Zabrat bələdiyyəsinin sirrli fəaliyyəti..Sərəstan Gur-un araşdırması

Zabrat bələdiyyəsinin sirrli fəaliyyəti..Sərəstan Gur-un araşdırması


Artıq neçə illərdir ki vətəndaşların qınaq obyektinə çevrilən bələdiyyələr əslində nəyə xidmət edir?

Bələdiyyə sədrləri dövlət büdcəsindən ayrılan pulları hara sovurur?

55 minə yaxın əhalisi olan kənd əslində ucqar dağ kəndlərindən demək olar seçilmir

Kənddə ki bir sıra hündür mərtəbəli ictimai binalar və ictimai iaşə obyektləri olmasaydı dağ kəndinə bənzətmək olar.

Bakıya yağan yağışın 15 dəqiqəsi kifayətdir ki,Zabrat sakinləri maşınlarını lotka ilə əvəz eləsinlər.Kəndin yolları inanılmaz dərəcədə bərbad vəziyyətə düşür.

Gör iş nə yerə çatıb ki 21 ci əsrdə inkişafı göz qamaşdıran ölkənin ən böyük qəsəbə statusu daşıyan kəndinin yollarında piyada səkilərinə kərpiclər düzüblər ki gediş gəliş olsun..

Bəs kəndin bələdiyyəsi hara baxır?

Nə iş görür?

Düzü bələdiyyə sədrinin yanına getməmişəm.
Çünkü boş yerə yola dəymək istəmirəm.Onsuz da qapıdan geri qayıdacam və ya bildirəcklər ki,bələdiyyə sədri məzuniyyətdədir.İclasda yasda da olmaq ehtimalı olur.

Mənim bu cızmaq-qaram 55 min sakini olan kəndin adından yazılır.Bu məsələni sosial aləmdə sizlərə çatdırmağıma özümə borc bilirəm ki, bəlkə kimlərsə görüb, ümid əlini kənd sakinlərinə uzatdı.

15 ildir bu kənddə yaşayıram,amma bələdiyyənin gördüyü bir işi belə gözüm görməyib.Amma bələdiyyə gecə qaranlığında da bir iş görmürlər ki,deyimki onlar iş görəndə mən yatmışdım.

Maşallah olsun gözlərimdə problem yoxdur.Korluqdan da əziyyət çəkmirəm.

Hələ mən qəsəbəyə gedən marşurut xəttini nəzərdə tutmuram.İnanın kənddə marşurut gözləmək,mənzil başına çatmaq köhnə filmlərə bənzəyir

Biz Zabratlılar köhnə filmlərdə səhralığda marşurut gözləyən əlacsız rol ifaçılarının günüdəyik.

Bir saatdan bir işləyən marşurutların qapılarında sərnişinlər yumruq təpik davasına,basa-bas yarışmasına çıxır..

Nəysə dərdimiz kəndimiz qədər böyükdür.
Bizə isə ümidlə kəndimizin yollarının,qayğılarının düzələcəyi günü hörmətli bələdiyyəmizdən gözləyirik.

Onu da özümüz yox heç olamsa nəvələrimiz görsün..

Sərəstan Gur
Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10