• 02:05 – Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad 
  • 19:01 – Bərzani və Bərzanilər (2) 
  • 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 

TİTULLAR VƏ ADLARDA HOR SİVİLİZASİYASININ İZLƏRİ

  • Tarix: 08.01.2017, 10:21,
  • Bölmə: Manşet
  • Baxılıb: 5730
TİTULLAR  VƏ  ADLARDA  HOR  SİVİLİZASİYASININ  İZLƏRİ TİTULLAR  VƏ  ADLARDA  HOR  SİVİLİZASİYASININ  İZLƏRİ Çar mifologiyada mərkəzdə dayanan obrazlardandır . Mifik Çarlar arxaik dövrlərdə tayfa başçısıdır , ibtidai cəmiyyətin rəhbəri , aid olduğu mədəniyyətin qəhrəmanıdır . Bir az daha inkişaf etmiş mifologiyalarda ilahiləşdirilmiş fiqurdur , müqəddəsdir və tanrının obrazıdır . Çar kainatın mərkəzi , dünyanın oxu hesab edilir , həm kosmosda , həm insan cəmiyyəti üzərində ölümə qalib gəlmənin təcəssümüdür . Çar öz xalqının əmin amanlığına , yoluxucu xəstəliklərin yayılmamasına , müxtəlif xəstəliklərdən xilas olmalarına , fəsillərin bir birini düzgün əvəz etməsinə , məhsuldarlığa və yağışın vaxtında yağmasına cavabdeh idi . Dünya ağacının analoqu olaraq bütün Çarlarda universal hakimiyyət rəmzləri olub – skipetr , çomax və çəlik . Əgər tanrı tərəfindən göndərilmiş Çarda xəstəlik əlamətləri , qocalıq , gücsüzlük və ölüm ehtimalı olardısa bu hadisənin kosmosun məhvinə səbəb olacağına inanılırdı . Çünki tanrı tərəfindən göndərilmiş Çar ölümlü insan ola bilməzdi . Əgər belə bir ehtimal gözlənilərdisə həmin Çar * Ölüm Ritualı * vasitəsilə dünyasını dəyişirdi .
Çariça ( Koroleva ) – Səmaların , göylərin Çariçasıdır , Böyük Ananın simvoludur . Böyük Ana hesab edilən Çariçanın atributları qüllə formalı Tac , ulduzlardan olan Çələng , kub formalı kasa ( bardaq ) , skipetr , Ayın inkişafda olan fazaları , gümüş , mavi rəngli mantodur .

Kardinal – katolik kilsəsində ali dərəcəli dini xadimdir . Roma papasından
sonra ikinci şəxs , yepiskopdan isə yüksək pillədir .

Korona – Tac , çələng . Corona Latın sözü olub mənası çələng deməkdir . Qədim şumerlərdə tiara üç qatlı olub və öküz buynuzlu təsvir edilib . Qədim Misir tanrılarının , Yunan mifologiyasında Zevsin zeytun budağından tacı olub . Çarların , şahların , din xadimlərinin başına geyindiyi , adi insanlardan fərqlərini bildirən , tanrıya yaxınlıq , hakimiyyət , ucalıq rəmzi olan baş geyimi . Korona sözü bir çox mənbələrdə Krallıq mənasında da işlədilib . Korona simvolu günəşlə bağlıdır . Başına Korona - Tac geyinən şəxs krala , çara çevrilir . Sadə adam olmur , artıq o , Günəş tanrısının yer üzündəki nümayəndəsidir . Çarların simvolu Günəş rəngli qızıldır .

Kral – Koroleva – Krallıq tanrı tərəfindən seçilmişlərə verilmiş ömürlük
hakimiyyətdir .

Hersoq – Qersoq rəhbər , idarə edən , kraldan sonra birinci yerdə
Duran , qrafların da tabe olduğu aparıcı şəxs .

Qraf – Krallıq titullarından biridir . Alman dilində olan *greve* sözündən
götürülüb.

Xari - Malay dilində gün , Taqal dilində kral deməkdir . Çünki qədimdə
kralların Tanrı nəslindən olmasına inanılırdı .

Qordıy - Frigiya çarı , Kibelanın əri , çar Midasın atalığıdır .

Qordıy - bir çox Frigiya çarlarının adı . Ona çar olacağını quşlar xəbər vermişdi
məhşur Qordi düyününü bağlayan hökmdar Sanqariya sahilində Qordion
çarlar şəhərini salır .
Qordi - ıı - ci əsrdə Romada öldürülmüş , şəhid olmuşdur .
Qordi - 320 – ci ildə Kappadokiyanın Kessariya şəhərində xristianları
müdafiə etdiyinə görə şəhid olmuşdur .

Qoran , Qordan ( işarəsi * v* qoç ) cənubi slavyan adam adı . Dağlı – dağ
adamı mənasındadır .

Qorislav – Qoru alqışlayan deməkdir .

Qriqoriy – gümrah ( bodrıy ) mənası verir .

Qordian Frigiya çarı (mənası qordıy – qürurlu )

Qorqasal - qurdbaşlı deməkdir . Vaxtanq Qorqasal - İberiya çarı .

Qerasim Yunan d . şərəfli , şöhrətli , hörmətli deməkdir .( tanrıya məxsus
sifətlərdir )

Ivan Qroznı - çar . Sərt , ildırımlı , ciddi mənasındadır . Qorxunc İvan - bütün

Rusiyanın çarı .

Goar - eramızın v-ci əsrində Alan kralı olub .

Kür Ər , Kür Alp , Kür Şad ( Çuluk kağanın oğlu , Bumın kağanın nəvəsidir . Gök türk xanədanının ən kiçik Tigini ) Kür Şadın əmisi isə Kara kağandır .
Gur xan , Qurxan . Əski türklərdə ən yüksək və tək - tək sərkərdələrin ala bildiyi rütbə . Xanlar Xanı Titulu Teymur və Toğrul ( Çingiz xanın atası ) ala bilmişdi . Timuçin yəni Çingiz xan isə özünə Çinqis ləqəbini və ya titulunu götürmüşdü . Mənası elə göylər xanı deməkdir .
Kürəkən - xan qızı ilə evləndikdən sonra damada verilən titul . Məsələn -Belh’te toplanan kurultayda kendisine “Sahip Kıran”, ve “Ulus Beyi” unvanları verildi; ayrıca, Çağatay eski hanlarından Kazan Han’ın kızıyla evlenerek “han damadı” anlamına gelen ölümüne kadar kullanacağı “Küregen” lakabını aldı. Kes’i kurduğu Timurlu devletinin merkezi seçerek bağımsızlığını ilan etti(1370).
Kriviçlər ən böyük və qədim tayfalardan olublar . Volqa , Dvin , Dnepr çayı
sahilində yaşayıblar .
Qureyş - Kureyş qəbiləsi . Peyğəmbərimizin mənsub olduğu , Məkkənin ən
güclü və qədim qəbiləsi .

Qərar vermək - ilk qərarı yaradan - Tanrı - Allah verdi . Yaratmaq

istədi və *ol* dedi oldu . ( bakara-117.yasin surəsi-82.hicr surəsi – 22 . )

Xurşid ( Günəş ) . Xurşid banu – Günəşin qızı .
Xur - təmiz , ağ mənası verir və Madian çarlarının birinin adı . Musa
peyğəmbərin dövründə İsrailli biri onu qılıncla öldürüb .
Xur ( təmiz , pak , ağ deməkdir) - İudanın oğlu .
Xur - patriarx İakovun və Xalevin oğlu .




MAHNI VƏ RƏQSLƏRDƏ HOR SİVİLİZASİYASININ İZLƏRİ .




Musiqi və rəqs yaradıcı enerjinin , kainatın ritmidir . Yaradıcı * ilahi * oyunların imitasiyasıdır , gücün , aktivliyin və emosiyaların dəstəklənməsidir . Dairəvi ifa edilən rəqslər günəşin səmadakı hərəkətinin təkrarlanmasıdır . Bahar fəslində qılıncla ifa edilən və məzəli rəqslər Günəşin səmada dairəvi hərəkət etməsini daha da asanlaşdırdığına inanılırdı . Əgər rəqs hansısa bir obyektin ətrafında bitərdisə , həmin yerdə rəqs tamamlanardı və dairəvi rəqs magik çevrə ilə başa çatardı . Zəncirvari formada ifa edilən rəqslər isə qadın və kişi , Yer və Goyün vəhdətini simvolizə edər . Daha qədimdə Dionisin *dəlisov * rəqsi emosional xaosu simvolizə edirmiş . Monotest dinlərdə dairəvi rəqs mələklərin , tanrının taxt tacı ətrafındakı rəqsinin imitasiyası hesab edilir . Sufilərin dairəvi fırlanaraq etdiyi rəqs planetlərin öz oxu və Günəş ətrafında fırlanmasının imitasiyasıdır . ( Энциклопедия символовю Дж. Купер )
Arfa – pilləkən simvolizmidir və başqa dünyaya gedən yolu təmsil edir .
Arfada ifa edən isə ölümdür . Arfa çar Davidin və kelt tanrısı Uellsin
emblemidir . Kelt alov- od tanrısı Dağdanın - Daqdanın atributudur .
Ən qədim arfa Mesopatomiyanın Ur şəhərində , qazıntılar zamanı tapılıb
ki , onun yaşı 4500 il əvvələ gedib çıxır .
( Həm tanrıların Dünya Dağının zirvəsində yaşadıqlarına inanılırdı , həm də
bizim dildə də dağ basmaq , dağlamaq kimi od - alovla bağlı ifadələr var ).
Arfa Alban , Dat d . * harpe * , İngilis d . * harp * , Bask , Qalisiya d .
* arpa * , Macar , Çex d . * harfa * , İsveç d . * harpa * , Rus ,
Belarus , Bolqar d . *arfa * adlanır və s .

Karatala - İnduslarda tanrını vəsf etmək üçün oxunan mahnılarda
əldə çalınan , şaqraqa bənzəyən kiçik zərb aləti .

Karavay - Şərqi Slavyan mif . dairəvi , günəş formalı bişirilmiş çörəklə
keçirilən ritualdır . Çörək kimi məhsuldarlıq ritualları ilə bəzədilir və
mahnılar oxunur .
Əsasən toy mərasimlərində keçirilən bu ritual qonaq qarşılayanda da keçirilir .
Qonağı dairəvi formada bişirilmiş çörək və duzla qarşılayardılar . Bu adət
çörəyin tanrı sayıldığı paqan rituallarındandır .

Karnaval – Avropa xalqlarında mif . bayram . Xristianların pasxasına 40 gün
qalmış keçirilir . Karnaval sözü buradan götürülüb . Kultu * çarxlı gəmidir * .
Çarxlı gəmi - bu ritual Şumerlərin Marduk tanrısı dövründə keçirilib .
( Carnaval həm də * ət yeyən* , * yaşasın toxluq * deməkdir . Slavyanların
maslennisası ilə eyniləşir ) .

Karqa tuyı -( Karqa tuy ) Tatar və Başqırdlarda keçirilən ənənəvi bayram Baharın gəlməsinə həsr olunan və demək olar ki , bütün kəndlərdə keçirilən bayramdır . Qədim tarixi olan bu bayram quş kultuna həsr edilmişdi . Belə ki , ölənlərin ruhunun quşa çevrilməsinə inanılırdı . Bayram vaxtı * Qarğa uyını *, * Ağ tirək * ( *Ağ qovaq* ) və s kimi oyunlar da keçirilərmiş .

Kara zhorğa (jorqa ) - Kazax və Qırğızlarda olan qədim rəqsdir . Başqırdlarda isə *Kara Yurğa * rəqsi var . İfa edən qollarını quş kimi açaraq , yorğa atın belində gedirmiş kimi çevik hərəkətlərlə rəqs edir . Sanki uçur .
Kordak - Qədimdə ifa edilən komediya janrındakı mövzularda səhnə rəqsləri .

Kirtan - tanrını vəsf etmək üçün uca səslə oxunan mahnı.

Krotal - Qədim Roma və Yunanıstanda əldə çalınan zərb aləti .

Kuranta – Avropada ən qədim rəqslərdəndir . Fransız d . Courante , İtalyan d .
Corrente adlanır .

Qeranos xorovod və serpantin kimi dairəvi hərəkətlərlə ,Tezey haqqında
mifi və labirinti canlandıran gənc oğlan və qızların birlikdə antik rəqsi .
Qeranos rəqsi - Geranos durna demək olduğuna görə bu rəqsin durnanın
uçuşunu imitasiya etdiyi deyilir .

Xor – katolik xramlarının şərq tərəfi , yəni dini musiqi oxuyanların
dayandığı tərəf . ( İtalyanca coro "şarkı topluluğu" sözcüğünden alıntıdır. İtalyanca sözcük Latince aynı anlama gelen chorus sözcüğünden evrilmiştir. Bu sözcük Eski Yunanca χorós χορός "1. dans, dans topluluğu, 2. antik trajediye dans ve şarkıyla eşlik eden topluluk" sözcüğünden alıntıdır. )
Xorovod - Rus mifologiyasında Günəş işığı tanrısı Xors və
Qədim Misir tanrısı Xorun adı ilə bağlıdır . *Xoro * dairə
deməkdir günəşin simvoludur , *vod * isə vesti sözündən götürülüb
və dairəvi hərəkət etmək , fırlanmaq mənasındadır .

Xormos - Ormos - Hormos Lukiana görə qadın və kişinin birlikdə
rəqsidir .

Xor utan günəş haqqında mahnı . Xor , xor-ovod kimi .

E-xor dairəvi formada ifa edilən rəqs , günəşin dairəvi hərəkətini imitasiya
edir .Yakut , Buryat , Moğollarda , Xoro isə Bolqar , Rumın və s. xalqlarda
rəqs .

Xur - Moğol və Buryatlarda iki simli musiqi aləti ( At səsi mənasını verir .
At isə bildiyimiz kimi , bir çox günəş tanrılarının simvol və atributlarından
biridir . )

Xarivanşa müqəddəs mətnlər , Xari sözündən gəlir.

Rumınlarda * Arkan * , Bolqarlarda * Treskohoro * kimi qədim rəqslər var .

Firəngiz Rüstəmova
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV