.

Hamam hara,kitab hara.Və yaxud kitab yazan hara.

Bəxtiyar Vahabzadəni,F.Dostoyeviskini oxuyan bəzi şairlərimizin azacıq vicdanı olsa,o zaman onlar daha əlinə qələm almaz.

Demək,ya onlar oxumayıb,ya da vicdanları yoxdur!!!

Ola bilər "vicdan" da devolvasiyaya uğrayıb.

Kiminsə şotuna irəli gedən “şair” və “yazıçı”larımızı da qınamıram.Bu dəqiqə ortada elə populyar olan xanımlar varki onlar ərlərinin qabağına bu günə qədər bir stəkan çay qoymayıb,evlilikləri dövründə əriylə normal davranmayıb amma sevgi şeiri yazıb meydanda at oynadır.

Orasını da deyim ki,meydanda o tip adamlar olduğuna görə (yəni savadsız və istedadsız) meydanı idarə etmək çox rahatdı.

300-500 manatından keçib kitab nəşr etdirən,hər hansısa bir geydirmə filologiya elmləri doktoruna ön söz yazdıran,Azərbaycan ədəbiyyatçılarının göbəyi kəsilən yerdə də,yəni Yazıçılar Birliyində təqdimat keçirən şair,yaxud yazıçıdan bundan artığını gözləmək eşşəyə zəfaranı izah etmək qədər çətindir.

Vallah, billah ağlanılası vəziyyətdir... Hələ bu harasıdır?

Azərbaycan Yazıçılar Birliyinin üzvü,poeziya şöbəsinin müdiri,özündən başqa heç kimi bəyənməyən,adı dillərdən düşməyən,Qəşəm Nəcəfzadənin bir şeirini oxuyndan sonra belə qənaətə gəldim ki...

And olsun,bizim kəndimizdə Yaponiya eşqilə yaşayan yapon Bədrəddinin canına.Halbuki Bədrəddin Yaponiyanı görmədən Yaponiya haqqında danışdığı yalanlarla necə ad çıxarıbsa, Qəşəm müəllimin şeirləri də Bədrəddinin yalanlarına bənzəyir.Əgər şeirin yanında müəllifin adı olmasaydı düşünərdim bunu yüz faiz ədəbiyyatdan 786 km uzaq olan bir adamın dilindən götürüblər.

Əzizlərim,məsləhət bilirəm həmin şeiri oxuyun. Bəlkə mən dəli olmuşam, bəlkə də,yaxşı şeirdir.Ola bilsin Qəşəm babanın paxıllığını çəkirəm.

Əgər belə bir istəyim varsa öləndə qəbrimdə it balalasın.

Zərifənin atası şəhid
Anarın atası şikəst.
Vüsalənin anası
ayrılıb öz ərindən
Indi məktəbdə süpürgəçi.
Vüsalə anasından utanır.
Aydanınkı fəhlə...
Əlininki fəhlə...
Nigarınkı fəhlə...
Həsəninki yox...
Aynanınkı yox...
Aynurənin yox...
Zülfiyənin atası urisetdə
8 ildir xəbər yox.
Sevincin atası işsiz...
Ayselinki işsiz ...
Nurlanınkı işsiz...
Saranınkı əlil,
Aygünün atası yox ,
Anası qabyuyan.
Səbinənin atası ölüb,
Anası baxçada xidmətçi.
Vəsilənin atası xəstə,
Anası qutab bişirir
Vasmoyun bazarında.
Elşənin atası türmədə,
Emininki dəmir yol
bazarında tum satır.
Müəllim hər dəfə
oxuyanda bu yazını
ad gününü yadından çıxarır.

Nə götürsün gənc nəsil bu şeirdən.

Və yaxud nədir bu?

Buna şeir desək,Sergey Yeseninin,Ramiz Rövşənin, Səlim Babullaoğlunun,Çingiz Əlioğlunun,Əlisəmid Kürün,Nüsrət Kəsəmənlinin,Murad Köhnəqalanın, Əlizadə Nurun,Xanəmirin,Əliağa Kürçaylının,Əli Kərimin və məni Mərkəzi kliniki xəstəxanalıq edən şairlərin şeirlərinə nə deyək?

Əgər Qəşəm müəllim öz yazdığına şeir deyirsə,Elza Seyidcahanın yazdığına Salam Sarvan azacıq redaktə eləsə inanın,Elzanın qələmindən çıxan daha parlaq olar.

Hələ mən Qəşəm müəllimin oğlunun vaxtılə "Ans"kanalında dediyi şeiri yazıb sitat gətirmirəm.

M.F.Axundovun "Hekayəti Molla İbrahimxəlil kimyagər"indəki meymununu yada salmağımı ixtisara salıram.

Qəşəm müəllimdən yuxarıda bayaq sitat gətirdiyim şeir ədəbiyyat nümunəsi olsa,oğlunun yazdığı bir əsrə bərabər olan "ədəbiyyat incisi"olar

Bu arada dəstə-dətsə şeirlərimi çap eləməyənlər, məni ordan-burdan uzaqlaşdıranlar heç nədən narahat olmayın.

Heç birinizin yerini dar etməyəcəm.Qanararınızı da istəmirəm.

Dünya da hamımıza çatacaq qədər böyükdür.

Zahidin bir fətvasıyla dərisinin soyulmasını istəyən Nəsimi də zamanında çox haqsızlqlara düçar oldu.Mirzə Ələkbər Sabirin də deyəsən ciyərlərinə su yığıldı.Mirzə Cəlil də ehtiyac ücbatından öldü.Amma bu gün Nəsimi də yaşayır,Sabir də,Mirzə Cəlil də.Onları incidən ağaların, bəylərin, çinovniklərin Nəsiminin soyulmasına fətva verən zahidin isə heç it dəftərində də adı yoxdur.

Əsəbləşdiyimdən kimin adını yazıda çəkmişəmsə hamısından üzr istəyirəm.Onu deyə bilərəm ki,adlarını sadaladıqlarım adamlar bu gün ədəbiyyatımızın tabutunu da artıq sifariş veriblər.

Bəlkə də baş daşını,və cənazəyə göndərilən əklilin də pulunu əvvəlcədən sayıblar

Keçək tabuta.

Bəs o tabutun önündə kimlər gedəcək?

Burası maraqlıdır.

Atalılar,ya əmi-dayısı olanlar?

N.Həsənzadə,F.Qoca,Ramiz Rövşən,nə də digərləri dünyanı tutub getməyəcək,onlar da bir gün köçəcək dünyadan.

Nəriman Həsənzadə ömrü boyu ona olunmuş yaxşılıqlardan danışır.Bütün müsahibələrində xeyirxahları olmuşların adlarını qeyd edir.Amma mən bu yaşıma çatmışam hələ heç kimdən eşitməşişəm,heç kim müsahibələrində qeyd etmir ki,Nəriman Həsənzadə hansısa gəncə kömək edib,əlindən tutub qabağa çəkib.

Amma Nəriman Həsənzadənin "Nərdivan" şeiri bütün divarlara çıxmaq üçün yarayır.

Bayaq tabutdan yazmışdım.Yadımdan çıxmamış onu qeyd edim ki,heç kimə xeyri dəyməyən ustadlar bu dünyada olmayanda ədəbiyyatımızın tabutu düşəcək ayaqlar altına.

Onu qaldırmağa isə nə bir şairimiz yetişir nə də yazıçımız...

Uzun yazıb baş ağrıtmaq istəmirəm.Əgər baş ağrıdıb zəhl tökdümsə qabırğalarıma döşəyin.Qısa və konkret bir dua edirəm ki, Allah çətin olanı mümkün etsin və ədəbiyyatımızı qorusun….

Dualarınızı əsirgəməyin.

Bismillahirrəhmairrəhim

Sərastan Gur
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Orlistat Acheter cheapest cialis 20mg Biosuganril