• 16:33 – Aptek narkotik tərkibli dərmanları reseptsiz satır-Valideyn həyacan təbili çalır 
  • 12:10 – Azərbaycan mahnılarına qadağa qoyan otel və yaxud düşmən dəyirmanına su tökmək 
  • 21:30 – Dəniz Baykal dünyasını dəyişəcək,Rəcəb Teyyub Ərdoğanın səhhəti pisləçəcək,Mixail Saakaşvili prezident seçiləcək-Tanınmış ekstrasensin proqnozları 
  • 20:30 – Tibb bacısı görün neynədi 
  • 19:35 – Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan görüşün təfərrüatı 
  • 16:00 – Zəlzələ,güclü partlayış olacaq,məşhur estrada ulduzu xərçəng xəstəliyindən dünyasını dəyişəcək 
  • 15:30 – Dərsliklərdə olan səhvlərə kim cavabdehdir? 
  • 22:30 – Azərbaycanlı alimdən bayrağa qarşı hörmətsizlik 

Zəlimxanın heç yerdə oxumadığınız möhtəşəm şeirləri..

Zəlimxanın heç yerdə oxumadığınız möhtəşəm şeirləri.. Zəlimxanın heç yerdə oxumadığınız möhtəşəm şeirləri.. Şahdan gəlib şaha gedən yoldayam

Dan yerindən əsən mehə bələndim,
Mehdən gəlib mehə gedən yoldayam.
Duru gəlib duru qalmaq eşqinə
Şehdən gəlib şehə gedən yoldayam.

Libası qəm, paltarı qəm, donu qəm,
Günlərimiz beşi sevinc, onu qəm.
Bu dünyanın əvvəli qəm, sonu qəm,
Ahdan gəlib aha gedən yoldayam.

Yağış mənim, boran mənim, qar mənim,
Uçurum mənim, keçid mənim, dar mənim,
Ucuz yolda nə ölümüm var mənim? -
Baha gəlib baha gedən yoldayam.

Lalə mənəm, Kərəm mənəm, kül mənəm,
Kül içindən baş qaldıran gül mənəm,
Sevgi adlı şah evində qul mənəm,
Şahdan gəlib şaha gedən yoldayam.




Qəbirdən gələn səs
Dünyada ən rahat yer
qəbir evidir ancaq.
Vardı bir can borcumuz,
borcu verdik qayıtdıq.
Başımıza qaxmasın
xərcimizi çəkənlər,
Canımız bahasına
xərci verdik qayıtdıq.
Endik torpağın üstən,
düşdük torpaq altına.
Qalanı təslim etdik,
bürcü verdik qayıtdıq.




Bu necə ömürdü, bu necə gündü,
Köhləndən aralı, yəhərdən qaçaq.
Meh başa həsrətdi, şeh də ayağa,
Düşmüşük axşamdan, səhərdən qaçaq.

Hanı o gülyanaq, o gül dostlarım,
Mənim can dostlarım, könül dostlarım.
Yanağı kül olmuş, a kül dostlarım,
Qaçaq, bu tüstüdən, zəhərdən qaçaq.

Hərəmiz bir səmtə, bir yerə qaçdıq,
Gah xeyrə qurşandıq, gah şərə qaçdıq.
Kənddən baş götürüb şəhərə qaçdıq,
Qorxuram indi də şəhərdən qaçaq.

2.11.2007

Yaxınlıq

Qəlbimin, ruhumun aynasındasan,
Bağrımın başıtək yaxınsan mənə.
Nur səndə, qaş səndə, üzük məndədi,
Üzüyün qaşıtək yaxınsan mənə.

Ömrün ağrısı mən, acısı sənsən,
Dərdin qardaşı mən, bacısı sənsən,
Gözümdən tökülən acı su sənsən,
Gözümün yaşıtək yaxınsan mənə.

Sevgimsən, yaşayır hər bəla səndə,
Ər dözüm məndədi, kür bəla səndə,
Baş məndə, başkəsən Kərbəla səndə,
Başımın daşıtək yaxınsan mənə.


Şairəm, siz məni qınamazsınız

Ey məni duyanlar, məni sevənlər,
Ömrüm bağçasında bahar-yazsınız.
Telləri gümüşdən, üzü sədəfdən,
Siz mənim qəlbimdə dinən sazsınız.

Şeytanın zəhməti hədərdi-hədər,
Dost olan ürəkdən gen düşər kədər,
Sayınız olsa da, ulduzlar qədər,
Mənimçün azsınız, yenə azsınız.

İsti yuvamsınız - uçan quş olsam,
Dərmanım sizsiniz - dərdə tuş olsam.
Arada kimisə unutmuş olsam,
Şairəm, siz məni qınamazsınız.Zəlimxanın heç yerdə oxumadığınız möhtəşəm şeirləri..скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV