• 16:14 – Ucar rayon sakinləri ölkə prezidentinə şikayət ünvanladılar 
  • 21:30 – Dəniz Baykal dünyasını dəyişəcək,Rəcəb Teyyub Ərdoğanın səhhəti pisləçəcək,Mixail Saakaşvili prezident seçiləcək-Tanınmış ekstrasensin proqnozları 
  • 20:30 – Tibb bacısı görün neynədi 
  • 19:35 – Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan görüşün təfərrüatı 
  • 16:00 – Zəlzələ,güclü partlayış olacaq,məşhur estrada ulduzu xərçəng xəstəliyindən dünyasını dəyişəcək 
  • 15:30 – Dərsliklərdə olan səhvlərə kim cavabdehdir? 
  • 22:30 – Azərbaycanlı alimdən bayrağa qarşı hörmətsizlik 
  • 18:43 – Azərbaycanlı qəssab fəxri fərman aldı 

Rauf Qərib Alagöz "İntihar etdi"

Rauf Qərib Alagöz "İntihar etdi" Rauf Qərib Alagöz "İntihar etdi" İntihar etdi

Dedim “getmə nə olar”,
Gedib məni xar etdi.
Yadlar etsə yanmazdım,
Sevdiyim o yar etdi.

Etdi ömrümü viran,
Gözlərimdən axdı qan.
Bu dünyada olmayan
Əzabları var etdi.

Həyatımı sarıb şər,
Gəl bu dərdə sinə gər.
Bir gün söyləyəcəklər,
“Şair intihar etdi”.

*****

Ay şair

Çalış hər vaxt düzləri yaz,
Sözün olsun dürr, ay şair.
Doğruları söyləyən az.
Təmiz ömür sür, ay şair.

Yaltaqlığı seçmə peşə,
Çaqqal kimi cumma leşə.
Vicdanını satma "işə",
Fikir söylə hürr, ay şair.

Söz dövlətin, varın olsun,
Söz qazancın, karın olsun.
Söz qeyrətin, arın olsun,
Sözə könül ver, ay şair.

Dünya malı dünya kimi,
Aldatmasın himi-cimi.
Tərpət hər vaxt "sarı simi",
Bədə sinə gər, ay şair.

Mən söyləyim, gəl dinlə sən.
"Gir-çıxları" etmə peşən.
Girməyə çox meyilliysən,
Könüllərə gir, ay şair.

Dünya fani, hər kəs qərib.
Tamah cani, nəfəs qərib.
Ölüm ani, bu səs qərib,
Duyub fikir ver, ay şair.

*****

Nərdivan kirpiklərim

Nə vermədim, nə aradın,
Nədən əskik qoydum səni?
Gözlərimdən düşən qadın,
Ürəyimə oydum səni.

Sənin yerin ürəyimdi,
Nə işin var səhralarda?
Bilsən əgər sevgi nədi,
Dolaşmazdın oralarda.

Göz yaşlarım quruyubdur,
Yanaqlarım quraq yeri.
Qurban olum, ayağa dur,
Öz yerinə qayıt geri.

Layiq bilməm sənə yeri,
Al əlimi, özünü çək.
Nərdivan et kirpikləri,
Çıx gözümə düşdüyüntək.

*****

Oldu
("SARVANİ" tərzi)

Sənə "Gülüm" dediyim vaxt...
... yəqin payız vaxtı imiş,
Gülüm soldu!
"Həsrət ölüm" dediyin vaxt...
...arzunun bəxt taxtı imiş,
Ölüm oldu!

Sənsiz qaldım; tənha, yalnız...
...dərdlərimlə dərdləşdim mən,
Zülüm oldu!
Ay ruhumu qoparan qız...
...odlandıqca sərtləşdim mən,
Külüm oldu!

Küləklərlə sovruldum hey...
...uc-bucaqsız səhralarda,
Gölüm oldu!
İçdən-içdən qovruldum hey...
...sağ görünən orda-burda,
Çölüm oldu!

*****

Qadın

Cənnət tamahıyla, cənnət eşqiylə,
Ayaq altınacan öyülən qadın.
Gözəllik simvolu, mələk obrazı
Şəninə təriflər deyilən qadın.

Anamız, bacımız, yarımız olur,
Bizimlə qocalır qarımız olur.
Bəzən ilahımız, tanrımız olur,
Bəzən önümüzdə əyilən qadın.

Ey insan, hər qadın adın deyilmi?
Həyatda ləzzətin, dadın deyilmi?
Bəs qadın deyilmi, qadın deyilmi
Alçalan, söyülən, döyülən qadın?

*****

Sən fərqlisən

Sənin əsəbin də fərqlidir, fərqli,
Yanında dərdimin yuxusu gəlir.
Mənə qışqırdıqca nəfəsin ilə
Ağzından xoşbəxtlik qoxusu gəlir.

Əsəbdən titrəyən dodaqlarından,
İnan ki, qəlbimə sevinc süzülür.
Səni sevə-sevə çoxalır sevgim,
Sevdikcə sıraya sevgi düzülür.

Nə gözəl parlayır odlu gözlərin,
Bir xoşbəxt həyatdan bəhs eləyirlər.
Hirsindən göylərdə uçan əllərin,
Musiqi olmadan rəqs eləyirlər.

Sənin əsəbin də fərqlidir, fərqli,
Əsəbləş, yetər ki, susmasın dilin.
Bir alıq əsəbin xəbərçisidir,
Xoşbəxtlik yaşadan bir neçə ilin.

*****

Səni sevmək

Səni sevmək nəyə bənzəyir, bilirsənmi?
Cənnətə getmək üçün ölməli olmağa...
Və yaşayaraq mümkün olmadığını
bilməli olmağa.
Səni sevmək nəyə bənzəyir, bilirsənmi?
Ağlamalı halımıza gülməli olmağa,
Və sevincdən axan kədər yaşını
Silməli olmağa...
Səni sevmək nəyə bənzəyir, bilirsənmi?
Doğularkən anası ölən uşağın doğum gününə.
Selin tərsi yönünə
Üzməyə çalışmağa və buna alışmağa.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV