• 12:30 – Gövhər Baxşəliyeva:"Ermənilər hamıya, o cümlədən bizə təlqin edə biliblər ki,tarixən oralarda kürdlər yaşayıb” 
  • 20:30 – Rafiq Abbasov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunub 
  • 17:00 – Amerikadan İrəvana Ququşun konsertinə gəlmək istəyən azərbaycanlı Samirə kimdir? 
  • 15:41 – Başqa kişiylə yataqda tutulan qadını əri döyərək ölümcül vəziyyətə salıb 
  • 13:18 – Yazıçı kanal rəhbərinə məktub yazdı 
  • 22:46 – NAZNAZIN YANÇAĞI 
  • 22:10 – Yetim Qacar:"Tanıtmaq üçün tanımaq lazımdır,tanımaq üçünsə tanıtmaq" 
  • 18:26 – "ADSIZ QADIN’ TAMAŞASI HAQQINDA 

Amaliya Pənahova:"Məsuliyyətim,hikkəm,qürurum məni ayaqda saxladı"

Amaliya Pənahova:"Məsuliyyətim,hikkəm,qürurum məni ayaqda saxladı" Amaliya Pənahova:"Məsuliyyətim,hikkəm,qürurum məni ayaqda saxladı" Analoq.az saytı "3sual" layihəsinin növbəti sayını təqdim edir.Xatırladaq ki,ötən həftə "3 sual"a millət vəkli,BQP-sədri Fazil Mustafa cavablandırmışdı.

"3 sual"ın cavablarını bu dəfə respublikanın xalq artisti,"Şöhrət" və "Şərəf" ordenli aktrisa,keçmiş millət vəkili,Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru Amaliya Pənahova cavablandırıb.

Amaliya xanım ilk sevginizə çox erkən yaşda,4cü sinifdə oxuyarkan rast gəlmişdiniz.O yaşda siz aşiq olmuşduz yoxsa sizə aşiq olmuşdular?

Həyatının müəyyən fəsillərində insan müxtəlif sevgilər yaşayır.Dördüncü sinifdə oxuyarkən ilk dəfə qızlar məktəbinə oğlanlar da oxumağa gəldi.
Uşaqlıq marağı məndə platonik duyğu yaratdı.Bizim dövrümüzdə məktəbli qızları oğlanlar evlərinə kimi müşayət edirdi.

On beş yaşım olanda məhşur bir kino aktyoruna vuruldum.Bütün cəkildiyi filmləri hiss-hissə əzbər bilirdim.Özümü onun tərəf müqabili təsəvvür edirdim.Onun da üstündən keçdim.Aktrisa olmağıma qərar vermişdim.Heç bir sənət məni maraqlandirmirdı.

Zaman keçdi... Teatr institunun birinci kursunda gələcək həyat yoldaşım,Yusiflə tanış oldum.O,məndən dörd yaş böyük idi.Yusifi mən tanıyanda artıq ali təhsil almışdı.

Ali təhsil almasına baxmayaraq imtahanlarda məni görüb sənədlərini aktyorluğa verib mənimlə bərabər oxumağa başladı.Dörd il onunla dost kimi davrandıq.Birinci kursda əlimdən tutub Akademik teatra ilk dəfə o məni apardı.İlk tənqidçim də Yusif oldu.İnstitutu bitirdikdən sonra anasıgili elçi göndərdi.

Bir il nişanlı qaldıqdan sonra ailə qurduq.İki övladımız,üç nəvəmiz oldu.Düz 45 il birgə ömür paylaşdıq.Amansız ölüm onu məndən ayırmayanacan...

Sevgi hissi qarşılıqlığından asılı olmayaraq şəxsən mənə həmişə təkanverici (stimul) qüvvə olub, məni ruhlandırıb.Yaratdığım sürətlərin də taleyində sevgi önəmli olub( hər halda dramaturqlar belə yazıblar)

Bildiyimiz kimi özünüzü rejissorluqda da sınamısınız.Əminliklə deyə bilərik ki,pis də alınmamışdı.Əgər Amaliya Pənahova aktrisa olmasaydı yaxşı rejissor ola bilərdimi?
Onu da qeyd edim ki,aktrisalığın gətirdiyi sevgidən,məhşurluğdan uzaq qalardınız.

Bilirsiniz,istedadlı insan hansı sahədə çalişmağından asılı olmayaraq öz istedadını biruzə verə bilir.Aktyor-rejissor kimi 25 il teatr yaradıcısı,onun rəhbəri və hətta beş il millət vəkili(hələ 20 il pedaqoq professor sənətşünaslıq doktoru olmağımı demirəm)olaraq çalışmışam ki, bütün bu sahələrdə qabaqcıl olum. Boş yer tutub qınaq sahibi olmayım!!!

Qaldı ki məhşurluğa,o məni yalnız teatr-kino televiziya rollarıma görə deyil,həm də vətəndaşlıq mövqeyimə,siyasi baxışlarıma,xarici ölkələrdə də müşaiyyət edir.

Bir də mən bu sənətə gələndə mənim 17 yaşım var idi.O yaşımda axı mən şöhrət nədi bilmirdim.

Yusif Muxtarofsuz Amaliya xanım ayaq üstdə durub dayanmağı necə bacardı?

Bəli,Yusif dünyasını dəyişəndə 69 yaşına çatmasına 3 ay qalmışdı. Yusif gözəl sənətkar id.Düz otuz il sərasər azərbaycan radiosunun aparıcı diktoru olub.Gözəl səsə,tələffüsə malik idi.Öz işini çox sevirdi.O,incəsənət üçün doğulmuşdu.Filmlərə çəkilmişdi. Bələdiyyə teatırında da bərabər çalışdıq.O,mənə yalnız ər,övladlarımın atası deyil,eyni zamanda mənim dayağım,dostum,həmfikirim idi...

On ildən çox ürəyindən əziyyət çəkdi.Londonda əməliyyat olandan sonra on il yaşadı.Onun gedişi gözlənilməz oldu...

Əlbətdə çətin idi, çox çətin idi.Yusifdən sonra zəiflədim.Amma mənə zəifləmək olmazdı.

Övladlarıma,nəvələrimə,sənətimə görə mən çökə bilməzdim.Eyni zamanda Yusifin də adını yaşatmalıyam.Bir də yüz nəfərlik Bələdiyyə teatırınnı başsız qoya bilmərəm.Buna ixtıyarım da yoxdur.

Rəqiblərimi də sevindirmək istəmirəm.Onlar mənim zəifliyimi görsələr sevinərlər.Axı mən hər zaman möhkəm qadın olmuşam.

Məsuliyyətim,hikkəm,qürurum məni ayaqda saxladı.

Analoq.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV